Atam(bunu bir qıza həsr edirəm)
Nə çəkdirdin mənə bu yaşda,
Neçə gecə ağlatdırdın məni bu yaşda.
Satdın bütün sənin qoluva girəcək günlərimi,
İçdin doya-doya ağlın olmadı başda.
Bildinmi nə vaxt yerimdən qalxıram?
Bildinmi üstüm açıq qalanda,
Soyuqdan çarpayının hansı tərəfinə qısılıram?
Bildinmi yoxluğuna niyə göz yaşı tökürəm?
Qorxanda anama qaçıram, O da sığınır qardaşıma.
Bəs O, kimə qaçsın Ata?
Yazıdayam, üzüvə deyə bilmərəm atam.
Məndən zəif olanlarıda qısqandım,
Heç nəyi dərk etməyən körpələrədə,
Həmişə qəribə paxıllıq hisləriylə baxdım.
Yelləncəklərdə tərpənmədən oturub səni gözlədim,
Gəlmədin ki, gəlmədin...
Elə ətrafa hey nəzər,
Əsəbimdən yelləncəkləridə qırdım, dağıtdım.
Hardasan ya haralardasan ata?
Yəqin indi də bizimlə olmamağa səbəb olan,
Ailənlə birgəsən atam.
Yadıma gəlir, amma yadıma gələn sən deyilsən,
Gözüçönmüş həkk olunub sənli acı xatirəmdə.
Dedim şəkillərdə barmağımla toxunum gülərüz sənə,
Ancaq heç bir şəkildə də sən gülmürsən.
Nifrət etməyi öyrətdilər mənə,
İlk nifrətimə sahib olanda sən,
Süfrədə boş qabda saxlıyan sən.
Amma yenə güclü, döyəndə, söyəndə sən oldun,
Sən şüşəyə, bizidə həsrətə bürüdün ata.
Beyin patalogiyam illərdən bu günə düşdü, Atam.
O, mənə görə həyatımın şah əsəri,
Acı taleyə tuş gələn incə qəlbi.
Bacardı həmişə sadiq olmağı,
Ağrını içində yandırıb kül etməyi.
Səndən fərqli ona görə elə həyat bizik,
Aldığı nəfəsidə, agah olduğuda, işidə, gücüdə bizik.
Tam verə bilmədiyi sevgisini, payladı illərcə bizə,
İncitdik onu, baxmadıq sözünə, eşitmədik onu.
Onun yanında yatanda gecələr, yastığı göz yaşıyla boğulurdu,
Başa düşməsəmdə üzüm, hər rəng alıb solurdu.
Sənə dəxli yoxdu bu sözlərim atam,
Sahibi var çünki, canımdan çox sevdiyim anam!
0 comments: