Fikir Sexi – Universal bir kitab!


Azərbaycanda belə bir kitabın ərsəyə gəlməsi üçün zəhməti keçən Turxan Qarışqaya, Türkan Hüseynovaya, Cavid Ramazanova, Samirə Nəcəfə və Nicat Məmmədbəyova ilk öncə xüsusi təşəkkür etməyi, özümə borc bilirəm.
Keçək əsas mətləbə. Hər kəsin həyatında olduğu kimi mənim də öz həyatımda dəyər verdiyim bir çox insanlar var və onlar mənim verəcəyim qərarlara çox böyük köməklik göstərillər. Mənim belə bir tanışım var, çox vaxt onunla məsləhətləşirəm. Həmin insan “Fikir Sexi” kitabının axrıncı səhifələrini yanımda oxuyub qutarandan sonra kitabı bağlayarkən bu kəlməni işlətdi “əla kitabdı”. Bir az sonra məndən bu kitabı oxuduğumu soruşanda “yox, oxumamışam” dedim. O, isə “mütləq oxu” dedi. Kitabı oxudum və qutardım. Açığı desək kitabın unikallığı ondadır ki, sadə şəkildə yazıldığına görə oxunub başa düşüləndi, ancaq insana qazandırdığı çox dəyərli şeylər var. Mən “Fikir Sexi” kitabını belə dəyərləndirərdim - Azərbaycan tarixində gəlib-keçmiş kitablar arasında yadda qalacaq kitablardan biri və mənə görə hələki birincisidir! Bu kitab cəmiyyətin hər bir sahəsini, idman, siyasi, şou-biznes, ədəbiyyat və. sahələri özündə birləşdirib. Onu belə adlandırmaq daha məqsədəuyğun olar – Universal bir kitab. Fikir vermişəm ki, bu bizim cəmiyyətimiz içərisində əlinə bir dəfə də olsun oxumağa kitab almayan insanların da diqqətini çəkir. Məsələn, keçən səfər qrup yoldaşım bu kitabı əlimdən lağ mənasında aldı, ancaq döyüş film xəstəsi olduğuna görə içində yazılan bəzi aktyorların müsahibələrini görən də, mənə pul verdi ki, ona bu kitabı alım. Halbuki oğlan bir dəfə də olsun əlinə bədii kitab götürməyib. Bir qız dostum mənim yazılarımı oxuyandan sonra məndən oxuduğum hansısa kitab haqqında da fikirlərimi yazmağımı məsləhət vermişdi. Bu ağıla batan bir təklif idi. Ancaq axır vaxtlar oxuduğum kitablardan ürəyimə tam yatanı olmamışdı ki, mən onun haqqında bir fikr yazım. “Fikir Sexi” kitabının ikinci bir özəlliydə ondadır ki, təcrübəsi çox olan insanların, həyatda adı məşhur insanlar arasında hallansa da, heçnə qazanmayan adamların etdiyi səhvlər haqqında müsahibələri var, bunlar da adi bir oxucunun gözünü açmaq üçün kifayət edir. Kitab həqiqətən o qədər xoş təəssürat bağışlayıb ki, mənə, gözümdə bir qram dəyəri olmayan məşhur insanların müsahibələrini oxuyandan sonra istər-istəməz onlara qarşı fikrimi dəyişməyə başladım. Kitabın üçüncü özəlliyinə qalanda isə bir çox insanlar mənim kimi əsasən kitabda dəyərli sözləri işarələyirlər, daha sonra adi vaxtda kimləsə dərdləşəndə, ona təsir edən sitatlardan nümunə gətirillər. Bu kitabda isə adi vaxt nümunə gətirəcəyin o sitatlardan boldur. Qeyd edim ki, kitab artıq ikinci dəfə nəşriyyata verilib. Məncə buda çox şeyi ifadə edir. Və nəhayət ktabın sonun özəlliyi ondadır ki, səni darıxmağa qoymur. İnsan bəzən elə kitablar oxuyur ki, kitabın hər vərəqini çevirdikcə ondan canını qutarmaq istəyir, səmimi deyirəm ki, mən bu kitabın hər səhifəsin vərəqlədikcə qutarmamasını istəyirdim. Sonda onu demək istəyirəm ki, bu cür kitabın qədrini bilin! Kitaba pul xərcləməkdən çəkinməyin, ələfsusda belə bir kitab üçün, siz onu əldə etməyə 5 manat verirsiz, lakin o sizə dünyanı bəxş edir!

8 comments:

Düşünənilənləri alt-üst edən düşüncə tapmaq lazımdır!



Dilənçiyə həyatda verilən qiymət və virtualda verilən təsəvvürə baxsaq, görərik ki, yəni çox faizlə qarşılaşdığımız vəziyyət budur ki, bir dilənçi əlini açıb bizə doğru yanaşan da, nəblim bir yerdə oturub dilənən də, marşutda, metroda, parklarda və.s biz ya görməməzlikdən gəlirik, ya üzünə baxa-baxa belə pul vermirik. Verənlər isə çox cüzi faiz təşkil edir. Ancaq yazılarımızda yaxud danışıqlarımızda heç də bunu əks elətdirmirik. Elətdirsək də, çox faiz onları gözümüzdə qaldırmağa çalışırıq, nəblim şəkillərin paylaşıb üzülürük. Yazılarda dilənçilər elə qələmə veririk ki, sanki ay parçasıdılar. İnsanlığın baris nümunəsidirlər. Özümüzdə yaxşı bilirik ki, heç də belə deyillər. İnsan əsasən gördüklərini çatdırmağa çalışar, Bakı şəhəri çox da böyük bir yer olmadığına görə əminəm ki, mənim qabağıma çıxan dilnçilər sizində qabağıvıza çıxıb. Çoxsu alkaş, qaraçı, ya guya laldılar, ya da xəstədilər. Açıq deyirəm ki, mən dilənçiyə çox az hallarda verirəm, o da ki, qıraqdan baxanda artıq məlum olur ki, bunun bir şəxsə heç bir ziyanı dəyə bilməz. O da əksər hallarda qocalar olur. Yəni bunu yazmağımda məqsəd odur ki, yazılarda dilənçiləri duru bulaq suyu kimi qələmə verməkləri xoş hal deyil. Gərək elə yazı yazasan ki, düşüncəni novellalardakı kimi qarışığa salsın. Gözlədiyin fikirlərin əvəzində başqa fikirlər səslənsin. Yoxsa məsələn adi indi yazacağım dindar kimi ucuz fikirlərə malik olmuyaq. Bir dindar mənə deyir ki, "sən bilirsən Yaponiya niyə dağılır? yəni orda niyə çox zəlzələ olur?" deyirəm "Niyə?", deyir ki, "çünki onlar elmdə çox qabağa gediblər. Onların iki alanı Amerika tələbəsinin beş alanıdır. Onlar o dərəcədə inkişaf ediblər ki, bir azdan Allahın da işinə qarışmağa başlayacaqlar, ona görə Allah onları belə cəzalandırır." Amma bu dindar bilmir ki, Yaponiya seysmik zonada, daha da doğrusu zəlzələ ocağının mərkəzi üstündə qurulan bir yerdi. Buna görə çox zəlzələ olur. Məqsədim ümumi yazıda dindarı tənqidə tutmaq deyildi, sadəcə tərzi dəyişmək gərəkdir.

0 comments:

Dövlətsiz Sosializm: Anarxizm Mixail Bakunin (P.s Müəllif www.solfrong.org )



Fransa İnqilabı Tərəfindən Elan Olunmuş Böyük Prinsiplərin Effekti: İnqilab kütlələrə İncili gətirən vaxtdan, mistik yox rasional, göydən yox yerdən olan, ilahi yox humanist İncili, İnsan Hüquqları İncilini – o elan etdi ki, bütün insanlar bərabərdir, bütün insanların azadlıq və bərabərlik hüquqları var, bütün Avropa ölkələri xalqları, bütün sivil dünya Xristianlıq tiryəki ilə uyudulub, əsarət altında yatdıqları yuxudan tədricən oyanmağa və özlərindən soruşmağa başladılar, onların bərabərlik, azadlıq, insanlıq hüquqları var idi.
Bu sual qoyulan kimi, hisslərinin heyranedici səsi və həmçinin instinktlərinin ardınca gedən insanlar anlardılar ki, onların həqiqi xilasının və humanizasiyanın ilk şərti hər şeydən əvvəl onların iqtisadi vəziyyətlərində radikal dəyişiklikdədir. Gündəlik çörəklə bağlı sual onlara birinci sualı doğruladı, hansı ki, Aristotel tərəfindən qeyd olunmuşdu, insan düşünmək üçün, özünü azad hiss etmək üçün, insan olmaq üçün gündəlik həyatında maddi qayğılardan azad olmalıdır. Bu səbəbdən də burjuaziya, kimlər ki, xalqı materializmə qarşı qışqırdır və sonra da idealizmi tövsiyə edir, onlar bunu çox yaxşı bilirlər, lakin onlar bunu özləri üçün əməldə yox sözdə tövsiyə edirlər.
Xalq qarşısında ikinci sual yaranan – işdən sonra asudə vaxt – insanlığın zəruri şərtlərindəndir. Lakin çörək və asudə vaxt mövcud cəmiyyətdə radikal transformasiyalar olmadan heç vaxt əldə edilə bilməz. Və bu da izah edir ki, nəyə görə inqilab öz prinsiplərinin nəticələri ilə sosializmə şövq edir ona həyat verir.
Sosializm Ədalətdir... Biz ədalətdən danışanda, bununla biz kodlardan və Roma hüququndan ibarət olan ədalət başa düşmürük. O ədalət ki, yüksək dərəcədə zorakılığa əsaslanır və güc yolu ilə əldə edilib. O zorakılıq ki, zamanla və bəzi kilsələrin xeyir-duası ilə müqəddəsləşdirildi və mütləq prinsiplər kimi qəbul edildi. Xeyr biz yalnız insan vicdanına əsaslanan ədalətdən, hər bir insanın şüurunda aşkar olan ədalətdən, hətta uşaqlarınkında da və yalnız bir söz “bərabərlik” sözü ilə ifadə oluna bilən ədalətdən danışırıq.
Güc və dini təsirlər üzərində istilaya sahib olan, siyasi və ya hüquqi və ya iqtisadi dünyanın üstünlük təşkil etmədiyi universal ədalət yeni dünyanın əsasını təşkil etməlidir. Bunlar olmadan nə azadlıq, nə respublika, nə rifah, nə də ki sülh ola bilməz. Sonra biz qərarlarımızı idarə etməliyik ki sülhün yaradılması istiqamətində səmərəli işləyə bilək. Və bu ədalət bizi, dəhşətli rəftara məruz qalan insanların maraqlarının müdafiəsinə qalxmağa və onların siyasi azadlıqları ilə yanaşı iqtisadi və sosial azadlıqlarını da tələb etməyə çağırır.
Sosializmin Əsas Prinsipi. Cənablar biz burda bu və ya digər sosialist sistemi təklif etmirik. Bizim indiki tələbimiz Fransa İnqilabının böyük prinsipini yenidən elan etməkdir: bütün bəşəriyyətin inkişafı üçün hər bir insanın maddi və mənəvi vasitələri olmalıdır. Biz düşündüyümüz prinsip aşağıdakı kimi izah oluna bilər:
Biz cəmiyyəti elə qaydada qurmalıyıq ki, hər bir fərd orda öz daxili həyatını tapsın, onlar müxtəlif ixtisasların inkişafında və onların öz işlərinə tətbiqində təxminən bərabər vasitələrə sahib olsunlar. Və biz elə bir cəmiyyət yaratmalıyıq ki, kimsənin əməyinin istismarı qeyri mümkün olsun, hər bir fərd reallıqda yalnız kollektiv əməklə mümkün olan sosial rifahdan yararlana bilsin, ancaq bu o zaman mümkündür ki, o özü bu rifahın yaradılmasında birbaşa iştirak etsin.
Dövlət Sosializminin Rədd olunması. Bu vəzifə yerinə yetirilərkən inkişaf əlbəttə ki, əsrlər çəkəcək. Lakin tarix artıq bunu dördüncü dəfə gətirib və bundan sonra biz özümüzü pisləyən, iqtidarsızlığımıza irad tut biləcək bir səbəb olmadan bunu yox saya bilmərik. Biz bura əlavə etməliyik ki, biz sosial təşkilatlarda fərdlərin və təşkilatların tam azadlığını qəbul etməyən və ya hər hansı bir tənzimləyici hakimiyyətin yaradılmasını tələb edən hər hansı bir cəhdi qəti şəkildə rədd edirik. Biz təşkilatın, iqtisadiyyatın və siyasətin əsası və tək yaradıcı prinsipi hesab etdiyimiz azadlıq adına dövlət kommunizmi və ya dövlət sosializminə bənzər hər şeyə qarşı etiraz etməliyik.
Varislik Hüququnun Ləğvi. Fikrimcə dövlətin edə biləcəyi və etməli olduğu şey ilk əvvəl varislik hüququnu az-az dəyişdirməkdir ki, mümkün qədər tez bir zamanda onu ləğv edə bilsin. Bu qanun sırf dövlətin yaratdığı bir qanundur və avtoritar, teokratik idarə üsulu olan dövlətlərdə daxilində azadlıq vasitəsi ilə ləğv edə biləcəyi və etməli olduğu bir qanundur. Başqa sözlə desək, ədalət prinsiplərinə əsasən dövlət özünü azad təşkil olunmuş cəmiyyətin içərisində əritməlidir. Bizim fikrimizcə vərəsəlik hüququ ləğv olunmalıdır, onun mövcud olduğu müddətdə irsi maddi bərabərsizlik olacaq, fərdlərin təbii bərabərliyi yox, süni yaradılmış sinfi bərabərsizlik – fikir formalaşdırılmasında irsi bərabərlik və inkişaf həmişə ikinci götürüləcək və bu davam edərək bütün siyasi və sosial bərabərsizliklərin mənbəyi olacaq. Ədalətin vəzifəsi hər kəs üçün bərabərlik yaratmaqdır, madam ki, o bərabərlik iqtisadi və siyasi cəmiyyətdən asılıdır – o bərabərlik hər kəsin öz həyatını başlaya biləcəyi, öz təbiəti tərəfindən yönləndirə biləcəyi, öz səylərinin məhsulu olmalıdır. Yoxsulların uşaqları doğulandan yetkinlik yaşına çatana qədər nəinki normal yaşayır və təhsil alır, əksinə, bütün imtiyazlardan məhrum halda öz həyatını davam etdirir. Slavyanlar və Ruslar olaraq biz əlavə etməliyik ki, bizim fundamental sosial ideyamız əhalinin ümumi və ənənəvi instinktinə əsaslanır ki, bütün əhalinin mülkiyyəti ancaq onun öz əli ilə becərdikləri ola bilər.
Sosializm Bəyannaməsi. “Əminəm ki, azadlıq, ədalət və sülh yoxdur və bu şəraitdə bunların tətbiqi qeyri mümkündür. Əhalinin əksər hissəsi adi ehtiyaclardan, təhsildən siyasi və sosial əhəmiyyətsizliyə kimi hər bir şeydən məhrumdur. Onlara müəyyən qulluq məhkum olunaraq – faktiki olaraq, qanuni deyil – yoxsulluqla və həmçinin istirahətsiz və məzuniyyətsiz işləmə məcburiyyəti ilə dünyanın indi özü ilə fəxr etdiyi bütün var-dövlətini istehsal edir və qarşılığında isə sabah acından ölməyəcəyinə əmin olması üçün çətin kifayət edəcək çox kiçik bir pay alır.
Əminəm ki, bütün insanlar üçün əsrlər boyu pis rəftar, çörək problemi, ruhun xilası, azadlıq və insanlıq problemi olub.
Əminəm ki, sosializmsiz azadlıq imtiyaz və ədalətsizlikdir və azadlıqsız sosializm köləlik və ədalətsizlikdir.
Cəmiyyət (Sülh və Azadlıq uğrunda) radikal sosial və iqtisadi yenidənqurmanın vacibliyini elan edir, onun məqsədi insan əməyini kapital və mülkiyyət sahiblərinin boyunduruğundan xilas etməkdir, yenidənqurma ciddi ədalətə - nə hüquqi, nə teoloji, nə də metafizik ədalət, yalnız insani ədalətə - müsbət elmə və geniş azadlığa əsaslanmalıdır.”
Siyasi gücün əvəzinə məhsuldar qüvvələr təşkilatı. Prinsipi və faktiki olaraq siyasi güc adlana biləcək hər şeyi tamamilə ləğv etmək çox vacibdir, siyasi güc mövcud olduğu müddətdə idarə edənlər və idarə olunanlar, sahibkarlar və qullar, istismarçılar və istismar olunanlar olacaq.
Müasir dövlətlərin ölçüyəgəlməz inkişafına baxmayaraq – o inkişaf ki, özünün əsas mənasında Dövləti tam məntiqi olaraq mənasızlığa qədər azaldır – Dövlətin və Dövlət prinsipinin günləri aşkar şəkildə sayılır. Biz artıq zəhmətkeş kütlələrin tamamilə xilasının və onların azad sosial təşkilatlarının, hökumət müdaxiləsindən azad, xalqın iqtisadi assosiasiyaları tərəfindən formalaşan və bütün köhnə Dövlət sərhədlərini və milli fərqləri kənara tullayan, yalnız istehsal əməyinə, insan əməyinə əsaslanan, müxtəliflik yerinə ümumi bir marağın yarandığını yaxınlaşdığını görürük.
Xalqın İdealı. Bu ideal, əlbəttə, xalqa hər şeydən əvvəl istəklərin sonu, yoxsulluğun sonu, icbari və bərabər kollektiv əməklə bütün maddi ehtiyacların tamamilə ödənilməsi, daha sonra, dominantlığın sonu və ehtiyaclarına görə yaşayan insanların azad təşkilatlarının olması – Dövlətdə olduğu kimi yuxarıdan aşağı yox, aşağıdan yuxarı, insanlar tərəfindən yaradılan bir təşkilat, bütün hökumətlərdən və parlamentlərdən uzaq, azad bir kənd təsərrüfatı və fabrik işçiləri, kommunalar, regionlar və millətlərin assosiasiyalarının birliyi və nəhayət bütün Dövlətlərin xarabalıqlarının üzərində müzəffər, universal insan qardaşlığı mənasını verir.
Azad Cəmiyyət Proqramı. Dövlət formalı respublika sistemi olan Mazzini sistemindən başqa heç bir sistem yoxdur, lakin kommuna formasında respublika, federasiya formasında respublika, Sosialist və əsl insanların respublikası – Anarxizm sistemi var. Bu sosial inqilab, hansı ki, məqsədi Dövlətin ləğvi olan, iqtisadi, ümumən insanların azad təşkilat, federasiya vasitəsi ilə aşağıdan yuxarıya doğru qurulan təşkilat siyasətidir.
... Dövlət ümumi idarəetmə formasına keçəcəyinə görə siyasi hakimiyyətin mövcudluğu üçün heç bir şərait olmayacaq.
Proqramımıza bir neçə sözlə yekun vurmaq olar:
Sülh, azadlıq və əzilənlərin xoşbəxtliyi.
Bütün zalımlara və soyğunçulara qarşı müharibə.
Hər şey işçilərə qaytarılmalıdır: bütün kapital, zavodlar, bütün iş alətləri və xammal assosiasiyalara və bütün torpaqlar onu öz əlləri ilə becərənlərə verilməlidir.
Azadlıq, ədalət və yer üzündəki bütün insanlara qardaşlıq münasibəti.
Hər kəs üçün bərabərlik.
Hər kəsə, heç bir fərq qoyulmadan, bütün inkişaf, təhsil və tərbiyə vasitələri və bərabər işləyərək yaşamaq imkanları.
Cəmiyyəti aşağıdan yuxarıya doğru azad bir federasiya formasında, işçilərin sənaye və ya kənd təsərrüfatı, elmi və ya ədəbi assosiasiyaları - əvvəl kommuna, sonra kommunalar federasiyasından regionlar, regionlardan xalqlar və xalqlardan beynəlxalq qardaşlıq assosiasiyaları şəkilində qurmaq.
İnqilab Zamanı Düzgün Taktikalar. Siyasi inqilabdan hər bir cəhətdən diametrik olaraq fərqlənən sosial inqilabda fərdlərin hərəkətləri çətin nəzərə alınır, amma kütlələrin bütün spontan fəaliyyətləri nəzərə alınır. Fərdlər ancaq aydınlada, təbliğatla məşğul ola, məşhur instinktlərə müvafiq ideyalar istehsal edə və öz fasiləsiz səylərini kütlələrin təbii gücü olan inqilabi təşkilatlarla bölüşə bilərlər – bundan başqa bir şey edə bilməzlər. Qalanını xalq özü edə bilər və etməlidir. Bütün başqa metodlar siyasi diktatorluğa, dövlətin yenidən yaranmasına, güzəştlərə, bərabərsizliklərə və dövlət zülmünə aparır ki, bu da dolayısı ilə xalqın siyasi, sosial, iqtisadi köləliyinin yenindən yaranmasına gətirib çıxarır.
Varlin və bütün dostları səmimi sosialistləri xoşlayırlar, xalq arasında doğulub böyüyən bütün işçiləri, təcrid olunmuş fərdlərin təşəbbüsünə qarşı çıxan yüksək dərəcəli qanuni əsasları bölüşən, ali fərdlər tərəfindən həyata keçirilən dominantlığa qarşı çıxanları xoşlayırlar.
Fərmanlara əsaslanan inqilab məhvə məhkumdur. Mənim fikrimcə avtoritar kommunistlərin ideyaları səhv və aldadıcıdır. Sosial inqilab diktatorluq və ya müəssisələr məclisi vasitəsi ilə təşkil oluna bilər. Bizim dostlarımız parisli sosialistlər, tərəfindən keçirilən rəyə əsasən, xalqın assosiasiya və qruplarının davamlı spontan və kütləvi hərəkatları inqilabı və tam inkişafı gətirə bilər.
Bizim Parisli dostlarımız min dəfə haqlı olublar. Ona görə ki, həqiqətən, bu dahi keyfiyyət ilə bəxş oluna biləcək qədər heç bir fikir yoxdur; və ya əgər biz bir neçə yüz alilik bəxş edən fərdlərdən ibarət kollektiv diktatorluqdan danışırıqsa – bütünlüklə xalqın iradəsindən ibarət olan, onların həqiqi maraqlarının, mətləblərinin, iradələrinin, ehtiyaclarının sonsuz müxtəlifliyini, fərqliliyini öz ağuşuna ala biləcək genişlikdə ağıllar kombinasiyası yoxdur; hər bir kəsi və hamını məmnun etməyə qadir olacaq bir sosial təşkilatı fikirləşib tapacaq bir beyin yoxdur.
Az-çox dövlət tərəfindən yaradılan belə bir zorba təşkilat cəmiyyəti zorakılığa və uğursuzluğa sürükləyir. Balkin – bu köhnə sistem təşkilatı ki, sosial inqilabı kütlələrə, qruplara, kommunalara, assosiasiyalara və hətta fərdlərə tam azadlıq verməklə və bütün zorakılıqların tarixi səbəblərini birdəfəlik dağıtmaqla buna son qoyacaq.
Bu aydındır ki, dövlət öz mövcudluğunu dayandırdığı zaman bəşəriyyət müstəqillik əldə edəcək və cəmiyyət, bütün qruplar, bütün yerli təşkilatlar öz maraqlarını, eləcə də bu təşkilatları yaradan fərdlər öz həqiqi məmnuniyyətlərini tapacaqlar.
Dövlətin ləğvi ilə yaranacaq Azad Təşkilat. Cəmiyyətin həqiqətən azad olması üçün Dövlətin və Kilsənin ləğvi ilk və zəruri şərtdir. Yalnız bundan sonra o cəmiyyət özünün yenidənqurmasına başlaya bilər. Ancaq bu yuxarıdan aşağı, bir neçə aqilin və elm adamının hazırladığı plana əsasən və bəzi diktatorial güclər və hətta seçilmiş Milli Şuralar tərəfindən hazırlanan fərmanlar vasitəsi ilə olmamalıdır. Dediyim kimi, belə bir sistemin kütlələrlə ümumi heç bir şeyi olmayan insanlar sinfini, hökumət aristokratiyasını formalaşdırması labüddür; əmin olun ki, bu sinif Dövlətin xilası və ümumi rifahı bəhanəsi altında yenidən kütlələrin istismarına başlayacaq.
Azadlıq və bərabərlik əldən-ələ gəzməlidir. Mən iqtisadi və sosial bərabərliyin əqidəli partizanıyam, bilirəm ki, bu bərabərliyin, azadlığın, ədalətin, insan ləyaqətinin, mənəviyyatının, fərdlərin rifahının və həmçinin millətlərin firavanlığının xaricində hər şey yalandır. Lakin eyni zamanda azadlığın partizanı olaraq - insanlığın ilk şərti – mən inanıram ki, dünyada spontan əmək və kollektiv əmlak təşkilatlarının kommunalar daxilində azad istehsalçılar assosiasiyalarının və kommunaların azad federasiyalarının vasitələri ilə bərabərlik yaradılacaq. Lakin bu bərabərlik dövlətin ali hamiliyi vasitəsilə yaradıla bilməz.
Avtoritar və Azad İnqilablar Arasındakı Fərq. Sosialistləri və ya inqilabçı kollektivləri avtoritar kommunistlərdən ayıran əsas nöqtə mütləq təşəbbüsün dövlət olmasıdır. Hər ikisinin məqsədi eynidir: hər iki tərəf sırf kollektiv əməyə əsaslanan, hər kəs üçün bərabər olan iqtisadi şərtlər altında, istehsal alətlərinə kollektiv sahibliklə yeni sosial sərhədlərin yaranmasını istəyir.
Yalnız bu avtoritarlar təsəvvür edirlər ki, onlar inkişaf və təşkilatların siyasi gücü olan onlar işçi sinfinin, əsasən də şəhər proletariatının və burjuaziya radikalizminin köməyi ilə məqsədə nail olmaq olar. Ancaq inqilabçı Sosialistlər, bütün ikili ittifaqların düşmənləri, bunun əksinə olaraq inanırlar ki, siyasi yox, sosial təşkilat və şəhərlərin və kəndlərin işçi kütlələrinin, həmçinin doğulanda ali sinfə daxil olan, lakin öz keçmişindən qurtulmağı bacaran və öz iradəsinə sahib olan, açıq şəkildə proletariata qoşulan və onun proqramını qəbul edənlər də daxil olmaqla hər kəsin gücü ilə bu məqsədə nail olmaq olar.
Kommunistlərin və Anarxistlərin Metodları. Beləliklə iki müxtəlif metod. Kommunistlər inanırlar ki, Dövlətin siyasi gücündə mövqe tutmaq üçün işçilərin gücünü təşkil etmək lazımdır. İnqilabçı Sosialistlər isə dağıdıcı görüntünü və ya daha lori şəkildə desək, dövlətin ləğvini istəyirlər. Kommunistlər prinsipdə partizan və praktikada avtoritardırlar, ancaq inqilabçı sosialistlərin inam yeri yalnız azadlıqdır. Hər ikisi elmin partizanlarıdırlar və xurafatı dağıdıb humanizmlə əvəzləmək istəyirlər; lakin birincilər elmi xalqa süni şəkildə qəbul etdirmək istəyir, inqilabçı kollektivlər elmi və biliyi xalq arasında yaymağa çalışır ki, insan cəmiyyətinin müxtəlif qrupları bu təbliğatdan yararlanaraq, bir neçə ali ağıl tərəfindən əvvəlcədən hazırlanan və savadsız kütlələrə yeridilən yox, insanların həqiqi maraqlarına və təbii meyllərinə uyğun təşkilatlana və spontan olaraq assosiasiyalarda birləşə bilsinlər.
İnqilabçı Sosialistlər inanırlar ki, insan kütlələrinin instinktiv gözləntilərində və həqiqi ehtiyaclarında dərin zəkaya malik olan oxumuş həkimlərdən və özünü təsdiq etmiş tərbiyəçilərdən – hansı ki, bəşəriyyəti xoşbəxt etmək üçün bir neçə uğursuz cəhdlərinə görə üzrxahlıq nümunələri var. Və hələ də eyni istiqamətdə işləmək niyyətindədirlər . Daha çox praktiki səbəbləri və ağılları var. İnqilabçı Sosialistlər inanırlar ki, insanlıq uzun bir zaman özünün idarə olunmasına icazə verib və bu bədbəxtliyin əsası səbəbi bu və ya digər dövlət formasında deyil, prinsipdə, dövlətin mövcud olmasındadır.
Bu artıq tarixə çevrilən fərqli bir ideya elmi kommunizm və - Alman məktəbi tərəfindən inkişaf etdirilərək amerikan və ingilis Sosialistləri tərəfindən qismən qəbul edildi. İnqilabçı Sosialistlər öz ilk parlaq və praktiki təzahürünü Paris Kommunasında göstərdi.
Pan-German şüarında deyilir: Dövləti nə bahasına olursa olsun tutmaq və möhkəmləndirmək lazımdır. Bizim şüarımızda, sosial-inqilabi şüarda, əksinə, alovlu və qanlı hərflərlə yazılıb: bütün dövlətlərin məhvi, burjua cəmiyyətinin məhvi, aşağıdan yuxarıya doğru qurulmuş azad və spontan təşkilatlar, azad assosiasiyalar, zəhmətkeş qızğın kütlələrin təşkilatı, azad edilmiş insanlıq və yeni universal bəşər dünyasının yaranması.
Yaratmazdan və ya insanlara bu yeni təşkilatı yaratmaqda kömək etməzdən əvvəl qələbə qazanmaq vacibdir. Yaratmaq istədiyin bir şeyi qurmaq üçün əvvəlkini yıxmaq vacibdir!

0 comments:

Etiraf!

Deməli belə də dostlar. Di başladıq...

1) Mən hələ də blogumun kodun səhv yazıram, bu bloguda mənə Ülvi Həsənli açıb da, o kodu inboxda verib, həmişə bura girmək üçün inboxa baxıram...
2) Kənddə 3 günnən artıq qala bilmirəm.
3) İki dostumla vaxt keçirməyi çox xoşlayıram, xüsusəndə onlarla birgə olanda siqaret və pivə içməyi daha çox xoşlayıram.
4) Hər dəfə siqaret çəkəndə damağıma gizlində olsa baxıram ki, "görəsən şişmir?", çünki damaqda şiş olanda artıq xərçəng xəstəliyinə tutulmuş sayılırsan :)...
5) Ən sevdiyim əsər Alber Kamusun "Yad" əsəridir.
6) Fəlsəfəni çox sevirəm və hər dəfə fəlsəfi mətnlər oxuyanda yazını başa düşmək üçün əlləşirəm.
7) Nəyəsə çıxış yolu tapa bilmədiyim anlarla qarşılaşmaqdan qorxuram. Məsələn, elə bu yaxında bir hadisə oldu, Bizim Azad Gənclik Təşkilatının " Kino klubu" hər dəfə kino göstərəndə bir mütəxəssis kimi bir nəfəri çağırır, məndə Qan Turalını çağırdım, amma uşaqlardan xəbərsiz, günü, saatı hamısın danışmışam, tezliklə də Qan filmdə seçdi, dedi gələrəm zad, bunu Ülviyə deyəndə Ülvi əsəbləşdi... Bir sözlə Qan Turalını çağırası olmadıq, bunu Qan Turala necə deyəcəyimin üstündə hardasa iki gün fikirləşdim, axırda yola verə bildim.
8) Tək olanda özümlə danışıram...
9) Siqaretə əslində başlamağıma səbəb budur: fikirləşirdim ki, yazıçıların 99,9 %-i çəkir, məndə çəkim.
10) Evdən illərcə uzaq olsam, evdəkilər üçün darıxmaram...
11) Qız arxasıyca düşməmişəm heç vaxt...
12) Anam dindar olsa da, dinə qarşı çevrilməyimə səbəb odur.
13) Bölüşməyi xoşlayıram, ancaq üzsüz insalarla yox...
14) Arada belə gic kimi baxmayın, metroda oturub hamıya fikir verirəm. Buda hardasa 2-3 saat çəkir.
15) Qardaşımı itirməkdən çox qorxuram.
16) Ən balaca xalamın dəmlədiyi çayı içməkdən doymuram.
17) Glamur yerlərdən, oğlanlardan zəhləm gedir, ancaq mini geyinən qızlarına baxmaqdan xoşum gəlir.
18) Metorda olur ha, mini geyinən qız oturur, çox adam da onun baldırına baxır axı, mən heç vaxt o qıza yox ətrafına baxıram.
19) Ən çox istədiyim şey, bir qızın mənə sevgi etiraf etməsidir. Sevgini də bilirsiz necə yaşamaq istəmişəm? O, ki şəkillərdə olur e, oğlan qızın belinnən tutub, ya qız oğlanın qıçlarının üstündə oturur ha, bax sevgi yaşamaq istəyəndə qızla özümü elə çox təsəvvür edirəm, ancaq qız mənə " sən canı metroyacan ötür, ordan özüm gedərəm" deyəndə artıq bunun mümkünatsızlığın dərk edirəm.
20) Heç bir qızla yatmamışam.. :))))))))))))))))

Bəlkə bir çoxunuz inanmayacaqsız bəzi söhbətlərimə, amma həqiqətən səmimi içdən gələnləri yazmışam...

2 comments:

İntiharlara səbəb Düşüncədir dost, düşüncəmizi öldürək dost!



İntiharlara səbəb düşüncədir dost, əvvəlcə adamın içini yeyir, bu xərçəng xəstəliyindən belə betərdi, sonra tək olduğuvu, səhvlərivi, kimləri incitdiyivi, kimləri saymadığıvı, kimləri yarı yolda qoyduğuvu, kimlərin xətrinə dəydiyivi üzüvə vurur, səni ağladır, özündən çıxardır, sevməməyə, nifrət etməyə vadar edir, arada kimlərisə də yadıva salıb güldürür, xoşbəxt olduğuva inandırır, metamarfoza yaşadır, hirsləndirir, özündən çıxardır. Bəlkə dünyada ideal olmaqda, ölümsüzlükdə mümkündü, ancaq Düşüncənin özü ölümsüz olduğu üçün hamını özünə tay tutmamaq üçün belə şeylərin varlığının olmamasını hamıya inandırıb, şeytanın pis olmasına allah yox o səbəbdir dost, allahıda aldadıb ki, yer üzündə, kainatda hər şeyin yaradıcısıdır, bütün gücə sahibdir, insanlarıda aldadıb ki, yaradılışın ən idealıdır, onlar şüurludur, əlləri-qolları var, gəzə bilirlər, içib-çəkə bilirlər, kasıbın heç vaxt varlı ola bilməyəcəyinə, mənim böyüyüb adam olacağıma, qıçı olmuyanın bir daha gəzə bilməyəcəyinə, korun heç vaxt görə bilməyəcəyinə inandıran o zibil düşüncədir dost. Səni də aldadıb ki, mənim dostumsan, məni də aldadıb ki, sən mənim dostumsan, sevgilimi aldadıb ki, məni sevir, məni də aldadıb ki, mən onu sevirəm, atamı-anamı, qardaşımı-bacımı da inandırıb ki, məni çox istəyirlər, mən də onları, kişiləri inandırıb ki, işləməyə məcburdular, qadınları da aldadıb ki, istədiyi hərəkəti eləyə bilməzlər, valideyinlərimi aldadıb ki, beyinlərə yerləşdirib ki, qoca gələndə ayağa durmaq gərəkdir, dərsi oxumalıyıq, ya da oxumamalıyıq, ağzımızla-burnumuzla nəfəs aldığımıza, yeməyin bizi doyuzdurduğuna, qulağımızla eşitdiyimizə o inandırıb dost, bayramları, ad günləri, şəhərləri, rayonları, səyahətləri, geyimləri, riyaziyyatı, kimyanı, fizikanı, hörməti, nəyin haram buyrulduğunu, ziyan olduğunu, ümumiyyətlə nəyin yaxşı yaxud pis olmasını beynimizə o salıb dost, Düşüncəni öldürək dost, fikir ver, onu öldürməyimi belə özü istəyir dost, düşüncəmizi öldürək!

0 comments:

Rafiq Tağı (Rafiq Nəzir oğlu Tağıyev) ixtisasca həkim olsa da, daha çox yazıçı kimi məşhurlaşıb.

Heç olmasa bilməyənlər, ölümündən sonra bundan xəbər tutsunlar, O kim olub?


O, gənclik illərindən bədii yaradıcılığa başlayıb. Şer, hekayə, esse, oçerk və portret yazılarını yazıb. Ancaq onu ən çox tanıdan 2006-cı ilin noyabrında “Sənət” qəzetində çıxan “Avropa və biz” essesi olub.

Bu yazıda müəllif azadlıq və humanizm ideyalarının Avropada yarandığını, yalnız burada işlək və real olduğunu açıqlayıb.

Elə o üzdən də, xristianlığın Avropada oturuşmuş hala gəldiyi fikrinə gəlib.

Bu məqaləyə görə də yazıçı həbs olunub və 3 il azadlıqdan məhrum edilib.

Rafiq Tağı Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə (milli, irqi və dini ədavətin qızışdırılması) təqsirli bilinib.

Yazıçı ancaq 2007-ci il dekabrın 28-də prezidentin əfv fərmanı ilə azadlığa çıxa bilib.

Rafiq Tağı həbsdən sonra da yaradıcılığını davam etdirib.

Noyabrın 19-u gecə evinə dönən yazıçı bıçaqlanıb.

Bundan sonra xəstəxanaya çatdırılan Rafiq Tağı ayılan kimi mediaya açıqlamasında bu sui-qəsdin onun yazıları ilə bağlı olduğunu dilə gətirib.

Noyabrın 10-da onun “İran və qloballaşma qaçılmazlığı” adlı yazısı Azərbaycan saytlarında dərc olunmuşdu.

Yazıda şəriət qanunlarının sivil hüquqla dissonans təşkil etdiyi bildirilib.

Həyatı təhlükəni aşdığı bildirilən yazıçı noyabrın 23-də Bakının 1 saylı şəhər xəstəxanasında vəfat edib.

Rafiq Tağı 1950-ci il avqustun 5-də Masallı rayonunun Xaççobanlı kəndində doğulub.

Bir neçə il Azərbaycan bölgələrinin tibb məntəqələrində çalışıb. Daha sonra Rusiyaya köçüb.

1990-cı ildən Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında əmək fəaliyyətini davam etdirib.

0 comments:

Ən böyük dərdlər, xırda səhvlərdən qurulur!


Qəribəsi ondadır ki, dahiyanə əsərlər 7 not üstündə qurulur, 10 sm olan karandaşla böyük rəsmlər çəkilir, adi barmaq boyda naxış, bir yerə əsrarəngsiz gözəllik bəxş edir, balaca səhvlər üst-üstə yığılıb böyük dərd verir, 3 dəqiqəlik mahnı, bütün keçmiş xatirələri yada saldırır, "səni sevrəm" söz birləşməsi ilə unudulmayacaq sevgilər yaranır, bir parça şeirlə, tanımadığın kiminsə həyatını misralar balaca qramafona salır. Dörd divar içində 70-80 illik ömür sürülür, yada adi 9 sm-lik siqaretlə çarəsi tapılmayan xəstəliyə tutulur, əllə düzəldilmiş məftillərdən aşıla bilməyəck sərhəd qoyulur, 20 qəpiklə on insanın qarşı tox olur, əsginazla həyat dəyişilir, iki kəlm söyüşlə yaşıyacağı uzun ömürün üstündən xətt çəkilir, adi gedib 10 manatlıq hədiyyə alırsa, həyatının sonunacan onu saxlayıb səni yada salır, bir dənə birinci dəfə gördüyün adama yaxşılıq edirsən, günlər keçdikcə o yaxşlığa görə sənnən əl çəkmir və ən yaxın dostun olur, metroda arxaya çönüb başqa bir qıza baxmaqla 6 illik sevgilinlə münasibətə son qoyursan, yada öz istəyivə görə bankdan kredit götürürsən və xəbər evə bankdan xəbərdarlıqla çatanda 30 illik ailəyə son qoyulur, boşanma olur, hər şey balacadan böyüyə qədər, pilləkənlərlə yuxarı qalxdıqca evivə aparır,50 yaşlı alimin beyni ilə dünyanın digər tərəfində 2 saata ola bilirsən, qəribə görsənə bilər, ancaq bunlar real olduğundan artıq qəribəlikdən çıxır, bir müddət hər şey maraq dairəndə olur, ancaq dərkindən sonra marağa son qoyulur, həyatda hər şeyə son qoyulacaq nəsə mütləq tapılır, son qoyulmanın özünə əsla. Oturub fikirləşdikcə bəzən nələriə dəyişməyə çalışdığın zaman,qarşıva çıxan əngələ qarşı gücsüz olmaq, məni bu həyatda ən qorxuzan bir vəziyyətdir. Heç vaxt gücsüz olmaq istəmədim, ancaq mənim gücsüz olmağımı göstərən şeylər qarşıma çıxmasaydı, bəlkə də gücsüz olduğumun fərqinə varmıyacaqdım.İnsanın istəylərinə qarşı çıxan bir şeydə mütləq tapılır, heç vaxt elə mövqe tutmağımı istməməmişəm, ona görə sevdiyimə qarşıda soyuq olmağı bacarıram. Lakin O, bunu anlamadığından, məni başa düşmədiyindən bu halıma normal yanaşa bilmir, onda başa düşürsən ki, səni səndən yaxşı heç kim başa düşə bilməz, həmən an bunun fərqinə vardığında isə yalnız olduğunu düşünərsən, uzaqlaşmağa çalışarsan, ətrafdakılara soyuq baxarsan, bunu elədiyin anda isə heç kəsin səni yada salmadığını, unutduğunu beynivə salıb dərd edərsən, dərd etdikcə isə əlivin bir qulpdan yapışmadığını görüb təzədən həyata dönməyə çalışmaq istərsən, itirdiklərivi qaytarmaq üçün çalışarsan, çox güman ki, bir şeyi həqiqətən istəyirsənsə, ona nail olarsan deyillər ha? bax o məsəl burda işə yarıyar və həyata qayıdarsan, bu qayıdış səni hər kəsə qarşı saf, pak edər, inanarsan hər şeyə, qulu olarsan hamının, başıva bilə-bilə şillə vurub qaçarlar, üstlərinə gedəndə "bağışla istəməyərək oldu" deyib səni inandırallar, özün üzr istəyib ordan ayrılarsan kimi vəziyyətə düşərsən, həmişə deyillər ha, zaman hər qapının açarıdır, buda düz çıxar, zamanla saf olduğundan yenə boynuva minərlər, səndə onları, boynunda ağırlıq hiss edənəcən daşıyarsan və çökdüyün zaman hər şeyə Nifrət edərsən.

0 comments:

Bir Günlük qaçış.

Gecə saat təxmini 4:35 olardı, mən yerimdə uzanıb, qaranlığın yoxa çıxartdığı tavana baxırdım, əslində tavanı tam görməsəm də orda olduğunu bilirdim və mədəmin, şirkətlərdə nahar fasiləsi zamanı vurulan zəng saatı kimi siqnalizasiyası ilə, birdə hər il eyni fəsilin eyni ayında məni tutan öskürəklə birgə əlimi dağınıq saçlarımın arxasına keçirmiş halda, gözlərimin isə dimdik bərəldib eyni nöqtəyə zillənmiş vəziyyətində qəliz düşünürdüm. Fikirlərimə rahatlıq vermiyəcək otaqda bir çox şey var idi, ilk atamın və iç otaqda yatan anamın xorultusunun ətimi ürpəşdirməsi idi; daha sonra qardaşımın gecə yuxusunda danışmağı, mən istəməsəm də qulaqlarımın onun nə danışdığını öyrənmək üçün ona tərəf şəklənərkən düşüncələrimi dağıtması və birdə çöldəki küləyin, qonşunun eyvanındakı paltarların asıldığı, dibləri paslanmış məftili yellədərkən verdiyi cıyıltı səsi – təkcə səsinə doymadığım, küləyin açıq nəfəsgahımızdan evimizə kimi çatdırdığı dənizin dalğalarının bir-birləri ilə oynadıqları “sahildə müəyyən nöqtəyə dəyib-qayıtmaq” oyunundakı çıxan səslərindən aldığım əvəz olunmayan hisslər məni qurduğum xəyallarıma bir qız salıb, buralıqdan aparırdı. Xəyal qurmaq bəlkə bu həyatda məni yaşadan yeganə mücərrəd varlıqdır, amma onda heç nə daimi deyildir, bir xəyal uzun müddət davam edə bilər, çünki insan olur burdan Gürcüstana getmək istəyər və gedib çatar, bu artıq çatdıqdan sonra xəyalın yoxa çıxış formasıdır, insanda var ki, Amerikaya getmək istəyər və ora gedincə, yolda ölə bilər yaxud baş verənlər fikrindən daşındırıb, yol üstü Norveçə döndərə bilər, yəni ki, xəyalını əvəz etmək və ya ona çata bilməmək var. Dənizin verdiyi səsə bir azda yaxın olmaq üçün eyvana çıxdım, əslində onun mənə heç bir təsiri yox idi, sadəcə mən bu anı özümə belə çatdırırdım, halbuki, bütün qapıların haçarı məndə. Ayaqyalın üstündə durduğum taxtaların verdiyi soyuqluğunu böyrəklərimin həmən dəqiqə ağrımasından başa düşdüm, içəri keçib, ev içində geyinilən tapıçkalardan ayağıma keçirtdim, evin içərsindəki standartlığı pozmamaq üçün tək çarəm vaxtımı öldürmək üçün sakitcə kitab oxumaq idi, bəzən kitab belə kömək olmurdu, romanın içinə həyəcanla girdiyim vaxt təsirinin nəticəsi olaraqdan bir vərəqdən digər vərəqə keçmək üçün sakit çevirməyimin əvəzinə tələsik şəkildə dəyişirəm və standartı pozan hər hansı adi “tık” səsinə belə oyanan anamı, vərəqlədiyim vaxt çıxan səsin ona verdiyi marağa görə durub yanıma gətizidirir – bizim ailə bədii kitab oxumağa öyrəşmədiyindən onlara mənim oxumağım qəribə gəlirdi, mənim xasiyyətlərimdən biri kitab oxuya-oxuya musiqiyə də qulaq asmağım idi, çox vaxt digərləri də bunu etmək istəyəndə, fikirlərinin hansına tərəf yönəldiyini bilmir, ancaq məndə belə alınmır, iki səsi bölüşə bilirəm.
Saat 5:29-zacan kitab oxudum, çöldə məsciddən gələn dua səsləri və həmən an anamı namaza qaldıran zəng saatının çalınmağa başladığı vaxt anam yerindən qalxdı, mənim yatmadığımı və mətbəxdə “L” şəkilli oturacaq mebelinin üstündə oturub, divardakı çay dəsmalının üstünə çəkilən qara güllərə diqqətlə baxdığımı görüb, niyə yatmadığımı soruşdu, cavab vermədim. Səbəb ağlımda bu hərəkəti mənə elətdirəcək hər hansı bir nəyinsə olmaması idi, buna görə deyəcək sözdə tapmadığımdan sadəcə susdum, çox vaxt buna qalıb gələ bilmirdim, cavab verdiyimdə arxasında cavab olaraq mənə deyilən sözlər aşıb-daşan su kimi üstümə gəlirdi, onun qarşısına isə bənd çəkmək qeyri mümkün idi. Bir neçə həmləsindən sonra anam cavab vermədiyimi görüb, susdu, azan səsinin başlaması onun hamama girib, dəstəmaz almasına səbəb oldu, yanımdan ötüb keçərkən isə mənə tərs-tərs baxdığını ona baxmasam da hiss edirdim. Daha sonra arxasıyca atam gəldi, qaş-qabağını sallayıb açıq hamamın qapısının qulpundan tutub, içəri keçmək istərkən başını arxaya çəkib üzümə baxdı, hər an nə edəcəyi məlum deyildi. Düzünü desəm atamı sevmirəm, çünki onun mənə göstərdiyi yad ata münasibəti indiki düşüncələrimə çox təsiri olub. Bəzi insanlar özlərinə bir çox şeyləri sevdirməyə məcbur edərlər, “belə görmüşük deyə belədə yaşamalıyıq” xətti üstündə həyatını quranlar mənə görə boş insanlardı. Bu artıq sənə verilən həyatdı, edilmişləri edib yaşamaq sənin həyatıvı qul həyatlar sırasına salır. Mən allaha inanmıram. Bir çoxları həyatıvı onun veridiyini düşünürlər, ancaq verdiyinin qarşılığında da bir çox şeylər istər. Sanki bir insan sənə hədiyyə verir və o hədiyyəni elə seçir ki, hədiyyə “hədiyyə”liyində çıxıb ikisinin ortaq istifadə eliyə biləcəyi bir şey olur. Hədiyyə sənin stenkanda qalır, lakin o istifadə edir.


Ardı var

0 comments:

İçimdəkiləri boşaldıram!

Həmişə biriləri ağıllı danışmağa çalışarlar, ağıllı görsənməyə çalışarlar, bir maraqlı söhbət içində bütün bildiklərini ortalığa tökərlər ki, bazam budur. Bəziləri dostluğa qiyməti adi bir tufliyə görə verər və o tuflini istəyər, qarşıdakı dost sandığı adam verməsə dostluqdan silər. Bəziləri sevmək istəsə də, özünü sevməməyə məcbur edər, zaman sonrası peşman olar, nəisə bu qədər bəsdi, bunları yazdım ki, buracan oxuyanda düşünəsiz ki, nəisə maraqlı bir yazıdı, ancaq elə deyil. Keçirəm mətləbə. Özümdə içində olmaqla insanlar çox azğınlaşıb. Artıq gözlər başqasnı götürmür, hər dəfə adi boş vaxtıma düşəndə heç kəsi fikirləşməyəndə görürəm ki, istəsəm çox şeyi bacararam. Ancaq elə həmin özümü tapmış halda bir qadın keçir gözümün önündə və başlayıb fikirləşirəm ki, niyədə sevməyim? niyədə mən sabir bağında qızın əlində tutub oturmayım? niyə içərişəhərin dar küçələrin birində, bir darısqal yerə salıb qucaqlamayım? yaxud niyə Ulduz stansiyasında görüşüb çölündə onsuz sakit olduğundan bir yerdə oturub onu öpməyim? və başlayıram buna çalışmağa, bir müddət sonra istədiyimi əldə eliyəndən sonra yəni qıznan sevgili olandan sonra onun mənim üstümdəki hakimiyyətliyin fərqinə varanda bezirəm. Yəni bir insanın mənimlə bağlı qurduğu xəyalların içinə edirəm, düzəmmişəm kimi, heçnə olmamış kimi onu yarı yolda qoyub gedirəm. Həyata anamın dediyi və baxdığı "oxuyub adam olacaqsan" gözü ilə baxa bilmirəm, yaxud baxmaq istəmirəm. Bunlar mənə hamısı adi bir insana pozitiv düşüncə verməkdən ötrü deyilmiş sözlərdən fərqi yoxdu. Henə üçün çalışmıram həqiqətən, nə olursa öz-özünə olur. Amma bu halımı elan edib fəxr edirmişəmmiş kimidə görsənməyə çalışmıram. Sadəcə nə etdiyimi bilmirəm. Bir yoldu gedirəm, ancaq getmək məcburiyyətində olduğum üçün gedirəm, mənnən olsa yerimdə qalaram. Getdikcə hiss edirəm ki, standartlığı dəyişmək üçün adi "necəsən?" sualınada hər dəfə fərqliyönlü cavablar verirəm, mən dəyişməyə çalışdığım halda qarşıdakı insanın təəccübü mənə köhnəni xatırladır və yenidən hər şeyə başlamalı oluram. Mənə görə həyyatda ən xoşbəxt insanlar ölən insanlardı. Kim bilir bizi hər addımımızda nələr gözləyir, əminliklə deyirəm nə gözləyirsə heç birini istəmirəm, ortaya yenə mənnən aslı olmayan səbəblər çıxır. Yalan danışın, küsün, sönün, ölün!

0 comments:

Ans-də Sevinc Osmanqızının verlişində olarkən

İçəri təzə-təzə girəndə hələ hazırlıq gedirdi, Sevinc xanım gələn kimi iştirak edən təşkilatların hansı tərəfdən olduğunu soruşdu, debat idi, mövzuda Azərbaycanda eks prezidentlərin statusu ilə bağlı idi, qonaqlar Eldar Namazovla, Fəzil Ağamalıyev idi, hamı Eldar Namazovun tərəfində olduğunu görəndə mütəxəsislərin çıxışından sonra hər iki tərəfə əl çalınmasını istəməyi, heç ləzzət eləmədi mənə açığı. Pərdə arxası zibilliikləri demək istəmirəm elə keçirəm mövzuyla bağlı əsas mətləbə, bu qərarın qəbul olundan sonra kimlərə şamil olunmasına gələndə Fəzail Ağamalıyev iki prezidentin adını çəkdi, Əbülfəz Elçibəy, bir də əlbətdəki Heydər Əliyev. Əlbülfəz Elçibəyində adını çəkməliydi, ən azından nəzərə alsaq ki, zalda müxalif fikirli insanlar oturmuşdu, ona qalsa heç onunda adını çəkməzdi. Ayaz Mütəllibova şamil olunmasının isə əleyhinə çıxış elədi, səbəb o idi ki, “Xocalı soyqırımında Ayaz Mütəllibovun günahı var, O, hələ xalqa etiraf etməlidir, filan maddələrlə onu həps cəzası gözləyir” nəblim nə, orda dəqiqə yarım çıxış müddəti verdiklərinə görə bildim ki, fikrimi hələ çatdırmaq var, çatdıra bilməyib də vaxtın qutarmağı var, ona görə yazıram. Elə onu deyim ki, Fəzailə hansı sual verirdilərsə, o sualda batırdısa, hərrədib-fırradıb mövzunu Xocalıya gətirirdi, ikinci düzünü deməyə qaldıqda onun əsaslı fakt gətirməyini görmədim, mən Ayaz Mütəllibovun tərəfini tutmaq istəmirəm açığı, ancaq haqlı danışmağa qaldıqda ilk budur ki, guya hansı prezidentimizin dövlətimizə qarşı etdiyi zibil işləri yoxdu? Ebülfəz Elçibəyin yoxsa Heydərin? Hamısının olub, ona qaldıqda isə rəhmətə getməmişdən öncə xirtdəklərindən yapışmaq lazım idi ki, etiraf eləsinlər. Başqa tərəfdən baxdıqda isə ən azından Fəzail özü bu zibil işi bilirsə 100% gedib bunu ətrafındakılara çatdırıb, onlarda başqalarına beləcə Azırbaycan...Başqa xoş olmuyan bir söhbət oldu ki, təşkilat uşaqlarından biri Siyasi məhbuslara toxundu, Sevincdəki özünə əl qatmışdı ki, “mövzudan kənara çıxmayın”, Fəzailin bu haqda sözündən elə çıxdı ki, Azərbaycanda siyasi məhbus hal-hazırda yoxdu, prezident əfv eləyib, “Ana Vətən” partiyasının sədri olasan, özüvü bu dərəcədə artistliyə qoyasan, hamısı başını soxub YAP çətirinin altına, guya siyasi məhbuslarımızı tanımır

0 comments:

Elə-Belə(Həyatımın Essesi kitabımdan bir şeir)

Qarın ağrısı,
Cəza üçün verilib bizə.
Buraxır sancı zəhərini içimizə.
Kiçik darısqalda danışır əksinlə.

Ata şilləsi,
Tərbiyə üçün yox, hökmranlıq üçündür.
Ağıllandırmaq üçün yox, qorxu yaratmaq vasitəsi,
Dəfələr sonrası toz gətirir, gələcəyin küləyi.

Ana laylası,
Dəxilsiz cümlələr qurğusu.
Böyüyüb sonra başa qaxılmaq yaradılışı,
Söndürdü vaxtında ona qarşı istəyimi.

Yağış ətri,
Təbiət möcüzəsi yox, xəbərdarlıq nişanəsi.
O da çox çəkmir burunlarda,
Sovurub aparır, qonşu yelpəyin mehi.

İçki düşgüsü,
Tutulursan vecsizlik pristupuna.
Sevinclə qucağın açır sənə,
Ancaq dal görmüş park skamekası.

Oynuyan uşaq səsi,
Batırır səssizlik naləsin.
Pişik görəndə, həvəslə qaçış cəhdləridə,
Boşa çıxır, təkrarlanan növbəti həmləsində.

Qıza görə ağlayan oğlan,
Səni tək sən başa düşərsən.
Gücsüzlük deyil, əslində qüvvətli inam mənbəyidir,
Gözdən axıtdığın sevgi damlası.

Bank nəzarətçisi,
İtib-batıb insan cizgiləri toplusunda.
Gecələri yata bilmirsən bilirəm,
Hamının etibarı sənin seyfində.

Diş ağrısı,
Nervinin son dərəcəsini belə görürsən.
Heyfin gəlir keçirtdiyin bu gərgin saatlar sonrası,
Müdaxilə etsə həkim aləti.

Söz soxması,
Qonaqdı həmişə hakimiyyətə.
Başı bəla çəkir, neyliyəsən
Onu daşıyan ancaq tük toplusu.

Divardakı portret,
Gətirilib hədiyyə təm-tərağla.
Sözə baxmıyan kimi,
Asdılar boynu-bükük bəzəkli divardan.

0 comments:

Bu həyat

Kimlər üçün xoş oyun,
Kimlər üçün boş oyun.
Yada labirint içi,
Nə mənalı, nə mənasız bu həyat.

Görüb-götürmək artıq eyibdir,
İz buraxmaq, axmaqlıq a gərəkdir.
Gəlsin qoy səsim,
Daşa basacaq yoxacanbu həyat.

Baş qatırsan sevgisiylə,
İşində qeyrətli fayişəsiylə.
Hər şey müddətlə olsa da,
Fasiləsiz çalışır bu həyat.

Düzdü termini lazım deyil,
Sadəcə doğru kifayətdir.
Seçimə qapı açılanda,
Köməksiz gəlir bu həyat.

İstədiyim qədər bir qələmlə yazmaq istəsən,
İmkan qusmaz mürəkkəb.
Hər günüvü eyni keçirtmək,
Şans belə tanımaz bu həyat.

0 comments:

Yorğunluq buna deyirlər deyəsən


Ele bil duwunmek hecne vermir
Dunen gulduylerive, bugun teeccublu baxirsan
Biganelik aguwuna alir seni
Yorgunluq buna deyirler diyesen.

Sevgi reqsiyle vesf ede bilmir seni
Dostluq celbedici görsenmir sacaqli paltariyla
Ölüm hücuma kecir hemlesiyle
Yorgunluq buna deyirler diesen

Hami bir qab icinde, hami eyni geyimde
Hami arxa plana atilir var gücle
Hara dagildiqlarida maraq kesb etmir
Yorgunluq buna deyirler diyesen

0 comments:

Tam arxayın güvən ki, aldanmağı biləsən (Esse)


Pis olmuşdum, ilk dəfə mənim əlimin uzunluğunun ehtiyatsızlığı üzündən, özümü özümün sayəsində təsir altına salıb, özümə xələr gətirəcək, heç kimin nə baş verdiyindən xəbəri olmamasına baxmayaraqdan, əzabını mənə zərər dəymədən yaşamağa başladım. Axı hər hansı birinə güvəncliyim, həmən şəxsin özünə inam mənbəyi yaratmalıydı içdə, məndə niyə sonda əskinə təsir duyğusu yaşandı? yaxud yaşatdı? Bu yəqin boş, açıq qapılar üzündən naxoş anlara təsadüf oldu, səhvimi bir şəkildə cızmaqara eləyib, başqa tərzdə çəkməliyəm çox gec olmadan...

Məni özümə utandıracaq hərəkət, tamam başqa əks cinslərin, ayrı dünya adamlarının, əlacsız qalmışların hislərsiz münasibəti üstündə bir-birlərindən həzz sümrüsünü almağa çalışmaqları və çapalamaq sonrası aldıqlarıdır. Səhvim mənalı fərq yaratmaq istəyərkən fayişəliyə razı olan tərs cinsə yaxşı yolun dibindən fəlsəfəsinə qədər danışıb, məqsədimə əməl etdiyimə görə yaşandı. Hər yerdə üzümü gördü və divarın hər köşəsindən xəyali rəsmimi yapışdırdı, bununla mənə olan ehtiramını, hörmətini bildirməyə çalışsada, məndə tərpəniş oyanmırdı, mənə göstərdiklərinin arxasında isə əlbətdəki özü dayanmırdı, pərdə arxasında dayanan “işinin yaxşı getməsi”ydi... Çox məqsədə də tərs getmiyəcəm, onu niyyətinin paklığıyla ona yanaşana tikanlı məftil olan bu cür hərəkətlər, bir yaraşıq xətrinə sənin qabağda həyatıvı quracaq orqanlarla oynamaq ağılsızlıdan başqa heçnə deyil. Bəlkə də bu onun hər kəsi, realdakıları belə öz xəyallarında qurduğu dünyada görür? Bəlkə bunu yaşadığı real protiplər əsnasında həyata keçirir? İki eyni qütblü yüklər əksinə doğru hərəkətə yöndəmli olduqları bilinsədə, içində başqa əşyalarında yaşamını nəzərə almadan kor-koranə həyat qutusunu yoxlamadan zibil qabına tullamaq qarşıdakı illərin günlərində peşmançılığa işarədir. Hər yaşadığın zonanın köləsi olmasan, rahat nəfəs almaq qeyri mümkündür, ancaq qaldığın “teratoriya”da azad, sərbəst və istədiyin kimi yaşamaqda mümkündür. Vecsizlik pristupuna tutulandan sonra insanlara zərər gətirəcək cavabını daşımadığın, çərçivədən kənar hərəkətlərin olmasına səbəbdə insalardır, belə qəliz prinsiplər əsasında qurulan həyatda məqsədli addımlamaq çox çətindir. Bəlkə insanlıq qürubumuz qalardı, ancaq içdəki fayişəlikdə metamarfoza baş verməsinə inam gərəkdir ki, köklü olsun.

Kim deyir ki, fayişə ilə evlənmək olmaz? Kim deyir ki, fayişəni heçnə dəyişə bilməz? Kim deyir ki, fayişəni saf sevgi ilə sevmək mümkün deyil? Kim deyir ki, fayişə sevən qeyrətsizdir? İndi bu fikirlə audə olanlarda günahın tamı olmasada, yarsı var, günahın yarsı isə əsatir qəhrəmanlarımıza söykənir, xalqın əllə yazılan mono ideologiyalı fokloru indiki dar düşüncəliyə səbəbdir. Tam arxayın güvənclik insan qurupunun hər növünə gecdə olsa mənfi təsir göstərir, ancaq heçnə qazandırmırda deyil, ilk aldanmağın necə bir hiss olduğunu ağrılarla başa salır. Ağrı hislərin müxtəlif növlərindən biri sayılır, lakin digər növlərdən fərqi çətinlik yaşanmasıdır. Nazik ipdən asılan qurumamış paltarlar heç vaxt möhkəmliyi yaşıya bilmir, tez qırılır, ürəylərədə bu qədər həssas yanaşmaqda düz deyil, çıxılan əngəlli yollarda torpaq iyinin yayımıyla yağışın yağmasını bildiyimiz kimi, qarşıdakı illərdə nələr olduğunu bilmək yol kənarında baş verənlərlə görmək mümkündür. Artıq iki nəfəri xoşbəxt eliyəcək günün azlığı buludları başların üstünü örtəcək, əsil sevgi hislərinin bizim dövrdə qohum istəyiylə əvəz olunduğu kimi gələcəkdə bunun epidemiyasına qarşı qoyulacaq heç bir antivirus tapılmayacaq çox güman ki.

0 comments:

Adsız

Əgər Allah həqiqətən varsa, onda özü ayaqlarıma gələcək! Mən bu günə kimi qul olmağı sevmədim, bundan sonra da sevmiyəcəm, mən buna görə yazıçı olmaq qərarına gəldim, bilmirəm bu nə qədər alınır, ya alınmır, amma onu zaman göstərəcək. Səmimiyyəti Çox sevirəm, buna görə də uğurlu naliyyətim olandan sonra gündəlik gördüyüm insanlara qarşı nə rəğbətimi, nə də danışıq tərzimi dəyişirəm, bu məncə çox nəfərdə alınmıyan xüsusiyyətdi, ona görə hər insanla ünsiyyətə girirəm, əgər münasibət baş tutmursa mütləq bir vaxt ondan kənarlaşacam, bu yaxında da facebookda bir səhifədə bir mübahisəm düşdü, mən zarafata belə bir söz işlətdim ki, “əgər allah hər şeyi biləndisə, gəlsin corablarımın yerini desin, iki saatdı tapa bilmirəm”, bunu oxuyandan sonra admin məni araşdırıb ki, kiməm, təsadüfən eyni məkanın adamı çıxmışıq, bir də görürəm ki, qapımızı xəstə bir uşaq döydü, məni aşağı çağırdıqlarını dedi, düşdüm, gördüm bir nəfər binanın tinində dayanıb məni gözləyir, hardasa 29-30 yaşlı bir saqqalı oğlan, dindarlığı bilindi, binanın tinini dönərkən daha bir nəfərin kənarda gözlədiyini gördüm, nəisə uzatmıyım məni çəkdilər dəniz qırağına, söhbətin yazanın mən olduğunu soruşdu, dedim hə mənəm, mənə başladı dastandan, “ona inanmıyanların başını kəsərəm, belə eliyərəm, elə eliyərəm” bir təhər də olsa söhbəti uzatmadan, mənim üzr istəməyimlə ört-basdır elədik, həmin ərəfələrdə də yenə onlardan biri gəldi, oda zırpı, bir sözlə üç div arasında cırtdan qaldım, söhbəti uzatmamağa səbəb möminləri təhqir elədiyim üçün oldu, ən azından təhqir düz deyildi, ancaq axırda onlara sözüm bu oldu ki, “ siz kimsiz hər adamı belə evindən çıxarırsız?”, həqiqətən, mənə çatmıyan odur ki, onlar kimdi, tutaq ki, düz yolun yolçusu deyiləm, əhli-beyti tanımıram, onlara ixtiyarı kim verib ki, hər adama din öyrətsinlər, ikinci söhbəti uzatmamağıma səbəb onların niyyətinin başqa olması idi, elə insanlardılar ki, sözlə-söhbətlə başa salmaq mümkün deyil, görsələr ki, bağlanıllar keçəcəklər əl-qola, ən axrıncı variantları budur, özləri əgər mən bir polis çağırsaydım kişilikdən sayılmıyacaqdı, lakin onların təkcə mənim üstümə 3 nəfərlə gəlməsi kişiliyin krallığı sayılacaqdı, cahil insan anlamadığı üçün cahil sayıldığından bildim ki, mən öz dilimlə danışsam da, ortaq dildə də danışsam yenə cahillikləri arifçilik pilləsinə qalxmıyacaq, ona görə bir deyimim kimi, bilirsən ki, bildirişin bilinmiyəcək, onda bilməməzlikdən gəl, mənimdə bilməməzliyim susqunluq idi, dava ən axmaq insanların gücüdü, dinə etiqad göstərənlərin canı sağ olsun, mən canımdan bezməmişəm, hələ ki, inanmadığım varlığa görə heç, Nitşenin gözəl bir duyurumu var “inamsızlıq özüdə bir inamdır” mənim inancımda budur!

0 comments:

Sən ki, Allah deyilsən




Bu qədər əziyyətə saldın məni,

Bu qədər il geriyə atdın məni.

Səni silib atdılar daşa dönmüş qəlbimdən,

Elə gözlərinin xofunu aldığın cahil qulların, qorxaqların.

Boş-boş səbəblərdi kökü sənə bağlanan,

Eyni yol, eyni bələdçi, eyni söhbətlər,

Sən ki, təkrarsızsan bu dünyada,

Bəs niyə təkrarla yadda qalırsan ki?

Çıx get beyin qırışlarımı labirintə salan yalançı,

Sən ki, allah deyilsən.



Közünlə də od qalamıram,

Lap donaram, buza dönüb içimi soyudaram bəlkə.

Kin-küdurətim. olmuyan məhəbbətim son görmüyəcək,

Bəlkə cəhənnəmdə odluyarsan, bəlkə də bundan həzz alarsan,

Şeytan adına zalım postu çıxartma.

Özün buyurdun "pisliyini gördüyüne yaxşılıq et"

Səni söyürəm, lap elə iyrənirəm səndən,

Buna görə külə döndərmək istəyirsən meni?

Buda yaxşlığın?

Onda sən ki, allah deyilsən!


0 comments:

"Taun qorxusu"-(bu şeirim Albert Kamusun "Taun" əsərinə həsr olunur)



Tələf duyğusu, çəkindirir hamını ilk addımnan,
Şübhəli baxışlardı vəziyyətdən insanları ayıldan.
Artıq yerə düşən tikə belə yalanır sürünərək,
Analiz nəticəsində yaranır taun qorxusu.

İki hakimiyyətlik hökm sürür, ölüm və səssizlik.
İnsanlar eyni səviyyədə cürüyür belə anda.
Yaşamaq istəyi məhrum edir hər şeydən,
Geri çəkindirir həkimi də taun qorxusu


0 comments:

İlk Somalinə yardım yoxsa əvvəlcə özümüzə?


Bildiklərinizidə danışacam, bilmədiklərinizidə, daha əsəbləşmiyəsən neyliyəsən? Məncə ölkədə baş verən gündəmin bir neçə gündə davam eliyən aktual mövzularını bir kənara qoyub, bizi köklüm halda ağuşuna alan məsələləri gündəmə gətirək, yəni əclaflığa bir son qoyaq... Bizim ölkədə daxil olmaqla, ətraf ölkələrdə bu dəqiqə Somalinə yardım haqqında mülahizələr gedir, fond açılıb və nəticədə var, eşitdiyim məlumata əsasən “Somalinə yardım fondu”na təxminən 13 milyarddan çox vəsait yığılıb, belə sağlıqlarına qismət, istəmiyənin dırnağı bütöv qopsun, bəs bizim hansı günümüzə ağlıyacaqlar a bədbəxtlər? Bir anlıqda olsa bunu düşünmüsüz? Düşünmüsüz heç hanı yeni kontraktların nəticəsi? Düşünmüsüz heç hanı yeni müqavilələrin gəliri? Düşünmüsüz heç hanı yeni kağız üstü imzaların xeyiri? Yoxsa sizdə ailənizin neçə baş külfətini saxlıya bilməyəcək maaşla kifayətlənib, başınızı aşağı salmaq qərarına gəlmisiz? Niyə haqqınızı tələb eləmirsiz? Niyə dirənmirsiz? Götürək dindarlarımızı, nə vaxt baxsaz ağıl olan başa ağıl qoymağa çalışıllar, dolmuş başda gilinc olub partdıyanda tez bir damğa vurullar ona, qərar qəbul olunandakı “Məktəblərdə hicab qadağandır”, hamısı ekran arxasında oturduqları yerdə kompaniyaya başladılar, hay-küyə qalxdılar, çox keçmədi ki, o səslərdə kəsildi, deyəsən qrotekslərinin gücü bura qədər imiş. Həmişə kimdənsə gözləyirik!
Dünənləri qərara gəldim ki, ətrafa nəzər yetirim, iş barədə, yəqin sizdə bilirsiz, ən çox işçi “fəhləlik”, “taxiçilik”(badımcan yox), birdə lapetdə o künc, bu künc öz bağ, bostan məhsullarını satmağıyla məşğul. Gəlin fikir verək, “fəhləlik”- bu dəqiqə ən çətin iş onların yükündədir, günün altı, az maaşa çox iş, iş sığortası yox, pulların vaxtı-vaxtında verilməməsi, səs çıxardanı həmin dəqiqə işdən xaric etmək, “taxiçilik”- bəxtəbəxt bir iş, saatlarla gözləmək və günə bircə manat gəlir, başqa növüdə fərasət, məcbur lapetdə o künc, bu künc məhsul satanlara qalanda isə qazandığının 40%-i PPX işçilərinin cibində, məncə bu kifayətdir(hardasa başa düşmək olar ki, qanunsuz hərəkət eliyir, ancaq 2-3 manat qazanmaq üçün buna məcburdu)... Əvvəl eşidirdin ki, “kasıb ol, rahat ol” kəlməsi çox işlənir, getdikcə isə kasıbın könlündən ərəb şeyxliyi keçir, lakin susur, kasıblıq indiki dövr üçün qorxağlıq anlamı daşıyır. Nazirlərimizə əziyyət çərçivəsindən baxanda başa düşürəm ki, O, kresloda oturmaq üçün müəyyən əziyyətlər təpəsi aşıb, amma onlara qan içənliyi kim öyrədir? Bizimkilər rahatlıq simvolunu təmiz fırradıb başqa adət-ənənə üzərində işlədillər, tariximizdən gəlib, tariximizdən başqa şeylərdə gəlib, “Azadlıq naminə qurban verməyi bacarmaq”. Guya Babək bilmirdi ki, az qoşunu ilə o boyda ərəb xilafətinin qabağına çıxmaq olmaz? Guya Nəsimi bilmirdi ki, dərisi soyulacaq, onnansa şahı vəsf eləyib canını qutarsın? Eyniylə bugün ki, gündəki siyasi məhbuslarımız, Bir nəfər dur deməsin, mini desin!


0 comments:

Elcan (narkotikdən əziyyət çəkən ailənin son beşiyi və Kitabımdan bir hekayə)

Həmid bizim üst mərtəbəmizdə qalsa da, həm də mənim kirvəmin qardaşı idi. Onların ailəsində on nəfər adam yaşayır, ancaq bir evdə üç ailə, hər gündə bu ailədən dava, qırğın eşidilir; bəzən söyüşlü iki qardaş arasında, bəzən də söyüşsüz ər - arvad arasında, davaların sonluğunun quruluşu elədi ki, nəticəsiz qalmır; Azər(Həmidin böyük qardaşı, mənim kirvəm) qırğında idisə şüşə qırılırdı, həmçinin Azər enlikürək olduğundan O, əsəbləşəndə hər səfərində arvadı qonşuya keçirdi, uşaqları aşağı oynamağa düşürdülər, bir evdə qaldıqlarından Həmid uşaqlarını, arvadını otaqlarına salıb, qapını arxadan kilitləyirdi, Müşfiq(Həmidin balaca qardaşı) isə eyvana çıxıb, saatlarla bir paçka siqareti ilə orda dayanırdı; Tofiq əmi ilə Aygül xala(Həmidin ata və anası) qırğında olanda isə Müşfiq evdən qaçırdı, Həmid bloka düşüb siqaret çəkirdi, Azər isə səs - küyə qarışıb onları nəhəng səsi ilə sakitləşdirirdi. Azərin evdə davaları ona pul verməyəndə başlayırdı, ər - arvadın davasında isə Tofiq əmi yemək bişirilməyəndə etmədiyi hərəkət qalmırdı. Əvvəllər onların ailəsində hər şey firavan, xoşbəxt keçirdi. Azər Rusiyaya gedib - gələndən sonra ayrı ev alıb köçdü, bir müddət sonra dəstəklə Həmidə ev aldılar və O, da ailəsiylə yaxınlıqdakı binaya köçdü;hamısı az müddət içində yaxşıya doğru tamam dəyişmişdi və az müddət içində də mənfiyə doğru addımladılar; ta ki, Azərin balaca narkotik tabletkalarından aslı hala düşməsinə qədər. O, narkotikə dadandığından dəyişməyə, fiziki zəifləməyə başladı, əsəbiyyəti daha da artdı, 20 neçə yaşında sifət cizgilərinin artmasından 50 yaşlı kişidən fərqlənmirdi, vecsizlikləri çoxaldı, ailəsinin problemləri daha maraqlandırmadı, uşaqlarının hər gecə üstü açıq yatmaqlarından, səhər heçnə yeməyib dərsə getməklərindən xəbəri belə olmadı. İlk çətin vəziyyətə düşüb evini satmağa müstəntiqi döyməsi səbəb oldu(yadımdadır qəsəbədə bu söhbət geniş yayılmışdı, Azər ona ilişmək istəyən müstəntiqə kafedə əlində nərd taxta ilə yaxınlaşaraq başına keçirtmişdi), onu həbsxanaya salmasınlar deyə evini satdı, daha sonra müstəntiq narkotiklə bağlı Azərdən çəkinirdi və döyüləcəyindən qorxub Həmidə ilişdiyindən Azər onu təzədən döydü(bu da qəsəbədə yayıldı, Azər müstəntiqin maşınının qabağını kəsərək onu maşından düşürdüb qalın odunla gözüdönmüş dərəcəsində əzişdirmişdi) və Həmidin də evini satmağa məcbur qaldılar. Müşfiqə dəyilən ən böyük zərbə sevdiyi qızın ailəsi qızını Azərin narkotik audəçisi olduğunu eşitdikləri üçün Müşfiqə vermədilər, yadımdadır Müşfiq o hadisədən sonra Azəri dörd ay dindirmədi və özünə heç vaxt evlənməyəcəyinə qərarı verdi, lakin Müşfiqin digərlərindən fərqi o idi ki, evə qazanc gətirsin deyə, başını soxmadığı iş qalmamışdı. Bu çəkdikləri ziyanlıqdan Aygül xalanın qazandığı pul üstündə ki, rəğbət, hörmət də yoxa çıxdı, ona məncə həmən anlarda şəxsi meyarlarını itirməyi yox, vəziyyətdən necə çıxacaqları marağlı idi; iş o dərəcəyə çatdı ki, Dilarə (Azərin həyat yoldaşı) bir gün bizə gələrək ana dediyimə Aygül xalanın və Azərin onun qızıllarını oğurlayıb satmağından şikayətləndi, ana dediyim isə əlbətdə ki, ən böyük sərvəti olan dindən söhbət açmağa başladı, çünki ancaq bildiyi söhbət açılanda qəşəng məsləhətlərlə beyinin qırışlarını artırırdı. Gün keçdikcə evdəki xaosluq son həddə çatdı, bu evin dəyişkənliyini, evdəki havanın küfürlü olduğunu, maddiyatsızlıqdan evdə yaşayanların çox şeyə ehtiyacı olduğunu Həmidin qızının və ya Azərin uşaqlarının üzünə baxanda görmək mümkün idi; Həmidin qızının üzünə daşıdığı “ hər şeyimiz var ” mimikası, Azərin qızının üzünə daşıdığı “ əslində gərək var ”, ancaq üzdə dediyi “ gərək yoxdur ” sözü və oğlunun həyətdəki uşaqlarnan oynayanda aldıqları təzə maşından, gündə içdiyi fantadan, gəzmək üçün bulvara gedib atraksiyonlara minməyindən danışmasını istədiyi təqdirdə, təkcə baxdığı futboldan danışması evdəkilərin əzablarını uşaqların çəkdiyini bilmək kifayət edirdi. Vüsal(Azərin oğlu) evdəki uşaqların ən böyüyü idi və O, müsbət vaxtdan mənfi vaxta keçidi yaşamışdı, indi ki, evdə baş verən hər reaksiyonlara öyrəncəli idi. Toğrul əmi çox içirdi, bunu artıq məhlə camaatıda yaxşı bilirdi, lakin küçədə skamekada uzanan, məcburiyyətdən mağazanın şüşəsini qıran, gecə ocaq qalayıb ətrafında uluya - uluya yalnız musiqisini bildiyi mahnını oxuyan, axşam bir butulka almaq üçün əlini açıb dizin - dizin sürünən(bu heç olmasa digər versiyalara baxanda samballı idi), dükanın yiyəsi ilə yaxın olub ondan nisiyə spirtli içki götürən sərxoşlardan tamam fərqlənirdi, O, çox vaxt yan bulokda yuxarı mərtəbələrdə qalan, həyat yoldaşından ayrılandan sonra bir evdə yaşasalarda baxımsız qalan balıqçı Alyoşa, bizim bulokda birinci mərtəbədə qalan, gözlərini itirmiş(itirməyinə səbəbini bilmirəm), keçmişdə imkanlı olması ilə qazandığı hörməti kasıblaşanda itirən, məni qardaşımla uşaq vaxtı bir dəfə güclü tufanda maşınına minizdirib dərsə aparmağından sonra hər görəndə halını soruşduğum Niyazi dayı və yan bulokda birinci mərtəbədə yaşayan, ayağına qaynaq zamanı dəmir girən, buna görə əməkli olan Şahin kişi ilə Niyazi dayının imkanlı vaxtında aldığı, içərisinə dörd maşın yerləşən qarajlarında qapını açıq buraxıb içirdilər, özlərində olduqları zaman bir - birilərinə tərifli sağlıq, az içkili olandan sonra əvvəllər kimlərəsə etdikləri yaxşılıqları və tam sərxoş olandan sonra isə hamısı uca səslə dərdlərini danışırdılar, bəzən bu söhbətlərin içərisində məhlədə olan adamın eşidə biləcəyi tonda deyilən söyüşlərdə eşidilirdi. ”
İçəridən ana dediyimlə ata dediyimin möhkəm eşidilən qışqırıqları məni dayandırdı, təəccüblənmədim, uşaqlıqdan bəri gözümün gördüyü yersiz danışıqlar üstündə başlayan qırğınlar idi onsuz; tənbəllik etməyib yerimə getdim və yazmağa davam elədim...
“ Toğrul əmi Vüsal ilk nəvəsi olduğuna görə onunla daha çox vaxt keçirməyə çalışırdı; babaların nəvələrini apardığı yer dəniz qırağı olsa da, çox gəzib yorulub bir daşda oturanda cavanlığından danışdığı halda, gəzərkən qarşısına çıxan başqa ağsaqqalı görüb, nəvəsinin əlini buraxıb hökümətdən qroteksli söhbətləşməsi təqdirdə, ya da bir dükana girib pensiyası ilə bir su, bir peçeni almalı olduğu halda apardığı, Vüsalı gəzdirdiyi, əlini buraxdığı yerlər kababxanalar, pivə xanalar idi. O vaxt binamızın böyrünə getdiyim mənə görə gedəcəyim ən uzaq yer sayılan vaxtlarda məhlədə çox olurdum, Vüsalın 4-5 yaşında babası ilə məhləyə gələndə ağzı pivə köpüklənən anlarınıda çox görmüşdüm; Toğrul əminin Vüsalı içizdirə - içizdirə “ kişi içki içər ” kəlməsini Vüsalın həyətə girib uşaqlardan “ içki içmisən? ” sualının qarşılığında yox cavabını alıb “ kişi içki içər ” deyəndə, bu sözlə beynini doldurduğunu bilinirdi. Dilarə uşağını belə görəndə çıxış yolu Vüsalı hər yay tətilində rayona göndərməyində tapdı, həm beləcə evdəki gərgin vaxtlarda deyilən ən pis söyüşləri eşitməzdi, Azərin gecə evə gəlib Dilarəni döydüyünü az da olsa görməyib yerində rahat yatardı, evdə hüzurun itdiyi vaxtlarda rayondan gəlib anasını qucağlayıb “ darıxmışam ” deyib Dilarəyə ana olma hissiyatını qaytara bilərdi. Gün keçdikcə evin içində hər kəs özü üçün yaşayırdı, bu kimsəsiz adaya düşmüş adamların həyatda qalmaqları üçün bir-birlərinin ətini yeməkdən betər idi; Toğrul əmi artıq evə gələndə aldığı ərzaqları balışının altında gizlədirdi, Aygül xala əvvəl qazandığı restoran kariyerasında uğrunu təzədən yaratmaq üçün aldığı borcları geri qaytarmaqdan ötrü məhəllə arvadlarına ərk eləyib rayondan göndərilən əzik pomidorları satırdı, Dilarə bəxtinə düşən gözəllik salonunun qapısında “ işçi axtarılır ” yazısını görüb işə girmişdi, Azər narkotikə və müstəntiqi döyməsi ilə evi bu günə salmağından peşmanlıq hissi keçirməyərək anasının, Dilarənin pullarını götürüb yenə həzzini tuturdu, evdəki hər kəsin içinə qorxu daşı düşmüşdü, heç kəs ona ” daha bəsdir ” deyə bilmirdi, təkcə Dilarə çəkinə - çəkinə bunu bacarırdı, ancaq fəsadları üzündəki şişlər və belindəki ağrılarla təcəssüm elətdirirdi, Müşfiq artıq qazandıqlarını evə gətirmirdi, Həmid isə qızının məktəbə getməyini fikirləşib başqa ölkələrə işləməyə gedən adamlara qoşuldu(Qazaxıstana getdi). Bir gün bu bəladan Dilarə və Məlahət(Həmidin həyat yoldaşı) çıxış yolu namazda gördülər, ana dediyimin yanına tez - tez gələrək, söhbətlərdən itirməkdə olduqları əqidələrini dinə yönəltmək istədilər, ancaq onlar dinlə məşğul olmanı çoxsu kimi istəyərəkdən yox, həyat tərzlərinin iztirablarından qurtaracaqlarını düşünüb dinə yönəldilər; onları başa düşmək olardı, bataqlığa düşən insanı onu bataqlığdan kimin, yaxud necə çıxması önəmli deyil, ona yalnız batağlıqdan sağ çıxması vacibdi, lakin belə bir düşüncə onları axırda heçnəyə gətirib çıxartmayacaqdı. Üstündən az müddət sonra isə namaz qılmaqları ilə heçnə əldə etmədiklərini görüb bizə gediş-gəlişlərini kəsdilər, sonradan isə namazı yarımçıq buraxdıqları bilindi. Həmidin belə çətin vəziyyətdə bir oğlu olmuşdu, bu ikinci övladı olsada, gəlişi ilə evə sevinc gətirmədi. Elcanın evdəki uşaqlardan tamam fərqlənməsi doğulduğu zaman ağlamaması, həkimin qucağına gülüşlə gəlməsi olmuşdu; təzə təməli qoyulan fundamentin üstünə yaş daşı qoyduqda isə O, evdəki bütün hadisələrə, bağırtılara, davalara qanmasada gülə - gülə baxırdı, O, həyatın gördüklərindən ibarət olduğunu özündə fikirləşirdi, görüb - eşitdikləri də bunlar idi. Bu çətin vəziyyətlərindən xəbərləri olan qohumlarının heç biri onların evinə ayaq basmadığına görə Elcan yalnız gəzməyə aparılarkən tanımadıqları adamları görürdü.
Bir gün Dilarə Azərə boşanmaq istədiyini dedi, bunu eşidən Azər isə evi altını üstünə gətirəcək həddinə qədər özündən çıxıb, tək ailəsini yox, bütün məhləni lərzəyə gətirdi; evlərindən Azərin inəyi maşın vuranda çıxartdığı böyürtü səsləri kimi çıxartdığı səslərin gəlməsi ilə bərabər, Elcanın möhkəmdən eşidilən gülüş səsləri gəlirdi, elə bil xeyirlə şər bir yerdə idi. Azərin qarşısını polislər aldı, əlini qandallıyanda hər kəsin duruxub, sükutluq verən təəccüb dolu baxışlarının içində, sükutluğu pozan Elcanın polislərə baxa - baxa kəsilməyən gülüş səsləri idi, bu real həyatda gördüyüm tərkibinə az təsir verici dəhşətdə qatılan ən maraqlı meladram səhnə idi. Bu hadisədən sonra üstünə gün tozları oturduqca, Elcan həm öz əsl vəziyyətinə, həm də xeyir anormallığından normal hala uyğun şəkil almağa başladı, artıq heç kəsə gülümsünmür, ancaq neçə ilin suyunu gözünə doldurubmuş kimi, hər saatdan bir boşaldırdı...
Əziyyət çəkənlərin niyə qanmadığı uşaqlıq dövrünə qayıtmaq istəklərini indi yaxşı başa düşürəm, yaşadıqca önə atmaq istədiyin addımlar, səni varlığınla geri çəkilməyə vadar edir.
Biz hamımız səhv edən PİSLƏRİK, amma biz ümid edirik ki, hər şey yaxşı olacaq və ya gözəl sonluqla qurtaracaq, lakin bizlərin PİS olmasını yadımıza salanda yenə ümidimiz kəsilir. Bu çölə çıxış qapısı olmuyan labirintin içərisinə düşmüş siçovulun çıxış axtarması kimidir; hər dəfə labirintin bir yolundan digər yoluna keçmək üçün qoyulan qapıya çatanda, gördüyü qapını çölə çıxış bilir və ruhlanır, ancaq çölə çıxış heç cürə yoxdur, artıq bununla barışmaq lazımdır.


0 comments:

Nə yazılasıdı axı ağ kəfənlərə?

Nə yazılasıdı axı ağ kəfənlərə?
Dərd cızsanmı ki, fərahlıq gətirsin nəbzimə.
Boşaltmıyasanmı ki, ağzı havada qalıb quruyan mürəkkəbi,
Korlanmasın əziyyətləri, dağıtmasın ətrafa,
Daxilimdəki Yer qədər süzülən sirləri.

Nə yazasan axı ağ kəfənlərə?
Qabağdan, hər tərəfdən hər cürdə gəlinib onsuz.
Yorğun görsənir səpilən cümlədəki dağınıqlıq.
Dəniz olub fayda versəm,
Sahilimdə qurulan ulitarlıq baxımsız.

Nə yazılasıdı axı ağ kəfənlərə?
Eşidib oxudum ancaq qəm-qüssədən çıxan qan,
Təməldən əyri qoyuldu kəllə daş.
İrsi ipi kəsilsəydi düşülməzdi sərt günə,
Ruhu qaçqın, özü itkin bir mənada olanlar.

Nə yazılasıdı axı ağ kəfənlərə?
Seçimlər unutmaq qədər çətindi,
Bəbəylər xamilyon rəng alıb sülənməkdən.
Keçmişdən bir insanda qalmadı,
Öldürsün gəzmək naləsini içimdə.


0 comments:

Dost elə çox istəyirəm ki...

Dost elə çox istəyirəm ki,
Şikəst, gözdən zəlil, qoldan əlil bir sevgilim olsun.
Addım ata bilmədiyi yerlərə,
Nəzarətçisi mən olum.
Daşıya bilmədiyi səyahət çantasına,
Dinməz qulluqçusu mən olum.
Ayaqsız aşa bilmədiyi,
Özü qaldıracaq ekskalatoru mən olum.

Dost elə çox istəyirəm ki,
Şikəst, gözdən zəlil, qoldan əlil bir sevgilim olsun.
Yaşamamaq nurunu işə saldığı anda,
Həyatını dəyişəcək, rəngbərəng fırçası mən olum.
Kürəyi yerə gəldiyi anda,
Məsafə saxlıyacaq, hislərin yaratdığı qüvvə mən olum.
Əlini boşluğa uzatdığı anda,
Ona sahib çıxacaq, reklam xoşbəxtli ailəsi mən olum.



0 comments:

Pajero sahibini iki əllə salamlıyan fəhlə.

İnistitutdakı yay smestri sona çatandan sonra vacib məsələmə görə mənə mütləq iş lazım idi, ancaq təəssüf ki, rus dilini təkcə yazıda başa düşüb, ünsiyyət qura bilmədiyim üçün, sahibi oğlan yaxud kişi olan dükanlara yalnız qız satıcılar tələb olunduğuna görə, ingilis dilinin aşağı məktəb materialını bildiyim üçün mənə iş tapmaqda çətinlik törədirdi. Atam işləmək həvəsimi görüb məni əmimim yanına düzəldəcəyini dedi, sözsüz ki, bu məndə səhrada su tapmaq kimi təəssürat yaratdı, nə işlə məşğul olduğunu, işimin nə olduğunu, maaşımın nə qədər olacağını(bu mənə o çoxda vacib deyildi, əsas işin özü idi) soruşmadan ani cavabla razılaşdım. Elə cavabımın sabahsı gününün axşamı atam sabahdan işə başlıyacağımı, birdə özümlə paltarda aparmağımı dedi, bəlkə həyatda ilk iş günüm olacağı üçün, öz pulumu qazanacağım üçün gecəni yatmamağa həsr elədim. Səhər tezdən işə gedəcəyimdən bir saat əvvəl durub, hazır geyimdə, sumkamı hazırlayıb qapının ağzında oturmuşdum, mənim həmən vaxt vəziyyətimi görən olsaydı yalnız gülərdi. Evdən çıxmağıma yarım saat qalmış telefonuma zəng gəldi, əmim idi; telefonu açmamışdan öncə ilk düşündüyüm işin vaxtını səhv saldığm oldu, ancaq belə deyildi, əmim mənə hələ ehtiyac olmadığını, özü lazım olanda mənə xəbər eliyəcəyini söyləyib, işə gəlməməyimi istədi. Axşam düşəndə əmim yenə zəng elədi və dedi ki, sabahdan işə çıxıram. Səhər açılanda bayaq ki, mənzərə ilə yenə qarşılaşdım, hazır durduğum vəziyyətdə əmim işi çıxdığını və işə getmiyəcəyini dedi, mənidə qəşəng əsəbləşdirdi. Öz xasiyyətimə bələd olduğumdan bilirdim ki, əgər üçüncü dəfə də belə vəziyyətlə qarşılaşsaydım, qarşımdakının kimliyindən aslı olmuyaraq, qışqır-bağırtı ilə danışacaqdım, lakin buna gərək qalmadı, çünki üçüncüdə işin olacağından əmin idim, səbəb onlar işləyən yerə aparan marşutda olduğum idi. Marşutdan iş yerinin qabağında düşəndə nə işləyəcəyim artıq mənə məlum oldu, fəhləlik...
Yəqin ki, fəhləlik deyəndə ilk ağıla sorumsuzluq, məcbur ailəsini dolandırmaq üçün savadsız insanların işlədiyi və daima işçiyə tələb duyan sənət növü gəlir, elə belədidə.
Əmim və oğlanları ilə görüşüb, sonra köhnə, həmişə etdikləri zarafatları yola verib paltarımı dəyişməyə getdim. Paltar soyunulan otaq əməlli başdı universal otaq rolundaydı, burda həm yatmağa, həm çay içməyə, həm yemək yeməyə yer var idi, həm də tikintiyə lazım olan materialları saxlayırdılar. Orda işləyən tək biz deyildik, bizdən başqa bağbanlar və başqa fəhlələrdə var idi. Əmim oğlu nə işlə məşğul olacağımı göstərib, öz işinə getdi, göstərdiyi iş isə mənə elə də çətin gəlmədi, çox keçmədi ki, işimə əl qoydum. Açıq hava da işlədiyimizə görə bizə maneə təkcə gün idi, kömək olacaq vasitə isə dənizə yaxın olduğundan, hər saatdan bir qaçıb dənizə kəllə vurmaq idi. Günorta çatanda artıq istidən sifətimdə gilinc mimika daşıyırdım, arada isə səbəbli obyektin menecerlərini söyürdüm; mən vurulan kafellərin boş aralarını mazla doldurub sonra üstünü silirdim, elə yer olurdu ki, mazı çox vururdum, siləndə ləkələr qalırdı, əmim oğluda hər səfərində yaxşı silməyimi, menecerin görəndə əsəbləşəcəyini deyirdi; heç kəsin görmüyəcəyi və gəlib maraqlanmıyacağı yerdə qalan ləkələrə görə menecerin çərənliyəcəyini düşünmürdüm, amma əmim oğluda ona nə qədər danışıldığını danışdı, buna görə də dayanmadan menecerə yağdırırdım, az keçmədi əmim oğluda mənə qoşuldu... Günortanın mərkəz vaxtında fəhlələrin hamısı dənizə getdi, bizdə onlara qoşulduq. Görən görüb bilir, zəngin iş adamları, nazirlər və.s belələri dəniz qırağında özlərinə obyekt tikdirib, dənizə də girməyə pul tələb edirlər, mən işlədiyim yer tam qutarılmadığından buralıqda çimmək üçün pul tələb olunmurdu, buna görə bəzən bir-iki ailə biz işlədiyimiz yerin yanında dənizə gəlirdilər. Biz də çimməyə gələndə yanımdakı fəhlələr sahildə uzanan qızı gördülər, onlara görə qarşılaşdıqları bu cür mənzərə həzdən başqa heç bir duyğu hissi yaratmırdı. Fəhləlik, ancaq naməlum zarafatlar, çox yenilikdən geridə qalmışlıq, özü kimilər arasında bahalı markalı telefonu olana qılığlanmalar, xəsislik və bəzən ürəyi açıqlıq, bir-birlərinin üzlərinə gülsələr belə içdə şübhəylə yanaşmalar, işdən yayınmalar, “obed” saatından lazımı istifadə etmələr...
Yemək vaxtı qurtarandan sonra çıxdığımız otağın qabağında “Toyota Pajero” maşını, yanında da naxoş üzə malik, səliqəli geyimli bir kişi dayanmışdı. Əmim və oğlanları onu görər-görməz tələsik addımlarla yanına yaxınlaşıb, iki əlli salam verdi, daha sonra digər fəhlələrdə eynən əmim kimi elədilər. Heçnə mənə çatmadı, görünüşündən bilinirdi ki, iş sahibinə oxşayır, ancaq ona qarşı bu süni izzət hardan yarandığını bilmirdim. Çox da fikir verməyib, saymamazlıq şəklində, həmən kişinin yanından keçib, işimə davam eləməyə gedirdim ki, əmim müəllim deyə müraciət elədiyinə məni göstərərək “təzə işçimizdir, mənim qardaş oğludu” dedi, arxaya çönəndə kişinin mənə tərs-tərs baxıb, əmimdən işin nə yerdə qaldığı haqqında soruşmağa başladı, sən demə bayaq ünvanına yağdırdığım nalayiq söyüşlərimin sahibi elə bu menecer imiş...
Aralarını mazla doldurduğum kafellərin üstünü silərkən, menecerin başımın üstündə dayandığını gördüm, mənə yaxşı-yaxşı silməyimə göstəriş verəndə, günün başıma vurduğunun təsirinin nəticəsidə olaraqdan, qarşımdakının kimliyini unutmuş şəkildə “xoşuva gəlmir gəl sən sil” dedim, hamı çönüb çaşqınlıq içində mənə baxırdı, çünki bilirdim itirəcəyim heçnə yox idi, əmimgilin isə çörəyi fəhləlikdən çıxdığına görə vəzifəlilərə məcbur boyun əyirdilər, şahla qul söhbəti kimi(qulun özünnən razı şahın qarşısında baş əyməyinin səbəbi yalnız işinin yaxşı getməsidir, onda şaha qoyulacaq heç bir hörmət yoxdur).Sözümü menecerin üzünə acıqlı baxa-baxa elə dedim ki, artıq sifətimdən məlum idi ki, ikinci söz desəydi söyə-söyə işimi orda qoyub gedəcəkdim, ona görə cavab olaraq heçnə eşitmədim. Deyinə-deyinə iş saatıda qutardı. Paltarımı dəyişərkən artıq gəlməmək haqqında fikirləşirdim, çünki bir günün əzabı məni qırx il geriyə atmışdı, əlimdə başqa imkanlara sahib ola-ola 3-4 manata görə fiziki sağlamlığıma zərbə vurmaq ağılsızlıq olardı. İşdən çıxanda insanın içində ilk yaranan duyğu, gedib evdə heçnə fikirləşmədən uzanmaq duyğusudur, ancaq bir anlıq rahatlamağa son qoyub, üzü düşkün hala salan isə “sabah yenə itin əzabı” fikridir. Mən işləyərkən həyatlarının belə olması ilə barışmaqlarını işdə arada yaranan haqsızlıqlara səslərini çıxartmamaqlarında görürdüm. Son ərəfələrdə qarşıma çıxan insanların üzlərində daşıdığı köksüz yorğunluqlarına, iş yerindəki işçilərində üzündə müşayiət elədim, getdikcə buna çarə tapmaq yox, akumulliyasiya olunacaq hal yaranıb.


0 comments:



0 comments:

Bugün keçmiş sevgilimi gördüm

Demişdim, özümə söz vermişdim,
Sənə aid bir kəlmədə yazmıyacam, amma bacarmadım.
Ayrılmış cümlələr olsada nə fərqi var?
Yenə sənin üçün yazıram.
Bütün dünyam dəyişdi, sancılarım artdı, çünki
Bugün keçmiş sevgilimi gördüm.

Dərmanım var başqa qızlardı,
Ancaq özümü aldada bilmirəm.
Sevə bilmirəm,
Eh dost, unuda bilmirəm.
Bilirəm şablon söhbətlərdi, neyləyim axı,
Bugün keçmiş sevgilimi gördüm.

Əlində qara çantası,
Qısa qara saçlı, qara koftalı.
Ətəyində qara uzun yupkası, qara eynəyi,
Heçnə dəyişməyib, ən əsas yumşaq əllərini,
Tanıdığım bir oğlan tutub, bərkdə qucaqlayıb, neyləyim
Bugün keçmiş sevgilimi gördüm.

Ola bilməz belə aura,
Tez qalxmalar, üzə şillələr.
Tər içində qaldım, dilimdə qurumuşdu,
Qaranlıq otaqda bu nə səs küy?
Hər şey aydın oldu deyəsən, oyandığım yuxuda,
Bugün keçmiş sevgilimi gördüm.

Onu mənnən alan bir sürücünün səhvi,
Beynimdəkiləri cürütmüşəm, bircə o annan başqa.
Divarımdakı rəsmi, lap seriallardakı kimi.
Ölümündən sonra 6-ildi ki, hər gün,
Eyni yuxuyla sabahı açıram, eyni yuxuda təkrar danışıram və yenə
Bugün keçmiş sevgilimi gördüm.


1 comments:

Saçı uzun oğlan sən əsgər gedəssən?



Azərbaycan, Azərbaycan... Mənəviyyatsızları, qanacağsızları bol ölkələrin öndə gedəni, bax bu yaxında əksər tanışlar mənə dedilər ki, “ bezmirsən öz ölkəvi alçaltmaqdan?”, bilirsən dost bu alçaltmaq deyil, əsl həqiqəti demək elə məhz belədir, düz acı olur məsəlidə bunlardan yaranıb. Bilimli danışıqları etmək istəmirəm, hər kəs bilir ki, Azərbaycanda uzun saçlılara nə gözlə baxılır, bunun üstünnən keçək, gələk onlara verilən gic-gic, əttökən suallara, məs ; elə biri başlıq qoyduğum sual. “Saçı uzun oğlan sən əsgər gedəssən?, sən evlənəndə də belə olacaqsan?” ancaq belə sual forması bizim millətin əcaiblərindən çıxar. Əsgər məsələsinə qalanda getmiyəcəm, belə yaxşı eliyəcəm, əcəb eliyəcəm! Almaniyada əsgərliyə getmək könüllüdü, belə düşüncələrlə biz heç vaxt nə Almaniya olarıq nə də onun kölgəsi. “Vətən Anadır, qaytar ona borcuvu”, söhbətləri oğlanlardan başqa qızlarında qulaqlarını dəng eləyib, dost harda yazılıb ki, mənim bu Vətənə borcum var? Mən bu Vətənin suyundan istifadəsinə görə hər ay su pulu ödəyirəm, işığına görə pul ödəyirəm, torpağın üstündə qurulan binanın mənzilində yaşamağa görə pul ödəyirəm, hətda zibil tökməyə görə MKİS(mənzil kommunal istismar sahəsi)-ə pul ödəyirəm, bu torpağın üstündə bir obyekt açan kimi, naloq pulu ödəyirəm, vergi pulundan danışmıram, indi bax dost mənim borcum var bu Vətənə? Azərbaycan müharibə şəraitində yaşıyan ölkə sayılsada, bir növ görsənir ki, bu qanun qüvvədə qalmalıdı, qalsında, ancaq hansı əsgərlikdən gələn oğlana baxırsan ilk bu cümləni deyir “ağlın olsun getmə əsgər”, səbəb bilirsiz nədi? Səbəb onları it yerinə qoymamaqdı, səbəb  başlarında duranların oğraşlıqlarını göstərməkdi, başındakıların əsgərlərlə düşmənləri kimi davranmaqlarıdı, mənim bir tanışım var əsgərlikdə bir həftə içində hər gün  odunla döymüşdülər, sizcə həmin insan yaxınını istəyər ki, əsgərliyə getsdin? yəqin xəbərlərdə də eşitməmiş olmazsız, “bir əsgər avtomatı ilə atəş açaraq bir neçə əsgər yoldaşını güllələyib”, hamısı onu alçaltmaqdan irəli gəlir, belədəki yaxşı eləyib. Bu yaxınlarda bir komandir və bir neçə əsgər çastdakı pox-püsürü açıb tökdülər, sabahkı gün həmən adamlara “vətən xaini” damğası vurdular , aradan qaldırdılar, bax Dost bizim ölkə budur!


0 comments:

Ateistlərdə İnsandı

Çalışacam bu mövzuda tərəfsizlik stabilliyini sabit saxlıya-saxlıya mətnin axrına çıxa bilim. Bunu yazmağa vadar edən bir mövzuyla bir neçə dəfə qarşı-qarşıya durmağım səbəb oldu. Ölkəmizin adı demokratiya(babatda demokratlarıq axı (: ) ilə bağlı olduğuna görə yəqin bilirsiz ki, müsəlman sayılsaqda, qanunda dini seçim azadlığı deyilən anlayış var. Ancaq bizim özünü bəyənmiş dindarlarımız başqa dinə mənsub olanları görəndə elə bil günorta çağı, təxmini 3 saat günün altında dayanannan sonra alınan vəziyyəti alırlar. Yəni başdan qıcqırırlar. Bu yaxında evimizə Bibiliya kitabını gətirmişəm, sadəcə başqa dinlərlə maraqlandığım üçün, lakin kitab evdəkilərin və bəzi dindarların əlinə keçən kimi beynimi deşik-deşik eləyiblər. Bu dəqiqə dinlə məşğul olanların çoxu şüuraltı təzyiq içindədilər, onlara dini kitabda, həmin “dini kitabdakıları oxuyanları gələcəkdə kef gözlüyür” cümlələri onları o qədər fağırlaşdırıb ki, ancaq xülyalarla yaşayıllar. Əvvəl mənə allahı öyrətdilər inandım, sonra qanan çağa gələndə dedilər artıq sən ona işləməlisən, namaz qıldım, sonra dedilər savablarıvı artır zor şeylər gözləyir səni, başladım fağırlaşmağa, birdə ayıldım ki, atam-anam deyir oğlum dön sola dönürdüm sola, deyirdilər əyil, əyilirdim, çıxdım əllərinin altından , çünki onların mənə elətdikləri eləmək istədiklərim deyildi, sonra dinə baxdım, dedim gəl bir az yoxluyaq, doğurdanmı din onları mülayimləşdirib, başladım ərinməyə, gec-gec namaz qılmağa və hər dəfə də itin sözün yeyirdim, çırpılırdım, nəhayət anladım ki, din mənə görə biri deyil, namaz qılanların, başı bağlıların çoxu, başqa işlərlə məşğuldu kimi şablon cümlələr haqda danışmıyacam. Bilirsiz dostlar mən allaha inanmıram, bizi inandırıblar, elə bunu oxuyan dost sənidə, dostuvuda, qonşuvuda, hamımızı inandırıblar və bizdə düşünmədən inanmışıq. Mənim inamsızlığa ən böyük səbəbdə elə məhz budur, mən istəyirəm inamı özüm tapım, “ay yuxumda ərəb hərfləri gördüm, sabahdan namaza başlıyacam; alnımda beş qardaş iz aşkar olunub, sabahdan namaz qılacam; ərim içki içdiyinə görə yuxumu qarışdırdım, sabahdan dualara başlayıram” və.s kimi artistlik üstündə qurulan cümlələrlə, mən allah deyilən başqarışdıranı çətin tapım. Digər səbəblərə qalanda mən belə çox rahatam, mən yazıçı olduğum üçün, dindarın dilindəndə, ateistin dilindəndə rahat danışa bilirəm. Quranı oxumadım, çünki hər kəsdən bir özünəxaslı quran cümlələri çıxır, bir dəfə sinif yoldaşım mənə dedi ki, “ sənin öz əqidən varsa özün araşdır tap “, yenə deyirəm ki, əlimdə quran birinə yaxınlaşacam və məni başa salan insanın özüdə ya şiə çıxacaq, yada sünnə... Nəisə gələk ateizmə, bizim cəmiyyətdə “ateistəm” anlayışı “qatil, adam əti yeyən, manyak” sözündən betər anlam daşıyır. Bir nəfər çıxıb desə ki, mən ateistəm, onu cihad adıyla başını üzəllər, ən çox halda özüvə qarşı bu sualı eşidirsən “dostum yaxşı inanmırsan, bəs səni kim yaradıb?”- yəni mən gəlib çıxacam ilk dünyanın yaranışına və deyəcəm allah! Qarşımdakı necə düşüncəsiz biri olduğu məlumdu məncə, ona görə ki, mən ateistəm deyirəmsə demək allaha inanmıram, ancaq hər kəs sübut gətirmək üçün Quran cümlələrindən, kəlamlardan, peyğəmbər hədislərindən, möcüzələrdən sitat gətirir. Mənə sübut gətiriləcəksə tamam dəxilsiz sübut gətirilməlidir. Mən çətinə düşəndə allah deyə qışqırmıram, hər şeyi axınına buraxıram, mən bu dəqiqə axtarışdayam, çox təəssüfki köməkdənsə əksəriyyət məni alçaldır, belə olan təqdirdə istəyimə çətin nail olum... Hər sahədə maymaq insan olduğu kimi, ateistlər içindədə olur, əgər inanmırsansa təhqir etmək düzgün deyil və ya ətrafın ateistdisə 2 günə fırlanıb ateist olmaq heç düzgün deyil, buna görə fanat olmuyan ateistlərlə heç kəsin işi olmamalıdır, axı ateistlərdə insandı.


0 comments:

23-nömrəli palata(yarımçıq romanım)

Açılan Gözlərim.
Hər şey həyatıma qoyulan nidaların və çox sevdiyim insanı itirməyimlə başladı.1 gün işıqlar sönmüşdü mən isə evdə tək idim.Qapı döyüldü.Düzü işıqların sönməyi və havanın qaranlığ olması məni qorxuzmurdu, məni həyəcanlandıran qapının bərk və aramsız döyülməsi idi.Qapını açdım bu isə xoş sürpriz olmuşdu, çünki gələn mənim çox sevdiyim insan mənim xalam idi.Mənim onu sevməyim isə bəlkədə onun mənə göstərdiyi isti münasibət idi və yeganə xalam o idi.
-Salam xala sən idin?Xoş gəlmisən.
-Salam ömrüm.Hə mənəm Ləman.
-Ləman şahmatı gətir oynuyaq.
-Necə xala?Nə şahmat?(təəccüblü gəldi sizədə düzdü elə deilmi?mənədə çox təəccüblü gəlmişdi,şahmat mənim ən çox sevdiyim oyun idi bəlkə buna görə bunu istədi?Ama bunu içəriyə girən kimi niyə?Üzünə bu danışdıqlarımı demədim)
-Şam işığında da olsa gəl oynuyaq
-Yaxşı xala.
Oynamağa təzə başlamışdığ ki,
-Ləman, ömrüm içim yanır qoy su içiim
-Otur xala mən gətirərəm.
-Yox qızım özüm gətirəcəm.
Xalam təzəcə mətbəxə getmişdi ki, 1 dən zəng gəldi,zəng eliyən isə mənim atam idi.
-Alo
-Alo qızım mənəm atan.
-Hə ata?
-Ləman, qızım bilmirəm necə deyim bu mənə də çox ağırdı ama....
-Nə olub axı ata?Niyə səsin həyəcanlıdı?
-Qızım...(sükutluq hökm sürdü...) qızım dünən xalan bizə gələndə qəzaya uğrayıb rəhmətə gedib.
-....
-Alo Ləman qızım, alo alo qızım...
...Bəli bu nöqtələr həmin an heç kimin yerimdə olmasını istəməzdim.Allah niyə belə edirsən axı?Niyə sevdiyim insanı mənə çox görürsən axı?Niyə?Niyə?Sənin belə xoşuva gəlir?Nolardı ki, ona yazdığın taleyi nöqtəylə yox vergüllə əvəz edərdin Niyə axı?Niyə məni öldürmürsən əzablar xoşuva gəlir?
Bunları isə həmişə içdə dedim çünki gördüyüm xalamın ruhu mənim ruhu xəstəliyimə səbəb oldu, evdəkilər isə bi gün məni dəli olduğumu qərara alıb dəlixanaya göndərdilər.
-Ay sağol qızım, geyin bu ağ xalatı indi əlivi çiyinlərivə qoy ay sağol
Məni burda süni təbəssümlərlə düzülmüş həkimlər qarşıladı, onların gülməyi bilmiyinki mənə yazıqları gəldiyindən xoş sifətlə qarşılamaq istəyidi yox sadəcə olarıda bilmək lazımdı ki, olarında çörəyi biz dəlilərdən aslıdı biz olmasaq olar burda olmazlar.Məni bir palataya gətirdilər qapısının üstündə isə 23 yazılmışdı.İçəriyə girəndə heç kimin nəzərinə, baxışlarına tuş gəlmədim buda normal idi axı içərdəkilər dəlilərdi.Digər otaqda həkimlər gündəlik dəlilərin ağıllması ümidi ilə test keçirirdilər ama bunun bəhrəsini görmürdülər həmişə boş.Günlərimi bu balaca palataya həsr olunacağn düşünəndə bir azda dəli olurdum dəliin bir azda dəli olması qəribə səslənsədə bu belə idi.Hər gün eyni üzlər çox bezirdim.Səhər həmişə məni süzən heç vaxt oyuncağından ayrılmayan 13 yaşdı uşaq mənə yaxınlaşdı.
-Salam, adım Ceyhundu al bu oyuncağı sənin olsun.
Mən həmin dəqiqə susdum, gördüyüm günnən oyuncağından ayrılmayan uşağın birdən bu hərəkəti qəribə idi,bəlkə içəridə tək qız olduğum üçün dəqiq bilmirdim.
-Al bunu, mən artıq böyümüşəm al götür bunu al, al.
Ceyhunun təkrar təkrar al-al deməsi məni özümdən çıxardırdı hamını başımdan elədiyim kimi onuda başımdan eləmək üçün oyuncağı götürdüm.Günün çox vaxtı yaxınlıqdan qışqırığ səsləri gəlirdi.Daha sonra Ceyhuna haqsızlıq elədiyimi fkirləşib onun yanına getdim, yanında oturan kimi isə ona ilk bu sualı verdim.
-Sən necə olub bura düşmüsən?
-Mən...Mənim..Bizi
Bunları demişdiki o ağlayıb başqa tərəfə getdi.Sbahsı gün isə o özü mənə yaxınlaşdı.
-Mənim anam gözəl olub.Bizi əmim saxlıyıb, səbəb isə atamın 1992-ci ildə Qarabağda gedən döyüşlərdə itirməyimiz oldu.Əmim bizə arada baş çəkirdi.1 gün onun içkiyə qurşandığını gördük, çox içməkdən əlavə narkotikədə qurşanmışdı.Onun arada gəldiyi günləri isə artıq hər gün əvəz edirdi.1 dəfə o anamı qırağa çəkib evi satacağnı didi.Anam isə oevin atamdan qalan tək varis olduğunu və satmayacağnı didi.Mənim onda 11 yaşım var idi.Onlar mətbəxtə söhbət edirdilər, az keçməmişdiki əmimim söyüşlərin eşidirdim, çox pis söyürdü anam bu söyüşlərin qarşısında isə ona yalnız bir şillə vurmuşdu ki, bu əmimi daha da qıcığlandırdı və mətbəxdə ki, bıçaqla anama 9 bıçaq zərbəsi vurmuşdu.AAAAAAAAAAAAAAAAAAA.Qan qan qan axırdı dayanmırdı.
Pis olmuşdum çünki artıq Ceyhun ağıyırdı.Əlimi gözlərinə toxundurub yaşlarını sildim birdən isə qırağdan qulağma həkimlərin pıçıltısı gəldi.Yazıq yəqin yenə kiməsə taleyin danışır, özü həmin anları yadına salır, artıq iki ildiki o belə edir. təzə gələn dəliyə öz oyuncağın verir sonra isə ona taleyin danışır.Bu anda isə Ceyhun danışmağa təzdən başladı.
-Heçnə edə bilmirdim.Ən pisi isə sonradan başlandı məhkəmədə hadisəni danışanda əmim anamı fayişə kimi qələmə verdi, hardan tapdığını bilmirdim ama bir neçə adam gətirmişdi özü ilə şahid kimi.Onlar anamla yatdıqlarını deyirdilər ama mən onların bizə gəldiyini heç vaxt görməmişdim.Sonra hakimə əmim mənim dəli olduğumu dedi.Heç kimim yox idi.Anamla atam bir birlərini sevəndə ailələri razı olmamışdı.Onlar isə qaçıb gizlin evlənmişdilər.Əmimdə belə etdiyindən təkcə onunla danışırdıq.Başqa heç kimim yoxuydu.Mənə isə dəli talonu verdilər.Və sonra bura.
Məni sanki susdurmuşdu Ceyhun.
-Bəs sən?Sən necə oldu ki, bura?
Onun danışdığı bu hadisədən sonra öz vəziyətimi danışmağa utandım, ama danışdım.
-Mən ruh görmüşəm öz xalamın ruhunu bunu isə evdə ruhu xəstəliyim kimi bilib məni bura göndərdilər.Birdən yenə qışqırığ səsləri qulağı dağıdırdı.
-Bəs bilmirsən o qışqıran kimdi?
-Adı Elçindi.
-Niyə qışqırır?
-Atasını, anasını gözünün qabağında baltalıyıblar.
--Necə?
-Atası mafiyaya işləyirmiş.Bir gün nə səbəbdən olduğunu dəqiq eşitməmişəm ama bir gün evlərinə gecə vaxtı mafiyanın adamları gəliblər, yatan vaxtı olub,Elçin isə narahatçılığınnan yata bilmirmiş.Otağnın qapısı açıq olduğunnan qarşıdakı atasıglin yatdığı otağı görürmüş.Birdən mafiyanın adamları onlar yatan yerdə atasını anasını baltalıyıblar.Yekə olmağına baxma həmin vaxt qorxduğunnan səsi gəlmirmiş hətda bir cingilti belə.Adamlar gedəndən sonra qarşısında valideyinlərinin tikələrini görüb durmadan qışqırırmış.İndidə ona görə qışqırırki elə blirki o qışqırığna kimsə gəlib onları xilas edəcək.
-Bəs o küncdə duran oğlan həmişə kitab oxuyur, kitabını götürəndə isə qışqırır.Niyə axı?
-Toğrul.Hə hə o elədi ancaq nəsə öyrənir ama testlərdə birinədə düzgün cavab vermir.Burda hər gördüyün dəlilər əslində özləri suallara cavab vermək istəmirlər.Onun atası anası yoxdu bacısı saxlıyırmış.Bacısı ailə qurandan sonra onuda özü ilə aparıb.
-Bəs o niyə burdadı?
-Bacısı ailə qurandan 1 il sonra öz ərinin bədənini yeni bədənlə əvəz edirmiş.Gündə bir kişiylə yatırmış.Uşaq olmasına baxma qeyrətli uşaqdı buna görə bacısını yatdığı kişiylə bıçağlıyıb.Yaşı çatmadığınnan belə hərəkətinə görə onu bura göndəriblər 18 yaşında türməyə aparacağlar.
-Onun yanına gələn kişi kimdi?
-Bacısının əri....Blirsən burda bəzi uşaqların ailələridə var sadəcə onlar çölə çıxmaqdan qorxur.Elçin qorxurki çölə çıxsa onuda mafiyanın adamları öldürəcək,mənim isə heç imim yoxdu.
Nəsə bilmirəm ama bu danışdıqları faciyə idi ama mən sıxılırdım.Hələ neçə belə uşaq var idi həyatı faciyə idi ama mən sxılırdım.Bezirdim bu nədi həyat deyil sanki chənnəmdə ən çox əzab çəkdiyin faciələri sanki sorğuda bir daha gözvün qabağına gətirirlər.Bu sözlərinə baxmıyaraq burda qalası fikrimdə yoox idi mənim.Sbahsı gün test sorğusunda ənim növbəm idi hamısına düzgün cavab verdim həkimlər sevinirdilər, daha sonra ilkin müayinədən sonra məni evə buraxdılar.Mən orda qala bilməzdim bir tərəfdən həyatımın həyat olmadığnı və kor olduğumu gördüm bir tərəfdən isə ora sanki mənim mühitim deyildi.Evə gələndə hər şey ilk vaxtlar gözlədiyim kimi oldu, evdəkilərin yalandan qorxduqları təbəssümlə qarşılanırdım.Hər gün qohumlar mənə baş çəkirdi mənim fikrim isə inanmasamda danışılanlarda qalmışdı.İlk günlərdə çölə çıxmağım çətin idi.Bütün günü evdə idim, dəyişən anamla atamın hər kiçik şeyə görə bir biriylə yola getməməsiydi.Çox vaxt mübahisələri isə mənə təsirindən qorxub qapı arxasında edirdilər.Sabahsı gün mən həyətə düşdüm.Hər kəsdən çəkinirdim, çətin idi mənə.Çünki baxışımda ünsiyətimdə dəyişmişdi çox danışmırdım.Hər tanış küçədə isə qonşu qadınlarının"a hə o qızdıda Allah özü kömək olsune, yazıqdı" kəlmələri məi evə qaçırdırdı.Daha sonra həyətə düçməyim adi hala çevrildi, evdə isə artıq mənə bir şey olmasından qorxmuyan valideyinlərim səssiz mübahisələrini qışqırığlarla əvəz edirdi.Küçələrdə dəyişmişdi, bəlkə mən bunu görməmişdim ama hər məhlədə küncdə duran oğlanlar məni görən kimi"uff nə bomba şeydi, gözəl bura bax" atmacalarıda adamı cana gətirirdi.Söz atmıyanıarın baxışlarında isə məni öz altlarında görmək istəyləri dururdu, qəribəsi onda idi ki, dostları arasında qeyrətdən danışan oğlanın bacısı öz dostuyla görüşürdü,marşutlarda gözləri şorla dost olmuş kişilərin mənə al atmaları məni hamıdan qaçırdırdı, bəlkə öz qızları başqa marşutda hansısa oğlanın ağzına girib bu dəqiqə.Bir gün isə gündüz həyatının mundarlğını görüb gecələr düşməyi qərara aldım, gecə çıxanda isə çox gəzə bilmirdim.Gecə həyatı sürən sərxoşların atdığı və dediyi sözlər isə dəhşət idi, hər gecə çıxan qıza isə fayişə kimi baxırdılar, olsada olmasada.İnanmazdım ama artıq dəli axtarışına çıxmışdım, necəki dəlinin dilindən dəli anlıyardı.Çox nadir halda olsada istədiyim dəliləri tapırdım, ama onlara yaxınlaşanda qeyri-normal kimi baxıb məndən uzaqlaşırdılar.Onlarıda başa düşmək olardı axı illərlə onu saymıyan insanlardan birdən ona yaxınlaşması anarmol kimiydi.Belə olduğunu görüb çölə çıxmamağmı qərara almışdım.Bir gün otağmın qapısını atam döydü.dediyim kimi görmək arzusunda olduğum şeyləri əlim üzüləndən sonra görməyim qəribə idi burda mənə qəribə gələn isə atamın qapını döyüb icazə istəməsiydi.
-Qızım olar?
-Buyur...
-Qızım...
Onu bu qədər mülayim görməmişdim blinirdi ki, o mülayimliyin arxasında nəsə durmuşdu.
-Qəzəm bilmirəm sənə necə diyim ama inan sənin yaxşılığvı istəyirəm.Sənin çətin vaxtların çox oldu, artıq bu evdə şadlığın olmasını istəyirəm.
Danışırdı ama mənə hələ nəsə çatmırdı.
-Bu yaxınlarda sənin hərin olacağ.Müdrimin oğlu İlqar səni çox bəyənib.Nə deyirsən sənin qərarın?Ama inan sənin yaxşılığun üçündü.
Qəribə səslənirdi çünki mən hiss edirdim artıq qərarların vermişdilər, sonra isə yaxşılığa qalanda görəsən işdə vəzifəsin qaldırmaq üçün deyir yoxsa doğurdan bunu istəyir?
-Gəlsinlər.
-Onda hazırlaş demişəm iki gündən sonra gəlicəklər.
Dediyim kimi söz-söhbət istəmirdim çünki bilirdim qərarları özləri vermişdi.
2 gün ancaq otağımdan çıxmadım.Qapı döyüldü onlar idi.Gəldiklərinnən yarım saat keçmişdi məqamı yetişirdi.Mən hamama keçdim, güzgünün qabağında durub özmə baxırdım.Bilmirəm niyə ama artıq mənə dəli kəlməsini eşitmək istəyirdim.Bu gözəlliymə görə?Ortada xoşü gəlməy olmadığnı bilirdim çünki bu bir müddət idi briliyant sənin olandan sonra kimlərəsə görə parıldasada sahibi üçün artıq parlaq olmurdu.Əlimi qayçıya atdım və saçlarımı dibindən kəsməyə başladım. keçəl edəndən sonra ülgüclə üzümü kəsik kəsik elədim.Qansızlıqdan ağrıları o qədər hiss etmirdim qarşılarına çıxanda isə
-Bu nədi?Bu manyakdı ki, dlidi bu üzünü bağlıyın baxa bilmirəm ürəyim bulanır, durun İlqar durun getdik durun başı xarabdı ki....
1 müddət sonra isə
-Ay sağol qızım gey bu ağ xalatı əlivi çiyinlərivə qoy ay sağol.
Yenə qarşımdakı qapının üzərindəki yazı 23-üncü Palata.

Qorxu

Sevincimin həddi hüdudu yox idi otaqda isə ilk gün kimi Ceyhun testlərə səhv cavab verirdi. bir şey dəyişmişdi otaqda qışqırığ səsləri gəlmirdi aramızda Elçin yox idi.Mən indi bunu düşünmürdüm yəni səbəbini bilmirdim ama mənim fikrim tamam başqa bir yerdə idi.

Əsarət altında azadlıq.
Bu gün o çox qəmgin.Gözlər isə yanındakı meyidə baxa-baxa fikirlərdə.İndi o xəyala dalıb?Yoxsa çarəsizliyini büruzə verir?Sir-sifəti qan içində.Niyə ona yazılan başqa cür yx belə oldu?Hadisə belə olmuşdu.Bir gün işdən qovulan evə tez gəlir, onun işdə bu qədər qırğınından sonra evə gəlincə sanki başına bir qaynar udan da betər qaynar su tökdülər.Yataqda arvadı və dostu iş başında.Bu isə onlara baxıb nə edəcəni ilmir, nə etsin?Dostunu döysün?Ya arvadına sillə vursun?axı Nə etsin?Yox türmə həyatı çox çətindi, istəmirəm azadlığml əlimdən alsınlar, yox 30il zindan arxasında çürümək istəmirəm.B fikirlər hamsı hamsı dağıdır onu.Yox qorxuram türməyə düşüb Aftaritet əlindən öpməkdən.Arvadı isə dostu ona yazıq-yazıq baxmaqda, sanki bilmiyərəkdən bu yaxınlıq baş verib.Hər kəs kimi olarda bir şeyi edəndən sonra peşman olublar çünki münasibət qurulanda ağılları başlarında olmayıb bir qarış havada olub.Neyləsin zibilə qalmış bu 30 ili niyə orda keçirim?Qəzəb bu fikirlərə hakim bıçaq qarın deşməkdə idi oda bunu eləməkdə.Heç özüdə bilmədən 10 bıçaq zərbəsi endirir arvadı sə özünnən gedir.İndi həminki fobya meyidlə birgə yaxındakı polis məntəqəsinə girir.Elə heçnəyi araşdırmamış necəki bəzi insanlar kimi heçnəyi bilmor ama bilməyindən danışır polislərdə eləcə məhkəmə və türmə həyatı.Hər şey tam əksinə oldu.Onun eədiyi həkət qeyrət hərəkəti onun atmosferinə uyğun olmasa da içəridə yatanların çoxsu buna görə zindandadır və heçdə gözləmədiyi hörməti qayğını, dəstəyi ona burda Aftaritetinə kimi hamısı göstərirdi sanki o kal o birilər əl altılar.İndi isə o burdan çıxmaq istəmir, çünki o yaxşı bilir daha ona çöldə əvvəli hörmət olmuyacaq o isə orda tam əksinə.
Mənim bura qayıtmağımında əsl səbəbi bu idi.Testinnən sonra Ceyhun üzü təbəssümlü mənim yanıma gəldi.
- Salam, xoş bir daha xoş gəldin
- Darıxmışdım sənin üçün balaca
- Eee balaca demə, axrı ağlım çoxdu.
- Hmm...
- Burdan gedib gəlməyividə bilirəm.Bəzən qarşındakıların sənə Azərbaycanlı olmağları şübhələndirir sanki danışdıqları dil başqa adı isə Kənan, Mahmud, Aysel və ya başqa.
- Məni yandıran o deyil, məni yandıran bu yaşıma gəlmişəm ama qohumlarmın, ailəmin üzlərini tanımamışam...Nəysə ama doğurdan sizi üçün darıxmışam.Bəs içərdə Toğruldan başqa Elşini görmürəm niyə axı?
- O artıq yoxdu aramızda.
- Necə yəni?Nə olub?
Bunu demişdim ki içəri həkimlə bir kişi girdi.Gələn kimi Toğrulun yanına gəldilər.Toğrul başını aşağı əyib dayanmadan ağlayırdı.Bu o bacısının əriydi ama mənim fikrimdə Elçinin məsələsi qalmışdı.15 dəqiqə sonra həkimlə həmən kişi otaqdan çıxdılar.İçərdə bizdən başqa heç kəs yox idi.Biz içəri həkim və ya başqası girəndə susurduq.
- Balaca danışda.
- Məndə onun burdan qaçmağınnan sonrakı hadisəni həkimlərin danışığından eşitmişəm.Olara Müstəntiq danışıb.
- Nə qaçmaq? Nə müstəntiq?
- Sən burdan çıxan günün axşamı o mənə gecə burdan qaçacağnı dedi.eyəsən qorxularna qalib gəlmişdi çıxmaq istəyirdi.Ama onu burdan nə müayinəçıxardardı, nədə testlər.
- Niyə axı?
- Səncə gələn günnən qışqıran adama kim inanardı birdən?İnanmaq o yana başqa bir şeydə varıydı.
- Nə?
- Sən ata və oğul hekayəsin eşitmisən?
Ata və oğul.

İslam adında bir gənc olur.Heç kimlə yola getmir, hamıynan dalaşır özünü çox qəribə aparır.Onun bu hərəkətləri üzdə olsada bəlkə ama ailəsini narahat edir.Bir gün atası ona yaxınlaşıb bunu deyir:
- İslam, oğlum niyə beləsən axı?Niyə belə edirsən?
- Nə edirəm axı ata?Nə istiyəcəm ki?Hər gənc uşaq kimi maşın istəyirəm.
- Oğlum əgər sən mən nə desəm onu etsən səndə maşın görəcəksən.
- Yaxşı ata qoy sən deyən olsun.
Beləcə doğurdan da günlər keçir İslam təmiz dəyişir, o ancaq evdəkilərin sözüylə oturub durur.Və bir gün aşın almaq vaxtı gəlir.Bunu öz atasıda hiss edir.İslam atasına yaxınlaşıb:
- Ata, bir maşın görmüşəm həm ucuz həm də yaxşıdı onu istəyirəm
- Atası isə:
- Maşın?Bax oğlum mən sənin yaxşılığvı istəyirəm ona görə sənə maşın olmaz.Bax dostlarvı yığarsan gəncsən avariya edərsən sora biz nə edərik sənsiz?Ona görə almıram
Bunu eşidənnən sonra İslam vəziyətin təsəvvür elə aldandı.Həm etibarda, həm istəyində.Və yenidən əvvəlki kimi olmağa başladı...
- Elçində yaxşılaşırdı ama həkimlər ona günnən günə daha da pis olduğunu deyirdilər.
Mən indi onu yaxşı başa düşürdüm.
- Bəs o neylədi?
- Plan qrub qaçdı.O gecə mənə yaxınlaşdı və mənnən qaçması üçün kömək istədi əndə razılaşdım.Çünki ou nə mən nədə başqası saxlıya bilərdi.Gecə 3 olardı.Birdən o qışqırmağa başladı.Məndə qışqırırdım.Gecə növbəsində olan həkim əlində sakitləşdirici ilə ona yaxınlaşdı oda mənimm onuN çiynini dişlədiymi dedi.Həkim onun xalarını açanda Elçın cəld həkimin boğazıyla,ağzınnan yapışdı.Ağzını tutub həkimin əlindəki yatızdırıcı iynəni onun boynuna saldı.Həkim elə anında uyudu.Dəhlizə çıxanda məndən, birdə içərdə olan iki nəfərdən gəlməni soruşdu mən getmək istəmədim.Amma o iki nəfər qaçdılar.Bilmirəm necə oldusa pəncərədən baxanda o rahat şəkildə gedirdi.Yəqin aşağdakı növbətçi onun həkim olduğunu zənn edib, yada yuxuluyub.
- Sora nə oldu?
- Sorasın həkimlərin danışığından eşitmişəm.O burdan evlərinə yox atasıynan , anasının qərbirin yanına gedib..Qəbirsanlığda gecə növbəsində olan qarolçu onu buralıqda neçə gün gördüyünü deyib.Sora daha oralıqda görsənmyib.Onu soralar öz evlərində görüblər.Bir gün küçədə ona bir kişi yaxınlaşıb atasının dostu olduğunu deyib.Oda əvvəlcə çəkinib.Atasının dostu onu evlərinə aparıb.Onu öz evlərində yaşatmağa qərara gəlib, bəlkə belə səhvlərini düzəldə bilərdi.
- Nə səhvi?O nə edib ki?
- Sən demə atasını bu işlərə onun dostu qurşandırıb.Ama oğlunnan istifadə etmək ağlına gəlmiyib.Müstəntiqə belə deyib.Bir gün telefon danışığında atasının dostunun söhbətini Elçin eşidib.Elə həmin a ordan qaçıb.Evlərinə getmirmiş, küçələrdə qalırmış.Son vaxtlarında isə özünü qəribə aparırmış.Gedə-gedə yolda tez-tez arxaya çönürmüş,kimsə ona yaxınlaşanda qaçırmış.Bir müddət sonra atasının dostu onların evlərinə gəlib.Elçin otağında olub.Atasının dostu onun otağına yaxınlaşanda qırılan şüşə səsini eşitdiyin deyib.Qorxusundan Elçin özünü aşağı atıb.
- Yazıq, uff bu nədi e.
- Salam Ləman,
- Salam Toğrul.
- Sənə ELçini danışdı yəqin?
- Hə Toğrul danışdım-Ceyhun dedi.
Birdən otağın qapısı açıldı təzə iki nəfəri gətirmişdilər.ir qız bir oğlan idi.Oğlan təxmini mənlə yaşıda oxşayırdı.

Hər şey bir-birinin təkrarı.

Pessimist bir oğlan valideyinlərinə gündəlik şablona çevrilmiş həyatından bezdiyini deyir.Və onlara başqa ölkələrə getmək istəyini deyir.Valideyinləridə bəlkə onu bu səfərlər dəyişər fikiri ilə yola salır.Oğlan Amerikaya gedir.Bəlkə ona lazım olan .eylər burda var...Düzdü varıydı yeni-yeni binalar,yeni insanlar ama bir müddət sonra burdan da bezir və başqa ölkəyə gedir orda da eyniylə təkrar olunur.Bu səfər evi üçün darıxır və evlərinə gəlir bir müddət sonra evlərinnən yenə getmək istəyir.
Məimdə hətaım bu cür olmuşdu, əvvəlcə bura gələn də evi istədim, sora evdə buranı istədim və indi burda çürüyəcəyimi bilib yenidən çıxmaq istəyirdim bu səfər isə başqa cür.Bəlkə öz dünyamızın sakinlərini bir yerə yığmaqla, burdan çıxıb bir yaşayacağmızı düçünürdük.Günlər keçdikcə bu fikirlər ağlımıza sərf edirmiş kimi başqa .eylər düşünmürdük ancaq bir olmağmızı fikirləşirdik.Elə günlər olurdu ki, gecələr səhərə kimi fikirləşirdik.Təzə gələnlər isə bacı qardaş imiş.Olar bizlə heçdə münasibət qurmurdu.Ama günlər keçirdi və onlarda bizə yaxın olmağa başlamışdılar.

Şir və dovşan dostluğu.

Bir gün meşəyə zoorparkdan adamlar gəlir.Gəlməklərinin səbəbi isə burda nə qədər heyvan varsa hamısını aparmaq idi.Bunu sanki hiss edən heyvanlar hamısı gizlənməyə başlayır.Ama iki heyvandan başqa hamısına çifayda.Heyvanların hamısını tutullar ama necə olursa bir dovşan və bir çir meşədə qalır.Bu böyüklüyündə meşədə ikisidə avara avara gəzirlər.Şir əsəbləşməyə başlayır.Axı daha dovşandan başqa canlı qalmamışdı.Ac olanda isə şirə yaxın durmaq qeyri mümkündür.Dovşan isə öz kefində ancaq bitkilərlə qidalanır.Beləcə günlərin keçirdir. ama şir dözə bilmir.Bir gün elə olur ki, bunlar qarşı qarşıya gəlirlər.Şirin gözləri dovşanı iri bir ət parçası kimi görür.Və dovşana onu yeyəcəyni deyir.Dovşan isə ona:
- Gəl ye ay şir bəs sonra?-deyir.
- Nə necə sonra?Mən səni parça-parça edəcəm.
- Sən düz etmirsən sonrasını düşünmüsən?Bax məi yesən bu meşədə tək qalacağsan.Tək qaldıqca isə tənhalıq səni parça-parça edəcək,əzabla öləcəksən.Məni yeməsən həm yaşayacaqsan həmdə dost qazanacaqsa.
- Bəs mən acmışam axı?
- Bu boyda meşədə oxlu yeyiləsi başqa meyvələr bitkilər var olarla qidalan.
Şirdə dovşanın haqlı olduğunu görüb bitkilərlə, meyvələrlə qidalanır dovşana isə dəymir.O artıq taleyi ilə barışır.
Beləcə təzə gələn uşaqlarda özlərinin taleyləriylə barışırlar.Bizə yaxın olurdularda.Oğlanın adı Nicat idi, qızın Aygün.Olarla söhbətimiz gecələriin birində birlikdə yaşamaq fikirlərimizi bölüşəndə bizlərə qoşulmaları oldu.Mən:
- Bəlkə öz dünyamızı quranda bizə rahat olar, hər kəsdən qaçarıq.
Birdən Aygün
- Hara qaçsan orda olardan yenə var dedi.Bu söz bizə təsir etdi.Hətda elə ki, biz fikirimizdən daşınmaq istəyirdik.Və bunu dedikdə.Birdən Nicat:
- Görürsüz demək siz öz dünyavızı qurmağı fikirləşməmisiz, tez yorulduz fikirdən tez yayınırsız.GƏRƏK SƏN MƏQSƏDİN VARSA ONA ÇATMAQ ÜÇÜN ÇAPALAYAN VAXT SƏNƏ MƏQSƏDİVƏ QARŞI DEYİLƏN FİKİRLƏRİ SƏNİ SÖYÜRLƏRMİŞ KİMİ QƏBUL ET VƏ HEÇ KİMƏ QULAQ ASMA.Bunu demişdiki o üzünü çevirdi və gözlərini yumdu.Mən səhərəcən yatmadım.Necə oldu bunlar dünyamıza girdilər.Axı o qədər böyük bir .eydə olmadı axı.Səhər duranda Ceyhun ağlayırdı o Aygünə həyatını danışırdı.Toğrul yenə nəsƏ oxuyurdu.Nicat isə pəncərəyə baxırdı.Mən ona yaxınlaşdım.Yanında oturdum.
- Nicat mən sənə bəyaqdan baxıram eyni yerə baxırsan niyə?
- HƏR DƏFƏ BELƏ OLUR.DÜŞÜNÜRSƏNKİ QƏFƏSDƏSƏN,BUNA GÖRƏ AZADLIĞA CAN ATIRSAN,AZADLIĞVI TAPANDA İSƏ YENƏ AZADLIQ İÇİNDƏ AZADLIQ AXTARIRSAN.
- Axı insanl...
- O SƏNDƏDİ.SƏN AXTARDIQCA İSƏ AZADLIQ SƏNƏ DAİMA QAÇACAQ KİMİ GƏLƏCƏK.BUNA GÖRƏ SƏN ONU HƏR DƏFƏ DAYANMADAN TƏQİB EDƏSSƏN.ƏGƏR QAÇMAYIB YERİNDƏ DURSAN ONUN VARLIĞINI HİSS EDƏCƏKSƏN.
Birdən palatanın qapısı açıldı,kiminsı yanına gəlmişdilər deyəsən.
= Odur Ləman orda -həkim deyib gələrək məni görüş otaqlarınnan birinə apardı.Gələn atam idi.Bilmirəm nədənsə ama bura gələnnən sonra valideyinlərim heç yadıma düşmürdü.Uşaqlığda mənə kimlərsə deyirdi"atasız, anasız qalmaq olmaz" sözləri mənim üçün keçərli deyildi çünki bu düz fikir sayılmır.Hər halda insan öz dünyasına düşəndə ona sərf edəcək .eylərdən başqa heçnə onu maraqlandırmır.Yada darıxırıq deyənlər öz özladları olanda niyə gedib öz valideyinlərinə baş çəkməyə ərinillər axı uşaqlığı dəyişib böyüklüylə əvəz olunsada xasiyyət qalır.
- Xahiş sizdən onu üzəcək sözlər demiyin yada ona pis təsir edəcək nələrisə yada kimlərisə yada salmıyın-həkim atama dedi və qapının arxasına keçdi.
- Yaxşı,qızım ömrüm necəsən?
Mən atamı birinci görürmüş kimi mimika ilə oturmuşdum.
- Ləman mənəm atan tanımadın qızım?Niyə susursan?
- FUUff UFFF
- Heç olmasa keçən səfərlərdə nəsə dillənirdin ama indi susursan,bəlkə səni bura atmağımda günahkar bilirsən məni yox inan bunu sənin yaxşılığun üçün etmişəm.Hə bəlkə ana üçün darıxmısan onu bura gətirə bilməzdim,sənin bu halıvı görüb dözə bilmir.Anan demişkən sənə pis təsir etməsini istəmirəm ama xəbərin olsun deyə deyirəm biz artıq ananla ayrılmışıq.
Mən ağlamağa başladım,səbəbidə var idi.
-.... qızım danışmıyacağsan?ağlama niyə ağlayırsan ananla səndə görürdün bir birimizi başa düşmürdük inan bu çox yaxşı oldu ikimiz üçündə.
Atam bilmirəm özünü müdafiyə edir ya özünü mənim gözümdə düzgün mövqe tutması üçün çalışır ya nədisə ama bu belə deildi.Düzdü anam danışırdı, söz-sohbət olurdu ama günah anamda deyildi.Atam ya gec gəlirdi,yada nəisə iş görürdü anama demirdi.Anam başqa yerdən eşidəndə əsəbləşirdi,həmdə atamın işdən gəlib ona həyat yoldaşı kimi yox sadəcə yeməyini.çayını verən qulluqçu kimi baxmağıda anamı özünnən çıxardırdı və çox vaxt əvvəl birlikdə nişanlı holan,evləndiklərinin ilk günlərindəki çəkdirdikləri şəkillərə baxırdı.Belə olur hər sevgidə belədi və sevglilərin dörd ən isti çağları olur.Birincisi-təzə-təzə tanış olanda,ikincisi-nişanlananda,üçüncüsü- evliliyin ilk günlərində,dördüncüsüdə-ilk uşaq doğulanda.Artıq qıx aşına gələndə isə xəyanətə başlanılır,çox gümanki atamda da belə idi.Çox ailədə ata ananı evin büdcəsinnən uşağına pul verməini pisləyir,ana ürəyi bir daha vermiyəcəyini deyir gələn səfər uşağı istəyəndə yenə dözmür verir VƏ YENƏ SÖZ SÖHBƏTƏ SƏBƏB OLUR.Ama u bizdə belə deyildi.Daha sonra türmədə görüş vaxtını kəsən gözətçinin səsi kimi həkimində qışqırığı gəldi və:
- Daha bu qədər bəsdi, bu nədi?Axı sizə dedim onu pis edəcək heçnə deməyin.(mən hələ də ağlayırdım və duranda oturduğum oturacağı aşırtdım.
- Yox mən heçnə etmədim yaxşı qızım sağol mən yenə gələcəm- atamın dediyi sözləri qapının çölündən eşitdim.Həkim məni yerimə gətirdi mən isə yenə göz yaşımı tökürdüm səbəbi varıydı, içərdə olan güzgünün qabağına keçib kəsik olan sifətimə baxırdım sanki başqa Ləman.Bu vəziyətə necə gəldiyimi başa düşməyə çalışırdım.Mən belə deyildim axı.İNSAN ƏN XOŞBƏXT ANINDA AĞRI DUYMAQ İSTƏYİR AĞRINI HİSS EDƏNDƏ İSƏ ONDAN QAÇMAQ İSTƏYİR.SEVİNDİYİM BİRCƏ ODUR Kİ HƏYATA GÖZÜM AÇIQDI.Bu vaxt uşaqlığda böyüklərin mənə əlimi yandıranda,ya nsəs olanda"müvəqqəti ağrıdır,döz buda keçəcək,buda bir Allahın sınağıdı"sözləri ilə təsəlli tapmaq istəyirdim ama bu belə deyil axı.Düzdü zaman onu qırağa daşmağa qoymuyan çay daşlarını,dağın ətəyini yuyub öz axarıyla aparan ÇAY kimi həyatda öz axarıyla onda olan hər .ei öz axarıyla aparırdı.Bəs,həmin an çəkilən ağrı,iztirabları beyinin sonsuz yaddaşından silmək olardımı?Olardı yalnız format olanda, yəni yenidən doğulanda bu isə həyatda ən yaxşılara insanın əlinin çatmağı qeyri-mümkünsüz olduğu kimi buda qeyri mümkünsüz idi.Buna ağrını daşıyana "döz" kəlməsidə öz qüvvətini mənə görə itirirdi.Mən bu vəziyyətimdə mənə xoşbətçilik arzu edənlərin siması yadıma düşür.Görəsən onlar şoxbəxtçilik deyəndə bu vəziyyətimimi nəzərdə tuturdular?Üzü gülərüz xoşbəxt olmağa onda nə varki.İndi isə içərdə olanlara baxırdım bəlkə haqsızlığları öz əllərimlə düzəldim?
- Ağlama Ceyhun, al oyuncağı- Aygün ağzında tutmuş Ceyhunun oyuncağını geri qaytarırdı.Danışığı eşitsəmdə fikrim bəyaqdan eyni yerə baxan Nicatda idi.Yenə ona yaxınlaşdım.
- Nicat, olar sənə bir sual verim?
- Buyur.
- Bura nə üçün düşdüyüvüzü heç kimə danışmamısız niyə axı?Mənə danışda olar?
- Yox!
Mən onun həmin an qəzəbli baxışlarını görüb susdum başqa söhbət açdım.
- Görəsən biz burda xoşbəxtdik?


0 comments: