Həyat kimə görə nə deməkdi?!(kiçik esse)

 Bunu bilmək üçün dərhal bizə zəng edin, əlaqə nömrəsi 000-00-01, nəisə yeri olmasada elədim bu zarafatı, deyinmək lazım deyil ilk baxışdan onsuz iş-işdən keçib, iş hamımız üçün keçib, bircə ahımız gedib vahımız qalıb, heç deyəsən o da qalmayıb. Bu gün ki, mövzuya qalanda marşutda Herta Müllerin “ Nəfəs Yelləncəyi “ əsərini oxuyanda ağlıma gəldi, yəqin güman olunur ki, o kitabda bu yazıya səbəb olacaq sözlər oxumuşam, xeyr, Herta Mülleri dəxilsiz yazdım bura, məqsəd elə budur, düşüncələri dəyişdirmək, sına-sına olsada,  bir açıdan yox, başqa açılardan da baxmaq və ya düşünmək. Belə cümlələr yazsam bilirəm yorucu olacaq, ona görə dərhal keçirik mustafaya...” Həyat kimə görə nə deməkdi? ”, bunu özümə sual qoyub yazıya başlayıram... İlk özümdən başlayacam, çünki pis gedişat olacaqsa qoy birinci məndən olsun, yatmağı sevən, hər cür imtahandan zəhləsi gedən, kartda “ bura “ oyununu oynamağı sevən, maşın sürməyə nifrət eləyən mənə görə həyat, eyvandan baxan qaçqın uşaqların, eyvanlarının altından keçən qızın başına sulu ağızlarından çıxartdıqları alça tumlarını atması deməkdir, səhərin özü belə yuxudan qalxmamış bloklarına düşüb,binalarından öz işlərinə gedən adamlara “ bomba “ oğlan sayağı salam verən, məhlənin aftoritet balası üçün həyat, çayxanaya gedərkən tanıdığı özü kimisinin maşınını saxlatdırıb, “ ataş məni oracan buraxa bilərsən? “sualının qarşılığında “ otur getdik ” cavabını almasıdır, evdarlıq adıyla əri işə gedəndən sonra məhləyə arvadların yanına düşən, telefonlarda da laqqırtı vurmağı sevən evdar xanımlar üçün həyat, göyərtinin üçünün qiyməti 30 qəpik olduğu təqdirdə, 20 qəpiyə alandan sonra evə qayıdarkən rast gəldiyi tanışı ilə bu haqda danışmasıdır, 1984 model, faraları sınıq, kapotu əzik, yan güzgüləri sökülmüş, yan tərəflərində kraskası qopmuş olan 06, 07,  0 11 sahib olan sürət xəstəsi qaqalar üçün həyat, maşınına əl gəzdirmək yox, içində bircə pioneer maqintafonun olması ilə, maşının rolunu tək əliylə tutmasıdır həyat, qonşuluqdakı sovet dövründə itkin düşməsi ilə bura gələn Andrey dayı üçün həyat, matorsuz qayıqla dəniz ortasında tutduğu kütüm balığını, məhlədəki kranın altında pullarını təmizləməsidir. Axır vaxt yol qırağlarının söküntüsünə şahid olmusuz yəqin, səhv eləmirəmsə kabellər çəkilir, ya işıq dirəkləri üçün ya da nəblim nə üçün.... Həmən yol qırağında işləyən, məcburiyyətdən daşı daş üstünə qoyanda dodağının altında 100 dəfə deyinən, isti günün altında evdən gətirdiyi termuzdan fasilə vaxtı tökdüyü çayı içən fəhlələr üçün həyat, günün beyni qızdırdığı vaxt səkidən keçən, mini yaxud dar şalvar geyinən qızın(orqanlar arasında ayrı seçkilik etmədən) istənilən nöqtəsinə baxmasıdır( başqaları olsaydı indi yazmışdı “ dalına”, xeyr, həmən an qızın istənilən nöqtəsi bir orqan kimi görsənir), kompyuteri olan və ailədə iki qardaş olan qardaşlardan balacası üçün(hardasa 12-15 yaş) həyat, evdə tək qalarkən gündüz vaxtı televozorda göstərilən xarici serialdakı öpüş səhnələri ilə, google-dəki sexy fotolardı(yox porno filimlər deyil, çünki “watch” vermək vaxt itkisidi ona görə), rayondan gəlib, amma hətərəm-pətərəmliyini üstündə daşıyan, sir-sifətinə baxsan elə mal-qara otarmaq üçün doğulan qıjı oğlan üçün həyat, metronun çıxışında və ya elə içində özü kimi yüngül birisinin nömrəsini alandan sonra dostlarına “ qıznan yatmışam” deməsidir(onlar üçün bu sözdən sonrakı həyat isə ətrafındakıların ona həsəd aparması zamanı qıjı oğlana verdikləri “ oyda sən neyləyirsən ə? Bunu necə elədin ə? kimi suallarıdır), glamur tələbə qızlar üçün həyat, brend markalı dükanları gəzməkdir(mənə bunu ləzzət eləyən cəhəti başqadır, onlar bir mayka almaq üçün, bütün dükanları gəzirlər, bu gəzməklə padruqalarıyla bütün həyatı haqda danışırlar, bığlı qızlar üçün həyat, yaraşıqlı oğlanın onlara yaxınlaşarkən verdiyi hislərdi, yola kənarında, öz sökülən maşını ilə şəhərə öz bağ məhsulunu satmağa gələn satıcı üçün həyat, satdığı məhsulu olduğu qiymətə satmaq və birdə PPX əməkdaşlarının bir gündə olsa mərdimazarlıq etməməsidir, mənim papama görə həyat, uşaqlarının bir gündə ondan pul istəməməsidir, əsgərlikdən təzə-təzə gələn biri üçün həyat, əsgərlik macəralarına diqqətlə qulaq asan adamın özüdür, kollecdə arxa partada oturub, müəllimin gözündən yayınmağa çalışan qız üçün həyat, dərsdən çıxıb evə gedərkən yolda başına gələn hadisələri axşamüstü padruqasına ev telefonuyla danışmasındadır, boş-bekar, işsiz olan bir kişi üçün həyat, günorta vaxtı məhləsindəki oturduğu stollu skamekada onunla nərd oynayacaq qonşusudur, 5 yaşlı uşaq üçün həyat, anasının ona verdiyi pulla dondurma alandan sonra öz yaşıdları ilə oynayarkən " bax mənim dondurmama..." deməsidir, kasıb ailəsində böyüyən uşaq üçün isə həyat, bir gecə atası evə gələrkən əlində " Coca-Cola " ilə içəri girməsidir, səhərdən axşamacan turnik üstündə əlləşən dar köynəkli, burundan əyri qaqaş üçün həyat, brus eliyərkən anasıyla keçən qızın fikri başqa yerdə olsada, ona baxmasıdır(bu baxış oğlan üçün xeyirdir, məs, 15 dənə eləyib düşəcəkdisə, artıq qız gözdən itənə kimi eliyəcəkdi, buda hardasa 30-a gəlib çatacaqdı), qrupda rayonlu gədələr içinə düşən rocker üçün həyat, patok içində özü kimi birisini tapıb, onunla eyni parta arxasında oturmaqdır, daimi müştəriləri olan fayişə üçün həyat, bir gecə həmən müştərilərindən yatmadan pul almasıdır, səhər tezdən dayanacaqda şirkət maşınını gözlüyən işçilər üçün həyat, işdəki obed vaxtını bildirəcək zəngin çalınmasıdır, ya da dayanacaqda gözləyən oğlan üçün həyat, tək gedərkən eyni marşutda qəşəng qız tanışını görəndən sonra onunla, ətrafdakı oğlanların baxışı içində söhbət etməsidir(bu ona stimul verir, hələ qızın yol pulusunu vermək 2 qat), məktəbin ən yaraşıqlı oğlanı ilə dost olan kök qız üçün həyat, oğlanla tənəffüsdə danışarkən yanlarından keçən qızların onlara baxarkən partdamaq hisləridir(bu bizim millətə az xas olan xüsusiyyətdir), çoxlu qızla danışann və bu qızlardan birni evə aparmağı razı salan şəhər oğlanı üçün həyat, bir günlükdə olsa boş ev tapmasından sonra gecədən səhərə kimi yata bilməməsindədir, məzuniyyətə gəlməyən əsgər üçün həyat, onunla telefonda danışan qıza, qızla " nələr etmək istəyini " əsgər yoldaşları ətrafında diktafonla rahat şəkildə danışmasıdır(və bu ilk belə danışıqdan sonra sabahsı gün onun o birilər arasında potensial artımına səbəb olur), bunları yazmaqla kimlərisə əsmək deyil məqsədim, sadəcə olanları yazmaq....


Written by

0 comments: