Bağışla daha şeytan iyləyir ətrimi!

Küncə sığışmışam yenə,

Göstərmir otağın tavanının nuru mənə.

Əllərim beynimi ovur,

Sıxılıram bu təkliyin tənhalığından.

Hər kəsin içində mənə baxıb O,

Çönmüşəm ancaq suallarımla.

Yoxdumu biri şərik olub səhv eləsin?!

İdealizmə qapanıb göstərmir üzünü,

Heç olmasa bataqlıqda tək qoymuyaq bir-birimizi.

Bağışla daha şeytan iyləyir ətrimi...


Əlimin altına kağızla yapışıb,

Baxa bilmirəm xamilyon gözlərinə.

Çoxda qorxulu deyil sadəcə,

Atıldığından hər yerini tük basıb,gözləri qan çəkib.

Çətinliklə çıxıram şüur içli təzyiqdən,

Ağlıma qarışır indiki qaranlıqda,

Az sevəni var məni kimi onunda.

Sənə hər dəfə ovucumu qaldırıb açanda,

Heç əllərim çatmadı,amma dost olduq onunla.

Sənin varlığın dilə batdı, ancaq o üzə çıxdı.

Hirsimdən yenə vulqarizmə batırmayacam səni,

Bağışla daha şeytan iyləyir ətrimi.


Vəziyyət məni belə gətirdi,

Qıraq kəslərə, ətraf  hadisələrə.

Alınmır heçnə səninlə.

İstəmirəm, istəmirəm gecə itən varlığımla,

Ayanaya baxıb sövdələşə bilmirəm.

Qanımı içir, qanım amma qurtarmır.

Küçmişə baxıb, bu günə ağlamaq əziyyət verir.

Ruhum tək ona məxsus,

Dayanır ağrıdan axan yaşlar,

Necə qalım axı tərəfsiz?!

Tərəfsizliyimlə tərəflinin yoxdu fərqi,

Bağışla daha şeytan iyləyir ətrimi!


Written by

0 comments: