Gözlərin kor olsun gərək!

Sən ey qayanayan ruhun düşkünü,
Şüurlu məməli heyvan
Verdiyin qiymətdən,hörmətdən
Daxilə pay düşdümü görəsən?
Hardan düşsün ki?!
Hardan biləsən ki?!
Qoluvun altında boynu oynaşan məşuqənin,
Zahirindən başqa nəyi var ki?!
Həyatında keçsin gözüvün önündən,
Cildə istədiyini verdiyin an,
Ayılıb,bilib görəsən gərək.
Görməmək üçün etdiyin hər naxələflik,
Gözlərin kor olsun gərək!
Ancaq para xülyasıyla yaşayar o,
Ancaq ətir qoxusuna gələr o,
Bir kağıza,bir gecəyə tanımaz səni o.
Budurmu alacağın ondakı həzz?
Budurmu sənə aldanan qəlblərin fəthi?
“Ah”lardan lərzəyə gələn qulağların,
Ona verdiyin,oğluvun xərci,
Neçə il ala bilmədiyin ayaqqabının,
Üzününü nuraniləşdirən karuselin,
Qarnını doyuzduran pulu olsun gərək.
Görməmək üçün etdiyin hər naxələflik,
Gözlərin kor olsun gərək!

Sizə sıx gələn,səni sürüyüb daxmava çatdıran,
Tanımadığın yol insaflıları.
Oğluvu səndən məhrum etdiyin sən,
Qadınıva dərd verən mimikanla,
Hansı cildlə bir yastığa baş qoya bilirsən?!
Üzünü divara tutduğu an,
Vulqarla axır gözlərindəki yaş.
Sabah dözmür,elə yerindəcə,
Bir əlində çanta,bir əlində bəlası,
Ata evinə getməməyə səbəi olsun gərək.
Görməmək üçün etdiyin hər naxələflik,
Gözlərin kor olsun gərək!

Qal tək başına sən,
Qal dörd divarın ovucunda sən,
Peşmana üst tutub
Qapılara,xatirələrə qonaq gedin.
Marağsızlaşan axrıncı yataq hərəkəti həsrəti,
Rədd edib sürün dizin-dizin.
Yoxluq alçaldıb,yerə soxsun səni,
Bəlkə də,intihara sövq etsin səni,
Az eşitdiyin,doya bilmədiyin,
Gəlmiyən uşağıvın səsi gərək.
Görməmək üçün etdiyin hər naxələflik,
Gözlərin kor olsun gərək!


Written by

0 comments: