Alçaldıcı etiraf
Axır ki, qaçıb canımı qurtara bildim, yoxsa yəqin məni təkləyib, təpiyləriylə əzişdirəcəkdilər, bu vaxt kimdi məni onların əllərindən alan, elələri onsuz insan dilindən anlamırlar, heç heyvan dilindən, ümumiyyətlə dildən anlamırlar. Bu səfər imdadıma PPX maşınının görünməyi çatdı, imkan həmişə sənlə birgə olmur, gələn səfər işimi imkana buraxmamalıyam, yaxşı ki, evimin yerini, yaşadığım məhəlləni tanımırlar, yoxsa məhlədə qazandığım hörmət, bir qarışla puç olub gedərdi. Tərslikdən təzə aldığım siqaret paçkasıda, spiçka ilə qaçarkən yarı yolda düşdülər, geridə qayıtmaq istəmirəm, belə vəziyyətlər risk eləməyi sevmir, həmdəki daha gecdi, göz zəifliyindən paçkanı çətin tapım...
Yarım saatdan sonra məhləmizə çatdım, eyvanı görər-görməz, həsrətində olduğum insanı görmüşəm kimi qaçmağa başladım, siqaret çox çəkdiyimdən nəfəs almaqda məni tez yorurdu, təngnəfəslikdən xırda pilləkənləri dörd-dörd çıxmağa başlamışdım ki, birinci mərtəbədəcə həmişə blokdan gələn üfunətverici nəmişliyin iyi asta-asta addım atmağa məcbur etdi, çünki iy yuxarı damnan gəldiyindən tələsərək çıxaraq ağzımı açıq saxlayırdım, pis iyi udmağıma kömək edirdi, belə olan halda da üstümdən, bir yerimdən gələn iy kimi hiss edirdim, yavaş-yavaş qalxanda isə əlimlə ağzımı rahat tutub qalxırdım, nəfəs almaqda da çətinlik çəkmirdim; bbu yaşadığım kirayə mənzilin binasını müharibə vaxtı alman əsgərləri ucaltmışdı, binanın blokuna daxil olanda artıq başı çıxmayanda bilər ki, 60-70 il əvvəl təməli qoyulub, içəridə tutacaqsız beton pilləkənləri, nəmişlikdən qaralan, künclərini də hörümçək toru basmış, deşik-deşik yazılı divarları(yazını özümdə təzə görürdüm, çox güman ki, onları alt mənzilə bir həftə olar ki, Sumqayıtdan gələn boşanmış(boşanmağınıda qonşular danışanda eşitmişəm) 28-29 yaşında gəlinin, dəcəlliyi ilə əsəbləşdirsələr belə məni hər dəfə görəndə salam verən uşaqları yazmışdı) var idi. Evimin qapısna çatanda, qapı-qonşumuz Arzuman ana qapılarını açdı, gözləyirdim də, çünki blokda asta danışarkən belə evdə oturan adam eşidir, indi gəl həngamədən sonra sorğu-suala tutul...
Arzuman ana bu binanın ilk sakinlərindən sayılır, O, bizi kimi məhlə qonağını çox görüb, mənim kimi O, da tək yaşayır, onun 68 yaşı var, ancaq heç vaxt evlənməyib, həddindən artıq sadə insandı. Məhlədə hər kəs onun xətrini çox istəyir, ona çox hörmət eləyir, eləcədə mən, çünki Arzuman ana binada yaşıyanların hamısına analıq eləyir, birinə bir şey olan kimi tez narahat olmağa başlayır, yadımdadır ki, qonşumuzun oğlunu Universtitetdən qovurdular, bu xəbəri eşidəndə Arzuman ana düz bir həftə onlara getdi-gəldi; bir dəfə də olsun heç kimdən şikayət etməyib, mənə elə gəlir bu cür formalaşmaq onun qanına işləyib, harda yaşamağından aslı olmuyaraq, getdiyi yerdə mütləq öz nüfuzunu, etibarını kiçik zamanda ucaldacaq bir insandı... Qış günlərinin birində heç vaxt qayıtmaq istəmədiyim yerdən bura köçəndə, təzə ərəfələrində çox pis üşütmüşdüm, hər yerim tutulmuşdu, bronxlarım dəhşət ağrayırdı, dayanmadan ösgürürdüm, sanki bütün ağrılar mənə qarşı motivasiyaya başlamışdılar, halım olmadığından yerimdən qalxıb yemək bişirməyə ərinirdim, ona görə iki gün ac qaldım, açlığa dözümlülüyümün son mərhələsində fikrimdən hazır yemək keçirdi, qurduğum qirilli xəyala təzə başlamışdım ki, qapı döyüldü, heç kimi gözləmirdim, kimisədə çağırmamışdım, çünki burda qohum-əqrabam yoxdu, qapını açanda Arzuman ananı gördüm, əllərində qulplarından dəsmalla tutduğu darboğazlı qazanla, qırışlı üzünə təbəssüm çökdürərək mənə altdan yuxarı baxıb, “ yaşlı qonşunu bu soyuqda çöldə saxlamaq fikrün yoxdu yəqin” dedi, məndə içəri dəvət elədim. İçəri keçəndə Arzuman ana özü haqda danışa-danışa mətbəxə getdi, mətbəxə keçərkən isə əlindəki qazanı qoymağa yer tapmıyanda, özüm-özümdən utandım, dedim yəqin başlıyacaq məni ərki çatdığı qədər danlamağa, nədə olmasa yaşda böyükdü, lakin fikirləşdiyim kimi çıxmadı, O, mənə kişi xeylağı olduğumu, başa düşdüyünü deyib, ətrafa əl gəzdirdi, xəstəliyimi görüb evlərindən zoğal mürəbbəsi gətirdi, təzə çay dəmlədi, həmin an azda olsa çaşqınlıq içində idim, bu cür insana ilk dəfəydi rast gəlirdim. O gündən sonra mən Arzuman ana deyə müraciət etməyə başladım, BDÖZ-də bağban işinə girəndə də ilk ona qaçdım, burda yadlığımı bildirməyəcək qədər doğma insandı mənə.
Ardı var....
0 comments: