Yayda İsti normaldı, sadəcə göz bağlayıllar


Alnımın və kürəyimin birgə istehsalı olan, şəffav, canlara dərman olan “Tər” sularından kim istəyirsə verə bilərəm. Heç bir əl dəymədən, dəsmalla götürülüb, dəsmalla sıxılan qablaşdırılması, sanitariyası Səhiyyə nazirliyi tərəfindən müsbət qiymtləndirilib.
Nəisə girək temaya, adını çəkmək istəmədiyim, zəhləmi tökən Azərbaycan kanallarında hamısı reportaj hazırlayıllar ki, “ölkədə anormal isti var”. Camaatda panikaya düşüb, tez dolaşıllar ki, “gündə Tv.lər bar-bar bağırıllar, isti olacaq, çıxmaq olmaz çölə”, millətimizdə, cəmiyyətimizdə ipi hansı tərəfə çəksələr orda da aslı qalırlar, gələk efirlərə ki, boş-boş danışınca, cammatın başına ağıl qoyunca, belədəki insanların qeydinə qalan olublarsa getsinlər Cabbarın, Ruslanın, Bəxtiyarın vəziyyətindən reportaj hazırlasınlar, eləməzlər, amma antitanıtım üçün Bəxtiyara iki cümləynən “əsgərlikdən yayınmaq” damğasıyla torba tikdilər. Bu artıq bir işarədir ki, “millət, siz efirlərlə idarələnirsiz”... Jurnalist desə zırt, sizdə hamıya çatdırın zırt... Keçək ikinci məsələyə, yay başım çıxmır necə olmalıdı? Toz-torpaqlı olmalıdır ki, gözümüzün zibilin artırsın? Yoxsa soyuq olmalıdır ki, əhali dəniz ətrafında qarpızı yeyib, dənizə atmasın? Deyirəm bir azdan havanın isti olmasını, isti keçməsini Ermənistanla əlaqələndirəcəklər ki, Ermənilərin Azon qatının Azərbaycana aid olan hissəsini dəlik-deşik etdiklərinə görə anormal isti var, BMT-nin və NATO-nun filan qətnaməsində filan müddəalar hələdə dirənişlərə baxmıyaraq həyata keçirilmir, olmaz belə, bu ədalətsizlikdi, dindarlarımızda etiraz şüarlarıyla axışacaqlar ki, “qiyamət gəlir”...


Written by

0 comments: