Pıçılda şair pıçılda

Şair, qəribə mənəviyyatlı yaxınıq darıxdırıcı zülmətdə, Çıxarıb tullayırıq içdəki zibillikləri bir qədəhlə.
Ocaq ətrafımızdakı zarafatlar son qoyulur yerə atılan filterlə, Əsən sakit mehə qarşı,
Pencəyə büzüşüb kənarda qalma şair.
Qoşul bizə, dost ol, sərxoş ol,
Məst et şeirlərinlə sükutluğu,
Bataq acı xatirələr bataqlığında.
Qonaq sanıb, özüvü sıxma şair,
Pıçılda şair pıçılda.

Bax onlara, bax dostlarıma
İnsanlıq admistrasiyasının fəxrli nümayəndələri durub qarşında. Solğun sifətlərinə, təbəssümlərinə,
Hətda bizi yola verməklərinə baxma şair.
Aldanmağıvı aldatmağla aldatma,
Yorulublar, Sənəmin həyatındakı ağrıları çəkiblər, Gücləri qalıb qədəhə ki, əsə-əsə onuda,
Bacarmırlar fikir dağınıqlarıyla birgə saxlamağa.
Gəl etiraz etmə şair,
Pıçılda şair pıçılda.

Şablon sayıla bilər bəzənən cümlələrim,
Getmə, artıq qalan dolu çaxır şüşəsi,
Sən sahibini gözləyir bəyaqdan şair.
Demə ki, “ istəmirəm boşalsın içim, axmasın gözlərim, Məqsədsiz gülə-gülə itməsin başım ”.
Niyə gülmürsən? Nəyə ilişib qalıb səhərdən beynin?
Yanan gözlərinlə baxıb halımıza ağlama şair.
Tələbi susmağa yaxın buraxma,
İstəyi də ardıcıl xaişlə düzdüm,
Pıçılda şair pıçılda.

Dayanmışıq, tanış edim sizi şair,
Biri mənim can yoldaşım, o biri də həmçinin.
Daima güləni saflıqdan sevgidə gətirmir bəxti,
Vicdanlığını adidən tez büruzə verir üzə.
Ardıcıl ağızdan havaya tüstü pay verənidə,
Həyata bağlanıb tabe ola bilmir.
İnancı tək özüdü, amma ürəyi ovucdan genişdi.
Əyilməyib heç vaxt döyülsədə, söyülsədə,
Mənim kimi, sənin kimi onunda allahı yoxdu şair.
Utanma daha söylə rahat,
Pıçılda şair pıçılda.

Şair:
“ Sönəcək yol qırağındakı boynu büzüşük işıq dirəkləridə bir gün, Qalacaqsan qaranlıqda.
Bax onda gözüvün itəcəyi uzaqlığa.
Gördüyün közərmiş, toz basmış o lampa
Deyəcək sənə “ Xoş gəldin DOST, xoş getdin “ “..


Written by

0 comments: