Ateistlərdə İnsandı

Çalışacam bu mövzuda tərəfsizlik stabilliyini sabit saxlıya-saxlıya mətnin axrına çıxa bilim. Bunu yazmağa vadar edən bir mövzuyla bir neçə dəfə qarşı-qarşıya durmağım səbəb oldu. Ölkəmizin adı demokratiya(babatda demokratlarıq axı (: ) ilə bağlı olduğuna görə yəqin bilirsiz ki, müsəlman sayılsaqda, qanunda dini seçim azadlığı deyilən anlayış var. Ancaq bizim özünü bəyənmiş dindarlarımız başqa dinə mənsub olanları görəndə elə bil günorta çağı, təxmini 3 saat günün altında dayanannan sonra alınan vəziyyəti alırlar. Yəni başdan qıcqırırlar. Bu yaxında evimizə Bibiliya kitabını gətirmişəm, sadəcə başqa dinlərlə maraqlandığım üçün, lakin kitab evdəkilərin və bəzi dindarların əlinə keçən kimi beynimi deşik-deşik eləyiblər. Bu dəqiqə dinlə məşğul olanların çoxu şüuraltı təzyiq içindədilər, onlara dini kitabda, həmin “dini kitabdakıları oxuyanları gələcəkdə kef gözlüyür” cümlələri onları o qədər fağırlaşdırıb ki, ancaq xülyalarla yaşayıllar. Əvvəl mənə allahı öyrətdilər inandım, sonra qanan çağa gələndə dedilər artıq sən ona işləməlisən, namaz qıldım, sonra dedilər savablarıvı artır zor şeylər gözləyir səni, başladım fağırlaşmağa, birdə ayıldım ki, atam-anam deyir oğlum dön sola dönürdüm sola, deyirdilər əyil, əyilirdim, çıxdım əllərinin altından , çünki onların mənə elətdikləri eləmək istədiklərim deyildi, sonra dinə baxdım, dedim gəl bir az yoxluyaq, doğurdanmı din onları mülayimləşdirib, başladım ərinməyə, gec-gec namaz qılmağa və hər dəfə də itin sözün yeyirdim, çırpılırdım, nəhayət anladım ki, din mənə görə biri deyil, namaz qılanların, başı bağlıların çoxu, başqa işlərlə məşğuldu kimi şablon cümlələr haqda danışmıyacam. Bilirsiz dostlar mən allaha inanmıram, bizi inandırıblar, elə bunu oxuyan dost sənidə, dostuvuda, qonşuvuda, hamımızı inandırıblar və bizdə düşünmədən inanmışıq. Mənim inamsızlığa ən böyük səbəbdə elə məhz budur, mən istəyirəm inamı özüm tapım, “ay yuxumda ərəb hərfləri gördüm, sabahdan namaza başlıyacam; alnımda beş qardaş iz aşkar olunub, sabahdan namaz qılacam; ərim içki içdiyinə görə yuxumu qarışdırdım, sabahdan dualara başlayıram” və.s kimi artistlik üstündə qurulan cümlələrlə, mən allah deyilən başqarışdıranı çətin tapım. Digər səbəblərə qalanda mən belə çox rahatam, mən yazıçı olduğum üçün, dindarın dilindəndə, ateistin dilindəndə rahat danışa bilirəm. Quranı oxumadım, çünki hər kəsdən bir özünəxaslı quran cümlələri çıxır, bir dəfə sinif yoldaşım mənə dedi ki, “ sənin öz əqidən varsa özün araşdır tap “, yenə deyirəm ki, əlimdə quran birinə yaxınlaşacam və məni başa salan insanın özüdə ya şiə çıxacaq, yada sünnə... Nəisə gələk ateizmə, bizim cəmiyyətdə “ateistəm” anlayışı “qatil, adam əti yeyən, manyak” sözündən betər anlam daşıyır. Bir nəfər çıxıb desə ki, mən ateistəm, onu cihad adıyla başını üzəllər, ən çox halda özüvə qarşı bu sualı eşidirsən “dostum yaxşı inanmırsan, bəs səni kim yaradıb?”- yəni mən gəlib çıxacam ilk dünyanın yaranışına və deyəcəm allah! Qarşımdakı necə düşüncəsiz biri olduğu məlumdu məncə, ona görə ki, mən ateistəm deyirəmsə demək allaha inanmıram, ancaq hər kəs sübut gətirmək üçün Quran cümlələrindən, kəlamlardan, peyğəmbər hədislərindən, möcüzələrdən sitat gətirir. Mənə sübut gətiriləcəksə tamam dəxilsiz sübut gətirilməlidir. Mən çətinə düşəndə allah deyə qışqırmıram, hər şeyi axınına buraxıram, mən bu dəqiqə axtarışdayam, çox təəssüfki köməkdənsə əksəriyyət məni alçaldır, belə olan təqdirdə istəyimə çətin nail olum... Hər sahədə maymaq insan olduğu kimi, ateistlər içindədə olur, əgər inanmırsansa təhqir etmək düzgün deyil və ya ətrafın ateistdisə 2 günə fırlanıb ateist olmaq heç düzgün deyil, buna görə fanat olmuyan ateistlərlə heç kəsin işi olmamalıdır, axı ateistlərdə insandı.


Written by

0 comments: