Tez ad verin mənə!

“Aldığım hər nəfəsdə,
Bu torpağın sayəsində.
Yediyim,yedizdirtdiyim tikələr,
Düzgün diktaturanın nəticəsində.
O bir dənədi,
O çoxları üçün allahdı,
Baş əydiyim önündə,səhvsiz prezidentimiz”,
Sözlərini evlərdə aramsız danışdım,
Əskiyə görə dizimi qoyub qırmızısından öpdüm.
Qiymət verməlisiz mənə,
Ad üçün çalışıram,
Tez, ad verin mənə!

Onsuz belə də insanları
Görmək üçün yuxarıdan aşağıya baxıram.
Ad versəz bir az da,özümü dartaram.
Gərək səviyyə olsun aralarda,
Hər kəsin öz klarneti,
Hər kəsin bir klarneti,
Dəyişdirmir məni baba nəsihətləri.
Onu daşıyanda uca göstərər məni,
Yaxşı pul verəcəm sizə,
Tez, ad verin mənə!

İstəmirəm fəxirliyi radiolardan eşidim,
İstəmrəm,Səməd Vurğun kimi
Ölüm ayağında qiymətləndirilim.
İstəyirəm adımla ömrümü,bir azda uzadım.
Fəxri qonaq olmaq arzusundayam,
Ətrini yaxın otuz ildə hiss etmirəm.
Əlimdə pas-pas studiya köşələrini silirəm.
Hər gün təmiz saxlayıram,
Dəyər verin mənim ağır işimə,
Tez, ad verin mənə!


Written by

0 comments: