Kasıblığın bəxş etdiyi varlılıq (Həyatımın Essesi-kitabımdan)
Kasıblıq həqiqətən ümidləri, xəyalları böyük olan insan üçün çox ağır faciədir. Təsəvvür elə sənin qüsurun var və həmin qüsura görə sənin heç vaxt sevgilin olmayıb. Hər hansı qızla sevgi yaşasan bəlkə dünyada səni kimi sevən tapılmaz, ancaq qarşındakı əngəl olduğuna görə nəyə qadir olduğuvu göstərə bilmirsən. Tək oturduğun parklarda yanından keçən bir-birinə sarılmış Leyli ilə Məcnuna dolmuş gözlərlə baxırsan, ya da dostun gəlib sənə sevdiyi qızla sekslə məşğul olmağından danışır, yaxud həyatında olan 8-inci qızdan, sən isə heç birin belə yaşamamısan. Bəlkə dünyada ən geniş xülyalara malik kasıb insanlar olur. Xəyalları həyata keçmədikcə daha da genişlənir. Heç vaxt kasıb insanla varlı insanın ətrafına baxış çərçivəsi eyni ola bilməz. Kasıb olmaq imkanları kiçik olmaq deməkdir. Çoxdan bəri görmədiyin bir tanışı marşutda görüb, düşərkən onun pulunu verə bilməmək, dostunla oturduğun kafedən durarkən hesabı ödəyə bilməmək, evdə çox işıq yandırmamaq, ad günlərdən qaçmaq və.s, bunlar istəklərin ən yersiz versiyalarıdır. Yazdığın kitabı çapa vermək üçün maddiyat tapa bilməmək, ən sevdiyin insanın başını bəladan qutarmaq üçün borc verə bilməmək və.s, bunlar digər variantlara baxanda heç olmasa normal sayıla bilər. Kasıblığın bəxş etdiyi varlılıq əlbətdəki mənəvi varlıq olur. Pifaqor bu haqda bir sözü var: kasıb dənizin sahilinin yaxınlığında dayanan adamdı, varlı isə dənizin ortasındakı, məncə sahilə ən tez dənizin sahilinə yaxın olan adam çıxar. Çox işləyib taqətdən düşəndən sonra yenilən yeməyin həzzini tox qarına yenilən yemək vermədiyi kimi, çətinliklə qazanılan nələrinsə də hisslərini arxayın şəkildə qazanılan verdiyi hisslər əvəz edə bilməz. Ancaq başqa yöndən baxsaq kasıb insanlar özləridə bilmədən çox şeyə sahib olurlar. Məsələn, dostuvun hər dəfə birgə oturduğuvuz kafedə hesabı sənə heçnə demədən dəfələrlə ödəməsi artıq sizin dostluğunuzda ona əsas nəyin önəmli olmasını isbat edir, ya da kitabıvı çapa verməkdən ötrü lazım olan məbləği qazanmaq üçün bir bina tikisində fəhlə olaraq işə başlayırsan və səninlə birgə işləyən fəhlə yoldaşlarıvın arasında eləsi olur ki, hansısa gün nahar vaxtı süfrə arxasında söhbət edərkən danışdığı çəkdiyi əzablar, sənin başqa kitabıvın başlamasına əsas səbəb olur. Sevdiyin qıza hər ad günündə, bayramlarda hədiyyə ala bilmədiyin üçün səndən ayrılması, qohumlarıvın üz döndərməsi, hansısa restoranda ofisiant işləyərkən sənə qarşı olunan haqsızlıqlar və.s bunların hamısı bir insana çox şey qazandırır, lakin bunun fərqinə çox az adamam varır. Bu əslində kasıb vaxtı çəkdiyin iztirabların sənə bəxş etdiyi varlılıqdı. Yaşa dolduqca isə qəflətən imkanlarıvın genişlənməsində sən artıq insanların iç üzlərini zahirindən görə bilirsən.
Bir dəfə dostumun namaz üstündə mübahisəsi düşmüşdü. Dostum söhbət eliyə bilmədiyindən əvəzinə mən edirdim. Namazı müdafiə eləyən oğlana sual verdim ki “namaz qılırsan?”, cavab olaraq O mənə “yox, namaz qılmıram, içkidə içirəm hətda, ancaq allahımı tanıyıram” dedi. Gülüb söhbəti bağladım. Çünki artıq mənim həmin oğlanla mübahisə etməyim düz olmazdı. Oğlanın dediyi o idi ki, “mən qohumumu saymıram, onun dediklərini eləmirəm, amma bilirəm ki, O mənim qohumumdur”. Ən azından allah buyurub ki “içki içmək haramdır”. Sahəai üzrə natamam yetişən adama gücümü göstərməyim dalaşmaq qədər mənasız olardı.
3 comments: