Qara Paltarlı Adamlar



Qara paltarlı adamlar deyəndə ilk ağıla gələn məncə Bakının vəziyyətidir. Gündəlik olaraq mən bu cür, yəni qara paltarlı adamlarla çox rastlaşdığıma görə elə məhz bu haqda da yazmaq istədim. Bizim düşüncəmizə mentalitet anlayışını soxana, daha doğrusu soxanlara mən "istədiyini əldə edən" təxəllüsü verərdim, çünki həmin şəxslər bir-iki fikir atıblar ortalığa və millətin düşüncəsini əllərinə keçirə biliblər. Söhbət ondan gedir ki, bizim millətin standart geyimində də mentalitetin əl izləri var. Qara pencək, qara kurtka, qara köynək və qara butulka şalvar azərbaycanlıların geyim tərzinin simvoluna çevrilib şəxsən. Mən dostumla qaldığım qəsəbədə gəzməyə çıxan da, əsasən bu tərz oğlanlarla çox rastlaşırdıq(elə indi də rastlaşırıq) və öz aramızda onlara "Poladçılar" deyirdik. Əlbət ki, rəngli geyim, yaxud fərqli geyim nəzər çəkdiyinə görə onlarda bizə tərs-tərs baxırdılar, söz atmaqlarında geri qalmırdılar. Bir belə söz atamaların birində münaqişə yaşandı və həqiqətən üz-üzə həmin oğlanlarla söhbətləşəndə hiss etdik ki, özünü mafiya başçısı hiss edir, yanındakı dostlarından bir sağ əlidi, digəri onun sol qıçıdı... Adın dəqiq bilmirəm, ancaq "Fenkşuye" səhv etmirəmsə təlimi var, anlamı "təbii tarazlıq" mənasındadır, bu təliim əsasən insanlarda əhval-ruhiyyəni qaldırmaq üçün olan təlimdir. Təlimə görə məsələn, otaqda əşyaların rəngini və yerini otaqda olan bütün əşyalara uyğun olaraq yerləşdirsən, sənin əhvalın onlara baxanda istər-istəməz müsbət enerji alacaq. Demək istədiyim odur ki, bu dəqiqə Bakının canına çıxanda Metroda, Universtitetlərdə, Avtobuslarda, Parklarda və.s yerlərdə qara paltarlı adamlarla rastlaşanda adamın ürəyi sıxılır. Bakıya qıraqdan nəzər yetirsən elə bilərsən ki, Bakı qan ağlayır, hər gün 20 Yanvar qeyd edir. Keçən dəfə facebookda bu haqda status yazanda qaqaşın biri rəngli geyinənlərin əksəriyyətini peysər adlandırdı, onu qınaqmaq olmaz, çünki rəngli geyimləri efir artistlərində görüb və artistlərin çoxu da cəmiyyət içində sevilmədiyinə görə küçədə həmin rəngli geyinən görəndə elə bilirlər ki, o artistlərdən biridir. Mən o vaxtlar Gothic(Goth) stilinə keçmişdim, qapqara geyinirdim. Üstündən vaxt keçəndən sonra fikir verdim ki, mənim adi Gothiclikdən anlayışı olmuyan adamın geyimindən fərqim yoxdu, oda qapqara geyinir, ümumiyyətlə Bakının 98%-i qapqara geyinir, buna görə geyim üslubumu dəyişmək məcburiyyətində qaldım. San-Peterburqda, yaxud bir sıra başqa şəhərlərin küçələrində qapqara geymiş adam görəndə həmin an bilirlər ki, belə geyinən yalnız Gothlar, Gothiclər olar, Bakıda isə elə bil 98%-i Gothicdir. Məsləhətim odur ki, qaraya qaçmayın, çox düşüncələrdə budur ki, qara gec kirlənir, həm qara çox rəngə uyğun düşür, xeyr heç də belə deyil. Bəlkə bu mövzu çoxlarına adi gələ bilər, ya da boş, mənasız gələ bilər, ancaq real baxanda həqiqətən böyük problemlərdən biri olduğu görünür.

0 comments: