Qarabağ, sən canı qayıtma!

Qarabağ sən canı qayıtma,
Beynim mazol olub,mədəm joq verir adıvı eşidəndə,
Başım fırlanır,ürəyim bulanır səni biləndə.
Məşhursan bizim ölkədə,
Bütün yaltaqyönlü kanallar,
Hər gün səni göstərir efirlərdə.
Gözlərimdə çürüyüb, az qalır düşsün Qarabağ deyəndə.
Hətda körpələr belə burda,
Şüuraltı təzyiq,işgəncələrlə səni öyrədilir.
Yığıblar səndən ona görə,
Qarabağ sən canı qayıtma!

Bilirəm bizim olmusan,
Bilirəm qanlı tarixin var,
A bilirəm başı bəlalısan,
Sən öl bilirəm yaşıllıqsan,məhsuldarsan.
Axı günahım nə sənin dərdivi çəkim hə?
Ya da,həsrətivi gözləyənlər arasında yaşayım mən?!
Loxuqsa ermənini niyə söyüm mən?
Qatilin olaram insan olsan sən.
Uzaq dur məndən,qanımıda qaraltma,
Qaraba sən canı qayıtma!

Səndən köçənlər burda mənim ağamdı,
Sözün əsl mənasında
“Dağdan gəlib,bağdakını qovandı”.
Həyasız ans-də üzə dirənir evi əldən,
Şüvənliklə alır qarabağ şikəsti.
Bağçanı villa etmək istəyir qarabağ şikəsti.
Buna görə sən Qarabağı söyürəm,
Adın gələndə üzümlə birgə iyrənirəm,
Bu da sənə verdiyim ən böyük izzət.
Nə sırtıqsan hörmətimi gözləmə,
Satqın bilib sözlərimə duruxma,
Qarabağ sən canı qayıtma!

Ayə aztv futbolda da səni danışır,
Madonnanın oxumasını qarabağlı Xana bağlayır.
Hər il sənin gələcəyivi camaata sən öl vurur.
Dindarlar peyğəmbərlərin səndə doğulduğunu deyir,
Deyir Şakiranın görməsə də,tək dərdi Qarabağdı,
Obamada səni sevənlər sırasındadır.
Biləndə sevincə qərq olub səsə salma,
Qarabağ sən canı qayıtma!

Yox,ya da sən canı qayıt,
Televizoru açanda başqa nəsə eşidim.
Artisliklə qazanılan şəhidliyin qarşısını al,
Yuxudan qalxdınsa,yenə dərin yuxuya dal.
Qonaq gələcəksən bu tərəflərə narahat olma,
Elə bil xala evindəsən çəkinmə,sıxılma.
Yaxın əlli ildə gözlə darıxma,
Qarabağ sən canı qayıtma!

Millət vəkilinin nəyinə gərəkdi e şəhid ailəsi?!
Ekran içinə salır Qarabağ sevgisin,
Hələ aktyorluqla “Qarabağ bizimdir” deyir.
Təki maskası cırılmasın,
Təki gözdən düşməsin,
Söz tapa bilmiyənidə səni yada salır,
Başlayır dərdin böyüklüyündən danışır,
Yalan həsrətlərimizdən saralma,
Qarabağ sən canı qayıtma!

Köçkünü sənin yoxluğunda,əsl bayram yaşayır.
Nə qaz pulu verir,nə işıq pulu,
Nə naloq pulu,nə inistitut pulu.
Bundan yaxşı nə ola bilər ki?!
Neyləyir səni,nəyinə lazımsan ki?!
18 yaşlı kasıb uşağın günahı nə ki?!
Sərhədə düşür,ölür sənə görə.
Çırpınma,rahat ol bizim kimi,
Oranın ol,orda qal,əlivi üz buralardan.
Vaxt var,anaların gözünü sulu qoyma
Qarabağ sən canı qayıtma!


Written by

0 comments: