Lorem ipsum dolor sit amet, consectetur adipisic ing elit, sed do eiusm
Lorem ipsum dolor sit amet, consectetur adipisic ing elit, sed do eiusm

Adsız

Əgər Allah həqiqətən varsa, onda özü ayaqlarıma gələcək! Mən bu günə kimi qul olmağı sevmədim, bundan sonra da sevmiyəcəm, mən buna görə yazıçı olmaq qərarına gəldim, bilmirəm bu nə qədər alınır, ya alınmır, amma onu zaman göstərəcək. Səmimiyyəti Çox sevirəm, buna görə də uğurlu naliyyətim olandan sonra gündəlik gördüyüm insanlara qarşı nə rəğbətimi, nə də danışıq tərzimi dəyişirəm, bu məncə çox nəfərdə alınmıyan xüsusiyyətdi, ona görə hər insanla ünsiyyətə girirəm, əgər münasibət baş tutmursa mütləq bir vaxt ondan kənarlaşacam, bu yaxında da facebookda bir səhifədə bir mübahisəm düşdü, mən zarafata belə bir söz işlətdim ki, “əgər allah hər şeyi biləndisə, gəlsin corablarımın yerini desin, iki saatdı tapa bilmirəm”, bunu oxuyandan sonra admin məni araşdırıb ki, kiməm, təsadüfən eyni məkanın adamı çıxmışıq, bir də görürəm ki, qapımızı xəstə bir uşaq döydü, məni aşağı çağırdıqlarını dedi, düşdüm, gördüm bir nəfər binanın tinində dayanıb məni gözləyir, hardasa 29-30 yaşlı bir saqqalı oğlan, dindarlığı bilindi, binanın tinini dönərkən daha bir nəfərin kənarda gözlədiyini gördüm, nəisə uzatmıyım məni çəkdilər dəniz qırağına, söhbətin yazanın mən olduğunu soruşdu, dedim hə mənəm, mənə başladı dastandan, “ona inanmıyanların başını kəsərəm, belə eliyərəm, elə eliyərəm” bir təhər də olsa söhbəti uzatmadan, mənim üzr istəməyimlə ört-basdır elədik, həmin ərəfələrdə də yenə onlardan biri gəldi, oda zırpı, bir sözlə üç div arasında cırtdan qaldım, söhbəti uzatmamağa səbəb möminləri təhqir elədiyim üçün oldu, ən azından təhqir düz deyildi, ancaq axırda onlara sözüm bu oldu ki, “ siz kimsiz hər adamı belə evindən çıxarırsız?”, həqiqətən, mənə çatmıyan odur ki, onlar kimdi, tutaq ki, düz yolun yolçusu deyiləm, əhli-beyti tanımıram, onlara ixtiyarı kim verib ki, hər adama din öyrətsinlər, ikinci söhbəti uzatmamağıma səbəb onların niyyətinin başqa olması idi, elə insanlardılar ki, sözlə-söhbətlə başa salmaq mümkün deyil, görsələr ki, bağlanıllar keçəcəklər əl-qola, ən axrıncı variantları budur, özləri əgər mən bir polis çağırsaydım kişilikdən sayılmıyacaqdı, lakin onların təkcə mənim üstümə 3 nəfərlə gəlməsi kişiliyin krallığı sayılacaqdı, cahil insan anlamadığı üçün cahil sayıldığından bildim ki, mən öz dilimlə danışsam da, ortaq dildə də danışsam yenə cahillikləri arifçilik pilləsinə qalxmıyacaq, ona görə bir deyimim kimi, bilirsən ki, bildirişin bilinmiyəcək, onda bilməməzlikdən gəl, mənimdə bilməməzliyim susqunluq idi, dava ən axmaq insanların gücüdü, dinə etiqad göstərənlərin canı sağ olsun, mən canımdan bezməmişəm, hələ ki, inanmadığım varlığa görə heç, Nitşenin gözəl bir duyurumu var “inamsızlıq özüdə bir inamdır” mənim inancımda budur!

Read more

Sən ki, Allah deyilsən




Bu qədər əziyyətə saldın məni,

Bu qədər il geriyə atdın məni.

Səni silib atdılar daşa dönmüş qəlbimdən,

Elə gözlərinin xofunu aldığın cahil qulların, qorxaqların.

Boş-boş səbəblərdi kökü sənə bağlanan,

Eyni yol, eyni bələdçi, eyni söhbətlər,

Sən ki, təkrarsızsan bu dünyada,

Bəs niyə təkrarla yadda qalırsan ki?

Çıx get beyin qırışlarımı labirintə salan yalançı,

Sən ki, allah deyilsən.



Közünlə də od qalamıram,

Lap donaram, buza dönüb içimi soyudaram bəlkə.

Kin-küdurətim. olmuyan məhəbbətim son görmüyəcək,

Bəlkə cəhənnəmdə odluyarsan, bəlkə də bundan həzz alarsan,

Şeytan adına zalım postu çıxartma.

Özün buyurdun "pisliyini gördüyüne yaxşılıq et"

Səni söyürəm, lap elə iyrənirəm səndən,

Buna görə külə döndərmək istəyirsən meni?

Buda yaxşlığın?

Onda sən ki, allah deyilsən!


Read more

"Taun qorxusu"-(bu şeirim Albert Kamusun "Taun" əsərinə həsr olunur)



Tələf duyğusu, çəkindirir hamını ilk addımnan,
Şübhəli baxışlardı vəziyyətdən insanları ayıldan.
Artıq yerə düşən tikə belə yalanır sürünərək,
Analiz nəticəsində yaranır taun qorxusu.

İki hakimiyyətlik hökm sürür, ölüm və səssizlik.
İnsanlar eyni səviyyədə cürüyür belə anda.
Yaşamaq istəyi məhrum edir hər şeydən,
Geri çəkindirir həkimi də taun qorxusu


Read more

İlk Somalinə yardım yoxsa əvvəlcə özümüzə?


Bildiklərinizidə danışacam, bilmədiklərinizidə, daha əsəbləşmiyəsən neyliyəsən? Məncə ölkədə baş verən gündəmin bir neçə gündə davam eliyən aktual mövzularını bir kənara qoyub, bizi köklüm halda ağuşuna alan məsələləri gündəmə gətirək, yəni əclaflığa bir son qoyaq... Bizim ölkədə daxil olmaqla, ətraf ölkələrdə bu dəqiqə Somalinə yardım haqqında mülahizələr gedir, fond açılıb və nəticədə var, eşitdiyim məlumata əsasən “Somalinə yardım fondu”na təxminən 13 milyarddan çox vəsait yığılıb, belə sağlıqlarına qismət, istəmiyənin dırnağı bütöv qopsun, bəs bizim hansı günümüzə ağlıyacaqlar a bədbəxtlər? Bir anlıqda olsa bunu düşünmüsüz? Düşünmüsüz heç hanı yeni kontraktların nəticəsi? Düşünmüsüz heç hanı yeni müqavilələrin gəliri? Düşünmüsüz heç hanı yeni kağız üstü imzaların xeyiri? Yoxsa sizdə ailənizin neçə baş külfətini saxlıya bilməyəcək maaşla kifayətlənib, başınızı aşağı salmaq qərarına gəlmisiz? Niyə haqqınızı tələb eləmirsiz? Niyə dirənmirsiz? Götürək dindarlarımızı, nə vaxt baxsaz ağıl olan başa ağıl qoymağa çalışıllar, dolmuş başda gilinc olub partdıyanda tez bir damğa vurullar ona, qərar qəbul olunandakı “Məktəblərdə hicab qadağandır”, hamısı ekran arxasında oturduqları yerdə kompaniyaya başladılar, hay-küyə qalxdılar, çox keçmədi ki, o səslərdə kəsildi, deyəsən qrotekslərinin gücü bura qədər imiş. Həmişə kimdənsə gözləyirik!
Dünənləri qərara gəldim ki, ətrafa nəzər yetirim, iş barədə, yəqin sizdə bilirsiz, ən çox işçi “fəhləlik”, “taxiçilik”(badımcan yox), birdə lapetdə o künc, bu künc öz bağ, bostan məhsullarını satmağıyla məşğul. Gəlin fikir verək, “fəhləlik”- bu dəqiqə ən çətin iş onların yükündədir, günün altı, az maaşa çox iş, iş sığortası yox, pulların vaxtı-vaxtında verilməməsi, səs çıxardanı həmin dəqiqə işdən xaric etmək, “taxiçilik”- bəxtəbəxt bir iş, saatlarla gözləmək və günə bircə manat gəlir, başqa növüdə fərasət, məcbur lapetdə o künc, bu künc məhsul satanlara qalanda isə qazandığının 40%-i PPX işçilərinin cibində, məncə bu kifayətdir(hardasa başa düşmək olar ki, qanunsuz hərəkət eliyir, ancaq 2-3 manat qazanmaq üçün buna məcburdu)... Əvvəl eşidirdin ki, “kasıb ol, rahat ol” kəlməsi çox işlənir, getdikcə isə kasıbın könlündən ərəb şeyxliyi keçir, lakin susur, kasıblıq indiki dövr üçün qorxağlıq anlamı daşıyır. Nazirlərimizə əziyyət çərçivəsindən baxanda başa düşürəm ki, O, kresloda oturmaq üçün müəyyən əziyyətlər təpəsi aşıb, amma onlara qan içənliyi kim öyrədir? Bizimkilər rahatlıq simvolunu təmiz fırradıb başqa adət-ənənə üzərində işlədillər, tariximizdən gəlib, tariximizdən başqa şeylərdə gəlib, “Azadlıq naminə qurban verməyi bacarmaq”. Guya Babək bilmirdi ki, az qoşunu ilə o boyda ərəb xilafətinin qabağına çıxmaq olmaz? Guya Nəsimi bilmirdi ki, dərisi soyulacaq, onnansa şahı vəsf eləyib canını qutarsın? Eyniylə bugün ki, gündəki siyasi məhbuslarımız, Bir nəfər dur deməsin, mini desin!


Read more

Elcan (narkotikdən əziyyət çəkən ailənin son beşiyi və Kitabımdan bir hekayə)

Həmid bizim üst mərtəbəmizdə qalsa da, həm də mənim kirvəmin qardaşı idi. Onların ailəsində on nəfər adam yaşayır, ancaq bir evdə üç ailə, hər gündə bu ailədən dava, qırğın eşidilir; bəzən söyüşlü iki qardaş arasında, bəzən də söyüşsüz ər - arvad arasında, davaların sonluğunun quruluşu elədi ki, nəticəsiz qalmır; Azər(Həmidin böyük qardaşı, mənim kirvəm) qırğında idisə şüşə qırılırdı, həmçinin Azər enlikürək olduğundan O, əsəbləşəndə hər səfərində arvadı qonşuya keçirdi, uşaqları aşağı oynamağa düşürdülər, bir evdə qaldıqlarından Həmid uşaqlarını, arvadını otaqlarına salıb, qapını arxadan kilitləyirdi, Müşfiq(Həmidin balaca qardaşı) isə eyvana çıxıb, saatlarla bir paçka siqareti ilə orda dayanırdı; Tofiq əmi ilə Aygül xala(Həmidin ata və anası) qırğında olanda isə Müşfiq evdən qaçırdı, Həmid bloka düşüb siqaret çəkirdi, Azər isə səs - küyə qarışıb onları nəhəng səsi ilə sakitləşdirirdi. Azərin evdə davaları ona pul verməyəndə başlayırdı, ər - arvadın davasında isə Tofiq əmi yemək bişirilməyəndə etmədiyi hərəkət qalmırdı. Əvvəllər onların ailəsində hər şey firavan, xoşbəxt keçirdi. Azər Rusiyaya gedib - gələndən sonra ayrı ev alıb köçdü, bir müddət sonra dəstəklə Həmidə ev aldılar və O, da ailəsiylə yaxınlıqdakı binaya köçdü;hamısı az müddət içində yaxşıya doğru tamam dəyişmişdi və az müddət içində də mənfiyə doğru addımladılar; ta ki, Azərin balaca narkotik tabletkalarından aslı hala düşməsinə qədər. O, narkotikə dadandığından dəyişməyə, fiziki zəifləməyə başladı, əsəbiyyəti daha da artdı, 20 neçə yaşında sifət cizgilərinin artmasından 50 yaşlı kişidən fərqlənmirdi, vecsizlikləri çoxaldı, ailəsinin problemləri daha maraqlandırmadı, uşaqlarının hər gecə üstü açıq yatmaqlarından, səhər heçnə yeməyib dərsə getməklərindən xəbəri belə olmadı. İlk çətin vəziyyətə düşüb evini satmağa müstəntiqi döyməsi səbəb oldu(yadımdadır qəsəbədə bu söhbət geniş yayılmışdı, Azər ona ilişmək istəyən müstəntiqə kafedə əlində nərd taxta ilə yaxınlaşaraq başına keçirtmişdi), onu həbsxanaya salmasınlar deyə evini satdı, daha sonra müstəntiq narkotiklə bağlı Azərdən çəkinirdi və döyüləcəyindən qorxub Həmidə ilişdiyindən Azər onu təzədən döydü(bu da qəsəbədə yayıldı, Azər müstəntiqin maşınının qabağını kəsərək onu maşından düşürdüb qalın odunla gözüdönmüş dərəcəsində əzişdirmişdi) və Həmidin də evini satmağa məcbur qaldılar. Müşfiqə dəyilən ən böyük zərbə sevdiyi qızın ailəsi qızını Azərin narkotik audəçisi olduğunu eşitdikləri üçün Müşfiqə vermədilər, yadımdadır Müşfiq o hadisədən sonra Azəri dörd ay dindirmədi və özünə heç vaxt evlənməyəcəyinə qərarı verdi, lakin Müşfiqin digərlərindən fərqi o idi ki, evə qazanc gətirsin deyə, başını soxmadığı iş qalmamışdı. Bu çəkdikləri ziyanlıqdan Aygül xalanın qazandığı pul üstündə ki, rəğbət, hörmət də yoxa çıxdı, ona məncə həmən anlarda şəxsi meyarlarını itirməyi yox, vəziyyətdən necə çıxacaqları marağlı idi; iş o dərəcəyə çatdı ki, Dilarə (Azərin həyat yoldaşı) bir gün bizə gələrək ana dediyimə Aygül xalanın və Azərin onun qızıllarını oğurlayıb satmağından şikayətləndi, ana dediyim isə əlbətdə ki, ən böyük sərvəti olan dindən söhbət açmağa başladı, çünki ancaq bildiyi söhbət açılanda qəşəng məsləhətlərlə beyinin qırışlarını artırırdı. Gün keçdikcə evdəki xaosluq son həddə çatdı, bu evin dəyişkənliyini, evdəki havanın küfürlü olduğunu, maddiyatsızlıqdan evdə yaşayanların çox şeyə ehtiyacı olduğunu Həmidin qızının və ya Azərin uşaqlarının üzünə baxanda görmək mümkün idi; Həmidin qızının üzünə daşıdığı “ hər şeyimiz var ” mimikası, Azərin qızının üzünə daşıdığı “ əslində gərək var ”, ancaq üzdə dediyi “ gərək yoxdur ” sözü və oğlunun həyətdəki uşaqlarnan oynayanda aldıqları təzə maşından, gündə içdiyi fantadan, gəzmək üçün bulvara gedib atraksiyonlara minməyindən danışmasını istədiyi təqdirdə, təkcə baxdığı futboldan danışması evdəkilərin əzablarını uşaqların çəkdiyini bilmək kifayət edirdi. Vüsal(Azərin oğlu) evdəki uşaqların ən böyüyü idi və O, müsbət vaxtdan mənfi vaxta keçidi yaşamışdı, indi ki, evdə baş verən hər reaksiyonlara öyrəncəli idi. Toğrul əmi çox içirdi, bunu artıq məhlə camaatıda yaxşı bilirdi, lakin küçədə skamekada uzanan, məcburiyyətdən mağazanın şüşəsini qıran, gecə ocaq qalayıb ətrafında uluya - uluya yalnız musiqisini bildiyi mahnını oxuyan, axşam bir butulka almaq üçün əlini açıb dizin - dizin sürünən(bu heç olmasa digər versiyalara baxanda samballı idi), dükanın yiyəsi ilə yaxın olub ondan nisiyə spirtli içki götürən sərxoşlardan tamam fərqlənirdi, O, çox vaxt yan bulokda yuxarı mərtəbələrdə qalan, həyat yoldaşından ayrılandan sonra bir evdə yaşasalarda baxımsız qalan balıqçı Alyoşa, bizim bulokda birinci mərtəbədə qalan, gözlərini itirmiş(itirməyinə səbəbini bilmirəm), keçmişdə imkanlı olması ilə qazandığı hörməti kasıblaşanda itirən, məni qardaşımla uşaq vaxtı bir dəfə güclü tufanda maşınına minizdirib dərsə aparmağından sonra hər görəndə halını soruşduğum Niyazi dayı və yan bulokda birinci mərtəbədə yaşayan, ayağına qaynaq zamanı dəmir girən, buna görə əməkli olan Şahin kişi ilə Niyazi dayının imkanlı vaxtında aldığı, içərisinə dörd maşın yerləşən qarajlarında qapını açıq buraxıb içirdilər, özlərində olduqları zaman bir - birilərinə tərifli sağlıq, az içkili olandan sonra əvvəllər kimlərəsə etdikləri yaxşılıqları və tam sərxoş olandan sonra isə hamısı uca səslə dərdlərini danışırdılar, bəzən bu söhbətlərin içərisində məhlədə olan adamın eşidə biləcəyi tonda deyilən söyüşlərdə eşidilirdi. ”
İçəridən ana dediyimlə ata dediyimin möhkəm eşidilən qışqırıqları məni dayandırdı, təəccüblənmədim, uşaqlıqdan bəri gözümün gördüyü yersiz danışıqlar üstündə başlayan qırğınlar idi onsuz; tənbəllik etməyib yerimə getdim və yazmağa davam elədim...
“ Toğrul əmi Vüsal ilk nəvəsi olduğuna görə onunla daha çox vaxt keçirməyə çalışırdı; babaların nəvələrini apardığı yer dəniz qırağı olsa da, çox gəzib yorulub bir daşda oturanda cavanlığından danışdığı halda, gəzərkən qarşısına çıxan başqa ağsaqqalı görüb, nəvəsinin əlini buraxıb hökümətdən qroteksli söhbətləşməsi təqdirdə, ya da bir dükana girib pensiyası ilə bir su, bir peçeni almalı olduğu halda apardığı, Vüsalı gəzdirdiyi, əlini buraxdığı yerlər kababxanalar, pivə xanalar idi. O vaxt binamızın böyrünə getdiyim mənə görə gedəcəyim ən uzaq yer sayılan vaxtlarda məhlədə çox olurdum, Vüsalın 4-5 yaşında babası ilə məhləyə gələndə ağzı pivə köpüklənən anlarınıda çox görmüşdüm; Toğrul əminin Vüsalı içizdirə - içizdirə “ kişi içki içər ” kəlməsini Vüsalın həyətə girib uşaqlardan “ içki içmisən? ” sualının qarşılığında yox cavabını alıb “ kişi içki içər ” deyəndə, bu sözlə beynini doldurduğunu bilinirdi. Dilarə uşağını belə görəndə çıxış yolu Vüsalı hər yay tətilində rayona göndərməyində tapdı, həm beləcə evdəki gərgin vaxtlarda deyilən ən pis söyüşləri eşitməzdi, Azərin gecə evə gəlib Dilarəni döydüyünü az da olsa görməyib yerində rahat yatardı, evdə hüzurun itdiyi vaxtlarda rayondan gəlib anasını qucağlayıb “ darıxmışam ” deyib Dilarəyə ana olma hissiyatını qaytara bilərdi. Gün keçdikcə evin içində hər kəs özü üçün yaşayırdı, bu kimsəsiz adaya düşmüş adamların həyatda qalmaqları üçün bir-birlərinin ətini yeməkdən betər idi; Toğrul əmi artıq evə gələndə aldığı ərzaqları balışının altında gizlədirdi, Aygül xala əvvəl qazandığı restoran kariyerasında uğrunu təzədən yaratmaq üçün aldığı borcları geri qaytarmaqdan ötrü məhəllə arvadlarına ərk eləyib rayondan göndərilən əzik pomidorları satırdı, Dilarə bəxtinə düşən gözəllik salonunun qapısında “ işçi axtarılır ” yazısını görüb işə girmişdi, Azər narkotikə və müstəntiqi döyməsi ilə evi bu günə salmağından peşmanlıq hissi keçirməyərək anasının, Dilarənin pullarını götürüb yenə həzzini tuturdu, evdəki hər kəsin içinə qorxu daşı düşmüşdü, heç kəs ona ” daha bəsdir ” deyə bilmirdi, təkcə Dilarə çəkinə - çəkinə bunu bacarırdı, ancaq fəsadları üzündəki şişlər və belindəki ağrılarla təcəssüm elətdirirdi, Müşfiq artıq qazandıqlarını evə gətirmirdi, Həmid isə qızının məktəbə getməyini fikirləşib başqa ölkələrə işləməyə gedən adamlara qoşuldu(Qazaxıstana getdi). Bir gün bu bəladan Dilarə və Məlahət(Həmidin həyat yoldaşı) çıxış yolu namazda gördülər, ana dediyimin yanına tez - tez gələrək, söhbətlərdən itirməkdə olduqları əqidələrini dinə yönəltmək istədilər, ancaq onlar dinlə məşğul olmanı çoxsu kimi istəyərəkdən yox, həyat tərzlərinin iztirablarından qurtaracaqlarını düşünüb dinə yönəldilər; onları başa düşmək olardı, bataqlığa düşən insanı onu bataqlığdan kimin, yaxud necə çıxması önəmli deyil, ona yalnız batağlıqdan sağ çıxması vacibdi, lakin belə bir düşüncə onları axırda heçnəyə gətirib çıxartmayacaqdı. Üstündən az müddət sonra isə namaz qılmaqları ilə heçnə əldə etmədiklərini görüb bizə gediş-gəlişlərini kəsdilər, sonradan isə namazı yarımçıq buraxdıqları bilindi. Həmidin belə çətin vəziyyətdə bir oğlu olmuşdu, bu ikinci övladı olsada, gəlişi ilə evə sevinc gətirmədi. Elcanın evdəki uşaqlardan tamam fərqlənməsi doğulduğu zaman ağlamaması, həkimin qucağına gülüşlə gəlməsi olmuşdu; təzə təməli qoyulan fundamentin üstünə yaş daşı qoyduqda isə O, evdəki bütün hadisələrə, bağırtılara, davalara qanmasada gülə - gülə baxırdı, O, həyatın gördüklərindən ibarət olduğunu özündə fikirləşirdi, görüb - eşitdikləri də bunlar idi. Bu çətin vəziyyətlərindən xəbərləri olan qohumlarının heç biri onların evinə ayaq basmadığına görə Elcan yalnız gəzməyə aparılarkən tanımadıqları adamları görürdü.
Bir gün Dilarə Azərə boşanmaq istədiyini dedi, bunu eşidən Azər isə evi altını üstünə gətirəcək həddinə qədər özündən çıxıb, tək ailəsini yox, bütün məhləni lərzəyə gətirdi; evlərindən Azərin inəyi maşın vuranda çıxartdığı böyürtü səsləri kimi çıxartdığı səslərin gəlməsi ilə bərabər, Elcanın möhkəmdən eşidilən gülüş səsləri gəlirdi, elə bil xeyirlə şər bir yerdə idi. Azərin qarşısını polislər aldı, əlini qandallıyanda hər kəsin duruxub, sükutluq verən təəccüb dolu baxışlarının içində, sükutluğu pozan Elcanın polislərə baxa - baxa kəsilməyən gülüş səsləri idi, bu real həyatda gördüyüm tərkibinə az təsir verici dəhşətdə qatılan ən maraqlı meladram səhnə idi. Bu hadisədən sonra üstünə gün tozları oturduqca, Elcan həm öz əsl vəziyyətinə, həm də xeyir anormallığından normal hala uyğun şəkil almağa başladı, artıq heç kəsə gülümsünmür, ancaq neçə ilin suyunu gözünə doldurubmuş kimi, hər saatdan bir boşaldırdı...
Əziyyət çəkənlərin niyə qanmadığı uşaqlıq dövrünə qayıtmaq istəklərini indi yaxşı başa düşürəm, yaşadıqca önə atmaq istədiyin addımlar, səni varlığınla geri çəkilməyə vadar edir.
Biz hamımız səhv edən PİSLƏRİK, amma biz ümid edirik ki, hər şey yaxşı olacaq və ya gözəl sonluqla qurtaracaq, lakin bizlərin PİS olmasını yadımıza salanda yenə ümidimiz kəsilir. Bu çölə çıxış qapısı olmuyan labirintin içərisinə düşmüş siçovulun çıxış axtarması kimidir; hər dəfə labirintin bir yolundan digər yoluna keçmək üçün qoyulan qapıya çatanda, gördüyü qapını çölə çıxış bilir və ruhlanır, ancaq çölə çıxış heç cürə yoxdur, artıq bununla barışmaq lazımdır.


Read more

Nə yazılasıdı axı ağ kəfənlərə?

Nə yazılasıdı axı ağ kəfənlərə?
Dərd cızsanmı ki, fərahlıq gətirsin nəbzimə.
Boşaltmıyasanmı ki, ağzı havada qalıb quruyan mürəkkəbi,
Korlanmasın əziyyətləri, dağıtmasın ətrafa,
Daxilimdəki Yer qədər süzülən sirləri.

Nə yazasan axı ağ kəfənlərə?
Qabağdan, hər tərəfdən hər cürdə gəlinib onsuz.
Yorğun görsənir səpilən cümlədəki dağınıqlıq.
Dəniz olub fayda versəm,
Sahilimdə qurulan ulitarlıq baxımsız.

Nə yazılasıdı axı ağ kəfənlərə?
Eşidib oxudum ancaq qəm-qüssədən çıxan qan,
Təməldən əyri qoyuldu kəllə daş.
İrsi ipi kəsilsəydi düşülməzdi sərt günə,
Ruhu qaçqın, özü itkin bir mənada olanlar.

Nə yazılasıdı axı ağ kəfənlərə?
Seçimlər unutmaq qədər çətindi,
Bəbəylər xamilyon rəng alıb sülənməkdən.
Keçmişdən bir insanda qalmadı,
Öldürsün gəzmək naləsini içimdə.


Read more

Dost elə çox istəyirəm ki...

Dost elə çox istəyirəm ki,
Şikəst, gözdən zəlil, qoldan əlil bir sevgilim olsun.
Addım ata bilmədiyi yerlərə,
Nəzarətçisi mən olum.
Daşıya bilmədiyi səyahət çantasına,
Dinməz qulluqçusu mən olum.
Ayaqsız aşa bilmədiyi,
Özü qaldıracaq ekskalatoru mən olum.

Dost elə çox istəyirəm ki,
Şikəst, gözdən zəlil, qoldan əlil bir sevgilim olsun.
Yaşamamaq nurunu işə saldığı anda,
Həyatını dəyişəcək, rəngbərəng fırçası mən olum.
Kürəyi yerə gəldiyi anda,
Məsafə saxlıyacaq, hislərin yaratdığı qüvvə mən olum.
Əlini boşluğa uzatdığı anda,
Ona sahib çıxacaq, reklam xoşbəxtli ailəsi mən olum.



Read more