Kaş məni doğmazdın, ana



Niyə gətirdin məni
Durmadıqca qocaldan sönmüş bu dünyaya.
Əlinlə məhv oluram ana,
Etmə mənə görə
Tüstü kimi havada yoxa çıxan boş dualarını,
İstəmirəm ana.
Oğlun ağlayır
Hər gün küçədə yatanların,
Əli açıqda qalan sahibsizlərin,
Dettom uşaqlarının gözündə ana.

Kaş məni doğmazdın, ana
Bəlkə onda boğulmazdım qəm tamlı çayında.
Niyə məni qoynunda böyütdün ki?
İstəmirəm o isti yeməklərini,
Başımada çəkmə sığalını
Bir əl saxla görək,
O zibilliyi eşəliyən,
Kiflənmiş çörəkləri torbasına dolduran,
Dişləri mırıq qız neyləyir ana?

Bəlkə güdüm onu qonaq gedək?
Bəlkə xəstə qardaşı var?
Bəsdi mənə baxıb, ahı çəkib heyfsləndin ana.
Gözüm, üzdən hər şeyi görən Günəş kimi
Vaxtsız açıldı kömək olmur mənə ana.
Nifrət etmirəm sənə,
Ancaq istəmirəm yanımda olasan
Boynum bükülür yaranan kölgədə mənim
Çıx get, tərk et məni ana.

Sürünə-sürünə düşdüm arxasıyca ana,
İki məhlə sonra bir evə girdi
Gözlədim-gözlədim gəlmədi.
Qapıya şəklənəndə, ahlar gəlirdi ana.
Mən isə əlinnən tutub yüklərin daşıyacaqdım.
Yenə saflığım məni yanıltdı,
Günah səndədir ana,
Kaş doğmazdın körpələri ana!

0 comments: