Qələmim
Bəsdi nazlandın qələmim,
Məni şair elə bu gecə.
Sənə xoş üz verdikcə,
İstirahətin vaxtı, yay günləri kimi uzanır.
Boşalt içindəkiləri qələmim,
Danışacağun dərd çoxdu məncə.
Şam işığında boş vərəqlərə pıçılda gizlicə,
Başa sal ki, yataq düşküsünün ürəyi bulanır.
Həriflərdə çöküb qələmim,
Qatar yaradıb, bir-birlərinin arxasıyca qaçınca.
Dönüb geriyə nəzər salınca,
Yoxa çıx ölü bilsin, belə-belə fikirlərdə sulanır.
0 comments: