Bir Günlük qaçış.
Gecə saat təxmini 4:35 olardı, mən yerimdə uzanıb, qaranlığın yoxa çıxartdığı tavana baxırdım, əslində tavanı tam görməsəm də orda olduğunu bilirdim və mədəmin, şirkətlərdə nahar fasiləsi zamanı vurulan zəng saatı kimi siqnalizasiyası ilə, birdə hər il eyni fəsilin eyni ayında məni tutan öskürəklə birgə əlimi dağınıq saçlarımın arxasına keçirmiş halda, gözlərimin isə dimdik bərəldib eyni nöqtəyə zillənmiş vəziyyətində qəliz düşünürdüm. Fikirlərimə rahatlıq vermiyəcək otaqda bir çox şey var idi, ilk atamın və iç otaqda yatan anamın xorultusunun ətimi ürpəşdirməsi idi; daha sonra qardaşımın gecə yuxusunda danışmağı, mən istəməsəm də qulaqlarımın onun nə danışdığını öyrənmək üçün ona tərəf şəklənərkən düşüncələrimi dağıtması və birdə çöldəki küləyin, qonşunun eyvanındakı paltarların asıldığı, dibləri paslanmış məftili yellədərkən verdiyi cıyıltı səsi – təkcə səsinə doymadığım, küləyin açıq nəfəsgahımızdan evimizə kimi çatdırdığı dənizin dalğalarının bir-birləri ilə oynadıqları “sahildə müəyyən nöqtəyə dəyib-qayıtmaq” oyunundakı çıxan səslərindən aldığım əvəz olunmayan hisslər məni qurduğum xəyallarıma bir qız salıb, buralıqdan aparırdı. Xəyal qurmaq bəlkə bu həyatda məni yaşadan yeganə mücərrəd varlıqdır, amma onda heç nə daimi deyildir, bir xəyal uzun müddət davam edə bilər, çünki insan olur burdan Gürcüstana getmək istəyər və gedib çatar, bu artıq çatdıqdan sonra xəyalın yoxa çıxış formasıdır, insanda var ki, Amerikaya getmək istəyər və ora gedincə, yolda ölə bilər yaxud baş verənlər fikrindən daşındırıb, yol üstü Norveçə döndərə bilər, yəni ki, xəyalını əvəz etmək və ya ona çata bilməmək var. Dənizin verdiyi səsə bir azda yaxın olmaq üçün eyvana çıxdım, əslində onun mənə heç bir təsiri yox idi, sadəcə mən bu anı özümə belə çatdırırdım, halbuki, bütün qapıların haçarı məndə. Ayaqyalın üstündə durduğum taxtaların verdiyi soyuqluğunu böyrəklərimin həmən dəqiqə ağrımasından başa düşdüm, içəri keçib, ev içində geyinilən tapıçkalardan ayağıma keçirtdim, evin içərsindəki standartlığı pozmamaq üçün tək çarəm vaxtımı öldürmək üçün sakitcə kitab oxumaq idi, bəzən kitab belə kömək olmurdu, romanın içinə həyəcanla girdiyim vaxt təsirinin nəticəsi olaraqdan bir vərəqdən digər vərəqə keçmək üçün sakit çevirməyimin əvəzinə tələsik şəkildə dəyişirəm və standartı pozan hər hansı adi “tık” səsinə belə oyanan anamı, vərəqlədiyim vaxt çıxan səsin ona verdiyi marağa görə durub yanıma gətizidirir – bizim ailə bədii kitab oxumağa öyrəşmədiyindən onlara mənim oxumağım qəribə gəlirdi, mənim xasiyyətlərimdən biri kitab oxuya-oxuya musiqiyə də qulaq asmağım idi, çox vaxt digərləri də bunu etmək istəyəndə, fikirlərinin hansına tərəf yönəldiyini bilmir, ancaq məndə belə alınmır, iki səsi bölüşə bilirəm.
Saat 5:29-zacan kitab oxudum, çöldə məsciddən gələn dua səsləri və həmən an anamı namaza qaldıran zəng saatının çalınmağa başladığı vaxt anam yerindən qalxdı, mənim yatmadığımı və mətbəxdə “L” şəkilli oturacaq mebelinin üstündə oturub, divardakı çay dəsmalının üstünə çəkilən qara güllərə diqqətlə baxdığımı görüb, niyə yatmadığımı soruşdu, cavab vermədim. Səbəb ağlımda bu hərəkəti mənə elətdirəcək hər hansı bir nəyinsə olmaması idi, buna görə deyəcək sözdə tapmadığımdan sadəcə susdum, çox vaxt buna qalıb gələ bilmirdim, cavab verdiyimdə arxasında cavab olaraq mənə deyilən sözlər aşıb-daşan su kimi üstümə gəlirdi, onun qarşısına isə bənd çəkmək qeyri mümkün idi. Bir neçə həmləsindən sonra anam cavab vermədiyimi görüb, susdu, azan səsinin başlaması onun hamama girib, dəstəmaz almasına səbəb oldu, yanımdan ötüb keçərkən isə mənə tərs-tərs baxdığını ona baxmasam da hiss edirdim. Daha sonra arxasıyca atam gəldi, qaş-qabağını sallayıb açıq hamamın qapısının qulpundan tutub, içəri keçmək istərkən başını arxaya çəkib üzümə baxdı, hər an nə edəcəyi məlum deyildi. Düzünü desəm atamı sevmirəm, çünki onun mənə göstərdiyi yad ata münasibəti indiki düşüncələrimə çox təsiri olub. Bəzi insanlar özlərinə bir çox şeyləri sevdirməyə məcbur edərlər, “belə görmüşük deyə belədə yaşamalıyıq” xətti üstündə həyatını quranlar mənə görə boş insanlardı. Bu artıq sənə verilən həyatdı, edilmişləri edib yaşamaq sənin həyatıvı qul həyatlar sırasına salır. Mən allaha inanmıram. Bir çoxları həyatıvı onun veridiyini düşünürlər, ancaq verdiyinin qarşılığında da bir çox şeylər istər. Sanki bir insan sənə hədiyyə verir və o hədiyyəni elə seçir ki, hədiyyə “hədiyyə”liyində çıxıb ikisinin ortaq istifadə eliyə biləcəyi bir şey olur. Hədiyyə sənin stenkanda qalır, lakin o istifadə edir.
Ardı var

0 comments: