Rafiq Tağı (Rafiq Nəzir oğlu Tağıyev) ixtisasca həkim olsa da, daha çox yazıçı kimi məşhurlaşıb.

Heç olmasa bilməyənlər, ölümündən sonra bundan xəbər tutsunlar, O kim olub?


O, gənclik illərindən bədii yaradıcılığa başlayıb. Şer, hekayə, esse, oçerk və portret yazılarını yazıb. Ancaq onu ən çox tanıdan 2006-cı ilin noyabrında “Sənət” qəzetində çıxan “Avropa və biz” essesi olub.

Bu yazıda müəllif azadlıq və humanizm ideyalarının Avropada yarandığını, yalnız burada işlək və real olduğunu açıqlayıb.

Elə o üzdən də, xristianlığın Avropada oturuşmuş hala gəldiyi fikrinə gəlib.

Bu məqaləyə görə də yazıçı həbs olunub və 3 il azadlıqdan məhrum edilib.

Rafiq Tağı Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə (milli, irqi və dini ədavətin qızışdırılması) təqsirli bilinib.

Yazıçı ancaq 2007-ci il dekabrın 28-də prezidentin əfv fərmanı ilə azadlığa çıxa bilib.

Rafiq Tağı həbsdən sonra da yaradıcılığını davam etdirib.

Noyabrın 19-u gecə evinə dönən yazıçı bıçaqlanıb.

Bundan sonra xəstəxanaya çatdırılan Rafiq Tağı ayılan kimi mediaya açıqlamasında bu sui-qəsdin onun yazıları ilə bağlı olduğunu dilə gətirib.

Noyabrın 10-da onun “İran və qloballaşma qaçılmazlığı” adlı yazısı Azərbaycan saytlarında dərc olunmuşdu.

Yazıda şəriət qanunlarının sivil hüquqla dissonans təşkil etdiyi bildirilib.

Həyatı təhlükəni aşdığı bildirilən yazıçı noyabrın 23-də Bakının 1 saylı şəhər xəstəxanasında vəfat edib.

Rafiq Tağı 1950-ci il avqustun 5-də Masallı rayonunun Xaççobanlı kəndində doğulub.

Bir neçə il Azərbaycan bölgələrinin tibb məntəqələrində çalışıb. Daha sonra Rusiyaya köçüb.

1990-cı ildən Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında əmək fəaliyyətini davam etdirib.

Written by

0 comments: