Saçı uzun oğlan sən əsgər gedəssən?
Azərbaycan, Azərbaycan... Mənəviyyatsızları, qanacağsızları bol ölkələrin öndə gedəni, bax bu yaxında əksər tanışlar mənə dedilər ki, “ bezmirsən öz ölkəvi alçaltmaqdan?”, bilirsən dost bu alçaltmaq deyil, əsl həqiqəti demək elə məhz belədir, düz acı olur məsəlidə bunlardan yaranıb. Bilimli danışıqları etmək istəmirəm, hər kəs bilir ki, Azərbaycanda uzun saçlılara nə gözlə baxılır, bunun üstünnən keçək, gələk onlara verilən gic-gic, əttökən suallara, məs ; elə biri başlıq qoyduğum sual. “Saçı uzun oğlan sən əsgər gedəssən?, sən evlənəndə də belə olacaqsan?” ancaq belə sual forması bizim millətin əcaiblərindən çıxar. Əsgər məsələsinə qalanda getmiyəcəm, belə yaxşı eliyəcəm, əcəb eliyəcəm! Almaniyada əsgərliyə getmək könüllüdü, belə düşüncələrlə biz heç vaxt nə Almaniya olarıq nə də onun kölgəsi. “Vətən Anadır, qaytar ona borcuvu”, söhbətləri oğlanlardan başqa qızlarında qulaqlarını dəng eləyib, dost harda yazılıb ki, mənim bu Vətənə borcum var? Mən bu Vətənin suyundan istifadəsinə görə hər ay su pulu ödəyirəm, işığına görə pul ödəyirəm, torpağın üstündə qurulan binanın mənzilində yaşamağa görə pul ödəyirəm, hətda zibil tökməyə görə MKİS(mənzil kommunal istismar sahəsi)-ə pul ödəyirəm, bu torpağın üstündə bir obyekt açan kimi, naloq pulu ödəyirəm, vergi pulundan danışmıram, indi bax dost mənim borcum var bu Vətənə? Azərbaycan müharibə şəraitində yaşıyan ölkə sayılsada, bir növ görsənir ki, bu qanun qüvvədə qalmalıdı, qalsında, ancaq hansı əsgərlikdən gələn oğlana baxırsan ilk bu cümləni deyir “ağlın olsun getmə əsgər”, səbəb bilirsiz nədi? Səbəb onları it yerinə qoymamaqdı, səbəb başlarında duranların oğraşlıqlarını göstərməkdi, başındakıların əsgərlərlə düşmənləri kimi davranmaqlarıdı, mənim bir tanışım var əsgərlikdə bir həftə içində hər gün odunla döymüşdülər, sizcə həmin insan yaxınını istəyər ki, əsgərliyə getsdin? yəqin xəbərlərdə də eşitməmiş olmazsız, “bir əsgər avtomatı ilə atəş açaraq bir neçə əsgər yoldaşını güllələyib”, hamısı onu alçaltmaqdan irəli gəlir, belədəki yaxşı eləyib. Bu yaxınlarda bir komandir və bir neçə əsgər çastdakı pox-püsürü açıb tökdülər, sabahkı gün həmən adamlara “vətən xaini” damğası vurdular , aradan qaldırdılar, bax Dost bizim ölkə budur!
0 comments: