Pajero sahibini iki əllə salamlıyan fəhlə.

İnistitutdakı yay smestri sona çatandan sonra vacib məsələmə görə mənə mütləq iş lazım idi, ancaq təəssüf ki, rus dilini təkcə yazıda başa düşüb, ünsiyyət qura bilmədiyim üçün, sahibi oğlan yaxud kişi olan dükanlara yalnız qız satıcılar tələb olunduğuna görə, ingilis dilinin aşağı məktəb materialını bildiyim üçün mənə iş tapmaqda çətinlik törədirdi. Atam işləmək həvəsimi görüb məni əmimim yanına düzəldəcəyini dedi, sözsüz ki, bu məndə səhrada su tapmaq kimi təəssürat yaratdı, nə işlə məşğul olduğunu, işimin nə olduğunu, maaşımın nə qədər olacağını(bu mənə o çoxda vacib deyildi, əsas işin özü idi) soruşmadan ani cavabla razılaşdım. Elə cavabımın sabahsı gününün axşamı atam sabahdan işə başlıyacağımı, birdə özümlə paltarda aparmağımı dedi, bəlkə həyatda ilk iş günüm olacağı üçün, öz pulumu qazanacağım üçün gecəni yatmamağa həsr elədim. Səhər tezdən işə gedəcəyimdən bir saat əvvəl durub, hazır geyimdə, sumkamı hazırlayıb qapının ağzında oturmuşdum, mənim həmən vaxt vəziyyətimi görən olsaydı yalnız gülərdi. Evdən çıxmağıma yarım saat qalmış telefonuma zəng gəldi, əmim idi; telefonu açmamışdan öncə ilk düşündüyüm işin vaxtını səhv saldığm oldu, ancaq belə deyildi, əmim mənə hələ ehtiyac olmadığını, özü lazım olanda mənə xəbər eliyəcəyini söyləyib, işə gəlməməyimi istədi. Axşam düşəndə əmim yenə zəng elədi və dedi ki, sabahdan işə çıxıram. Səhər açılanda bayaq ki, mənzərə ilə yenə qarşılaşdım, hazır durduğum vəziyyətdə əmim işi çıxdığını və işə getmiyəcəyini dedi, mənidə qəşəng əsəbləşdirdi. Öz xasiyyətimə bələd olduğumdan bilirdim ki, əgər üçüncü dəfə də belə vəziyyətlə qarşılaşsaydım, qarşımdakının kimliyindən aslı olmuyaraq, qışqır-bağırtı ilə danışacaqdım, lakin buna gərək qalmadı, çünki üçüncüdə işin olacağından əmin idim, səbəb onlar işləyən yerə aparan marşutda olduğum idi. Marşutdan iş yerinin qabağında düşəndə nə işləyəcəyim artıq mənə məlum oldu, fəhləlik...
Yəqin ki, fəhləlik deyəndə ilk ağıla sorumsuzluq, məcbur ailəsini dolandırmaq üçün savadsız insanların işlədiyi və daima işçiyə tələb duyan sənət növü gəlir, elə belədidə.
Əmim və oğlanları ilə görüşüb, sonra köhnə, həmişə etdikləri zarafatları yola verib paltarımı dəyişməyə getdim. Paltar soyunulan otaq əməlli başdı universal otaq rolundaydı, burda həm yatmağa, həm çay içməyə, həm yemək yeməyə yer var idi, həm də tikintiyə lazım olan materialları saxlayırdılar. Orda işləyən tək biz deyildik, bizdən başqa bağbanlar və başqa fəhlələrdə var idi. Əmim oğlu nə işlə məşğul olacağımı göstərib, öz işinə getdi, göstərdiyi iş isə mənə elə də çətin gəlmədi, çox keçmədi ki, işimə əl qoydum. Açıq hava da işlədiyimizə görə bizə maneə təkcə gün idi, kömək olacaq vasitə isə dənizə yaxın olduğundan, hər saatdan bir qaçıb dənizə kəllə vurmaq idi. Günorta çatanda artıq istidən sifətimdə gilinc mimika daşıyırdım, arada isə səbəbli obyektin menecerlərini söyürdüm; mən vurulan kafellərin boş aralarını mazla doldurub sonra üstünü silirdim, elə yer olurdu ki, mazı çox vururdum, siləndə ləkələr qalırdı, əmim oğluda hər səfərində yaxşı silməyimi, menecerin görəndə əsəbləşəcəyini deyirdi; heç kəsin görmüyəcəyi və gəlib maraqlanmıyacağı yerdə qalan ləkələrə görə menecerin çərənliyəcəyini düşünmürdüm, amma əmim oğluda ona nə qədər danışıldığını danışdı, buna görə də dayanmadan menecerə yağdırırdım, az keçmədi əmim oğluda mənə qoşuldu... Günortanın mərkəz vaxtında fəhlələrin hamısı dənizə getdi, bizdə onlara qoşulduq. Görən görüb bilir, zəngin iş adamları, nazirlər və.s belələri dəniz qırağında özlərinə obyekt tikdirib, dənizə də girməyə pul tələb edirlər, mən işlədiyim yer tam qutarılmadığından buralıqda çimmək üçün pul tələb olunmurdu, buna görə bəzən bir-iki ailə biz işlədiyimiz yerin yanında dənizə gəlirdilər. Biz də çimməyə gələndə yanımdakı fəhlələr sahildə uzanan qızı gördülər, onlara görə qarşılaşdıqları bu cür mənzərə həzdən başqa heç bir duyğu hissi yaratmırdı. Fəhləlik, ancaq naməlum zarafatlar, çox yenilikdən geridə qalmışlıq, özü kimilər arasında bahalı markalı telefonu olana qılığlanmalar, xəsislik və bəzən ürəyi açıqlıq, bir-birlərinin üzlərinə gülsələr belə içdə şübhəylə yanaşmalar, işdən yayınmalar, “obed” saatından lazımı istifadə etmələr...
Yemək vaxtı qurtarandan sonra çıxdığımız otağın qabağında “Toyota Pajero” maşını, yanında da naxoş üzə malik, səliqəli geyimli bir kişi dayanmışdı. Əmim və oğlanları onu görər-görməz tələsik addımlarla yanına yaxınlaşıb, iki əlli salam verdi, daha sonra digər fəhlələrdə eynən əmim kimi elədilər. Heçnə mənə çatmadı, görünüşündən bilinirdi ki, iş sahibinə oxşayır, ancaq ona qarşı bu süni izzət hardan yarandığını bilmirdim. Çox da fikir verməyib, saymamazlıq şəklində, həmən kişinin yanından keçib, işimə davam eləməyə gedirdim ki, əmim müəllim deyə müraciət elədiyinə məni göstərərək “təzə işçimizdir, mənim qardaş oğludu” dedi, arxaya çönəndə kişinin mənə tərs-tərs baxıb, əmimdən işin nə yerdə qaldığı haqqında soruşmağa başladı, sən demə bayaq ünvanına yağdırdığım nalayiq söyüşlərimin sahibi elə bu menecer imiş...
Aralarını mazla doldurduğum kafellərin üstünü silərkən, menecerin başımın üstündə dayandığını gördüm, mənə yaxşı-yaxşı silməyimə göstəriş verəndə, günün başıma vurduğunun təsirinin nəticəsidə olaraqdan, qarşımdakının kimliyini unutmuş şəkildə “xoşuva gəlmir gəl sən sil” dedim, hamı çönüb çaşqınlıq içində mənə baxırdı, çünki bilirdim itirəcəyim heçnə yox idi, əmimgilin isə çörəyi fəhləlikdən çıxdığına görə vəzifəlilərə məcbur boyun əyirdilər, şahla qul söhbəti kimi(qulun özünnən razı şahın qarşısında baş əyməyinin səbəbi yalnız işinin yaxşı getməsidir, onda şaha qoyulacaq heç bir hörmət yoxdur).Sözümü menecerin üzünə acıqlı baxa-baxa elə dedim ki, artıq sifətimdən məlum idi ki, ikinci söz desəydi söyə-söyə işimi orda qoyub gedəcəkdim, ona görə cavab olaraq heçnə eşitmədim. Deyinə-deyinə iş saatıda qutardı. Paltarımı dəyişərkən artıq gəlməmək haqqında fikirləşirdim, çünki bir günün əzabı məni qırx il geriyə atmışdı, əlimdə başqa imkanlara sahib ola-ola 3-4 manata görə fiziki sağlamlığıma zərbə vurmaq ağılsızlıq olardı. İşdən çıxanda insanın içində ilk yaranan duyğu, gedib evdə heçnə fikirləşmədən uzanmaq duyğusudur, ancaq bir anlıq rahatlamağa son qoyub, üzü düşkün hala salan isə “sabah yenə itin əzabı” fikridir. Mən işləyərkən həyatlarının belə olması ilə barışmaqlarını işdə arada yaranan haqsızlıqlara səslərini çıxartmamaqlarında görürdüm. Son ərəfələrdə qarşıma çıxan insanların üzlərində daşıdığı köksüz yorğunluqlarına, iş yerindəki işçilərində üzündə müşayiət elədim, getdikcə buna çarə tapmaq yox, akumulliyasiya olunacaq hal yaranıb.


Written by

0 comments: