Yorğanın altında

Dünən gözlərimin içinə düşən,
Toz-torpağını üfürtməklə təmizlədim.
Rahatladım, amma bir azda karıxdım.
Döyüldüm, amma cismimlə bərkidim.
Bərabər düşdü sındırılmış ruhumda,
Büzüşüb bərk qucağladım dizlərimi yorğanın altında.



Hirslənəndə sözüm keçir acığlı olduqlarıma.
Bu nə dünyadır?! Ya da dünya budurmu?
Gərək salasan təşvişi ortalığa.
Sonra qapıları açıq olan bu yollarda,
Büdrəmir atılan iri addımlarda.
Görsənmir heçnə, qalır hamısı yorğanın altında.


Küçələr sakit olan kimi,
Silinir adım beyinin yazılmış vərəqlərindən.
Bezdir birini, bəzət cümlələri süni sözlərdən,
Yadda qal ancaq mənasız fraqmentlərdə.
Üzdə dolu görsənən, içi boş frazalardan.
Çirkli əllərdi qalan yorğanın altında.


Gücsüz ləpələr qayanı parçalamaz,
Dərin yaralar izsiz qalmaz.
Gülün, peşmançılıq keçirməyin hislərdə.
Səhv olsanda üz-üzə duranda,
İtir həmlələr yazıqla sonlarda.
Köçəcəksiniz, qalacaq tək cisim yorğanın altında.


Written by

0 comments: