Lorem ipsum dolor sit amet, consectetur adipisic ing elit, sed do eiusm
Lorem ipsum dolor sit amet, consectetur adipisic ing elit, sed do eiusm

Kasıblığın bəxş etdiyi varlılıq (Həyatımın Essesi-kitabımdan)


Kasıblıq həqiqətən ümidləri, xəyalları böyük olan insan üçün çox ağır faciədir. Təsəvvür elə sənin qüsurun var və həmin qüsura görə sənin heç vaxt sevgilin olmayıb. Hər hansı qızla sevgi yaşasan bəlkə dünyada səni kimi sevən tapılmaz, ancaq qarşındakı əngəl olduğuna görə nəyə qadir olduğuvu göstərə bilmirsən. Tək oturduğun parklarda yanından keçən bir-birinə sarılmış Leyli ilə Məcnuna dolmuş gözlərlə baxırsan, ya da dostun gəlib sənə sevdiyi qızla sekslə məşğul olmağından danışır, yaxud həyatında olan 8-inci qızdan, sən isə heç birin belə yaşamamısan. Bəlkə dünyada ən geniş xülyalara malik kasıb insanlar olur. Xəyalları həyata keçmədikcə daha da genişlənir. Heç vaxt kasıb insanla varlı insanın ətrafına baxış çərçivəsi eyni ola bilməz. Kasıb olmaq imkanları kiçik olmaq deməkdir. Çoxdan bəri görmədiyin bir tanışı marşutda görüb, düşərkən onun pulunu verə bilməmək, dostunla oturduğun kafedən durarkən hesabı ödəyə bilməmək, evdə çox işıq yandırmamaq, ad günlərdən qaçmaq və.s, bunlar istəklərin ən yersiz versiyalarıdır. Yazdığın kitabı çapa vermək üçün maddiyat tapa bilməmək, ən sevdiyin insanın başını bəladan qutarmaq üçün borc verə bilməmək və.s, bunlar digər variantlara baxanda heç olmasa normal sayıla bilər. Kasıblığın bəxş etdiyi varlılıq əlbətdəki mənəvi varlıq olur. Pifaqor bu haqda bir sözü var: kasıb dənizin sahilinin yaxınlığında dayanan adamdı, varlı isə dənizin ortasındakı, məncə sahilə ən tez dənizin sahilinə yaxın olan adam çıxar. Çox işləyib taqətdən düşəndən sonra yenilən yeməyin həzzini tox qarına yenilən yemək vermədiyi kimi, çətinliklə qazanılan nələrinsə də hisslərini arxayın şəkildə qazanılan verdiyi hisslər əvəz edə bilməz. Ancaq başqa yöndən baxsaq kasıb insanlar özləridə bilmədən çox şeyə sahib olurlar. Məsələn, dostuvun hər dəfə birgə oturduğuvuz kafedə hesabı sənə heçnə demədən dəfələrlə ödəməsi artıq sizin dostluğunuzda ona əsas nəyin önəmli olmasını isbat edir, ya da kitabıvı çapa verməkdən ötrü lazım olan məbləği qazanmaq üçün bir bina tikisində fəhlə olaraq işə başlayırsan və səninlə birgə işləyən fəhlə yoldaşlarıvın arasında eləsi olur ki, hansısa gün nahar vaxtı süfrə arxasında söhbət edərkən danışdığı çəkdiyi əzablar, sənin başqa kitabıvın başlamasına əsas səbəb olur. Sevdiyin qıza hər ad günündə, bayramlarda hədiyyə ala bilmədiyin üçün səndən ayrılması, qohumlarıvın üz döndərməsi, hansısa restoranda ofisiant işləyərkən sənə qarşı olunan haqsızlıqlar və.s bunların hamısı bir insana çox şey qazandırır, lakin bunun fərqinə çox az adamam varır. Bu əslində kasıb vaxtı çəkdiyin iztirabların sənə bəxş etdiyi varlılıqdı. Yaşa dolduqca isə qəflətən imkanlarıvın genişlənməsində sən artıq insanların iç üzlərini zahirindən görə bilirsən.

Bir dəfə dostumun namaz üstündə mübahisəsi düşmüşdü. Dostum söhbət eliyə bilmədiyindən əvəzinə mən edirdim. Namazı müdafiə eləyən oğlana sual verdim ki “namaz qılırsan?”, cavab olaraq O mənə “yox, namaz qılmıram, içkidə içirəm hətda, ancaq allahımı tanıyıram” dedi. Gülüb söhbəti bağladım. Çünki artıq mənim həmin oğlanla mübahisə etməyim düz olmazdı. Oğlanın dediyi o idi ki, “mən qohumumu saymıram, onun dediklərini eləmirəm, amma bilirəm ki, O mənim qohumumdur”. Ən azından allah buyurub ki “içki içmək haramdır”. Sahəai üzrə natamam yetişən adama gücümü göstərməyim dalaşmaq qədər mənasız olardı.


Read more

Qara Paltarlı Adamlar



Qara paltarlı adamlar deyəndə ilk ağıla gələn məncə Bakının vəziyyətidir. Gündəlik olaraq mən bu cür, yəni qara paltarlı adamlarla çox rastlaşdığıma görə elə məhz bu haqda da yazmaq istədim. Bizim düşüncəmizə mentalitet anlayışını soxana, daha doğrusu soxanlara mən "istədiyini əldə edən" təxəllüsü verərdim, çünki həmin şəxslər bir-iki fikir atıblar ortalığa və millətin düşüncəsini əllərinə keçirə biliblər. Söhbət ondan gedir ki, bizim millətin standart geyimində də mentalitetin əl izləri var. Qara pencək, qara kurtka, qara köynək və qara butulka şalvar azərbaycanlıların geyim tərzinin simvoluna çevrilib şəxsən. Mən dostumla qaldığım qəsəbədə gəzməyə çıxan da, əsasən bu tərz oğlanlarla çox rastlaşırdıq(elə indi də rastlaşırıq) və öz aramızda onlara "Poladçılar" deyirdik. Əlbət ki, rəngli geyim, yaxud fərqli geyim nəzər çəkdiyinə görə onlarda bizə tərs-tərs baxırdılar, söz atmaqlarında geri qalmırdılar. Bir belə söz atamaların birində münaqişə yaşandı və həqiqətən üz-üzə həmin oğlanlarla söhbətləşəndə hiss etdik ki, özünü mafiya başçısı hiss edir, yanındakı dostlarından bir sağ əlidi, digəri onun sol qıçıdı... Adın dəqiq bilmirəm, ancaq "Fenkşuye" səhv etmirəmsə təlimi var, anlamı "təbii tarazlıq" mənasındadır, bu təliim əsasən insanlarda əhval-ruhiyyəni qaldırmaq üçün olan təlimdir. Təlimə görə məsələn, otaqda əşyaların rəngini və yerini otaqda olan bütün əşyalara uyğun olaraq yerləşdirsən, sənin əhvalın onlara baxanda istər-istəməz müsbət enerji alacaq. Demək istədiyim odur ki, bu dəqiqə Bakının canına çıxanda Metroda, Universtitetlərdə, Avtobuslarda, Parklarda və.s yerlərdə qara paltarlı adamlarla rastlaşanda adamın ürəyi sıxılır. Bakıya qıraqdan nəzər yetirsən elə bilərsən ki, Bakı qan ağlayır, hər gün 20 Yanvar qeyd edir. Keçən dəfə facebookda bu haqda status yazanda qaqaşın biri rəngli geyinənlərin əksəriyyətini peysər adlandırdı, onu qınaqmaq olmaz, çünki rəngli geyimləri efir artistlərində görüb və artistlərin çoxu da cəmiyyət içində sevilmədiyinə görə küçədə həmin rəngli geyinən görəndə elə bilirlər ki, o artistlərdən biridir. Mən o vaxtlar Gothic(Goth) stilinə keçmişdim, qapqara geyinirdim. Üstündən vaxt keçəndən sonra fikir verdim ki, mənim adi Gothiclikdən anlayışı olmuyan adamın geyimindən fərqim yoxdu, oda qapqara geyinir, ümumiyyətlə Bakının 98%-i qapqara geyinir, buna görə geyim üslubumu dəyişmək məcburiyyətində qaldım. San-Peterburqda, yaxud bir sıra başqa şəhərlərin küçələrində qapqara geymiş adam görəndə həmin an bilirlər ki, belə geyinən yalnız Gothlar, Gothiclər olar, Bakıda isə elə bil 98%-i Gothicdir. Məsləhətim odur ki, qaraya qaçmayın, çox düşüncələrdə budur ki, qara gec kirlənir, həm qara çox rəngə uyğun düşür, xeyr heç də belə deyil. Bəlkə bu mövzu çoxlarına adi gələ bilər, ya da boş, mənasız gələ bilər, ancaq real baxanda həqiqətən böyük problemlərdən biri olduğu görünür.


Read more

Kaş məni doğmazdın, ana



Niyə gətirdin məni
Durmadıqca qocaldan sönmüş bu dünyaya.
Əlinlə məhv oluram ana,
Etmə mənə görə
Tüstü kimi havada yoxa çıxan boş dualarını,
İstəmirəm ana.
Oğlun ağlayır
Hər gün küçədə yatanların,
Əli açıqda qalan sahibsizlərin,
Dettom uşaqlarının gözündə ana.

Kaş məni doğmazdın, ana
Bəlkə onda boğulmazdım qəm tamlı çayında.
Niyə məni qoynunda böyütdün ki?
İstəmirəm o isti yeməklərini,
Başımada çəkmə sığalını
Bir əl saxla görək,
O zibilliyi eşəliyən,
Kiflənmiş çörəkləri torbasına dolduran,
Dişləri mırıq qız neyləyir ana?

Bəlkə güdüm onu qonaq gedək?
Bəlkə xəstə qardaşı var?
Bəsdi mənə baxıb, ahı çəkib heyfsləndin ana.
Gözüm, üzdən hər şeyi görən Günəş kimi
Vaxtsız açıldı kömək olmur mənə ana.
Nifrət etmirəm sənə,
Ancaq istəmirəm yanımda olasan
Boynum bükülür yaranan kölgədə mənim
Çıx get, tərk et məni ana.

Sürünə-sürünə düşdüm arxasıyca ana,
İki məhlə sonra bir evə girdi
Gözlədim-gözlədim gəlmədi.
Qapıya şəklənəndə, ahlar gəlirdi ana.
Mən isə əlinnən tutub yüklərin daşıyacaqdım.
Yenə saflığım məni yanıltdı,
Günah səndədir ana,
Kaş doğmazdın körpələri ana!


Read more

Fikir Sexi – Universal bir kitab!


Azərbaycanda belə bir kitabın ərsəyə gəlməsi üçün zəhməti keçən Turxan Qarışqaya, Türkan Hüseynovaya, Cavid Ramazanova, Samirə Nəcəfə və Nicat Məmmədbəyova ilk öncə xüsusi təşəkkür etməyi, özümə borc bilirəm.
Keçək əsas mətləbə. Hər kəsin həyatında olduğu kimi mənim də öz həyatımda dəyər verdiyim bir çox insanlar var və onlar mənim verəcəyim qərarlara çox böyük köməklik göstərillər. Mənim belə bir tanışım var, çox vaxt onunla məsləhətləşirəm. Həmin insan “Fikir Sexi” kitabının axrıncı səhifələrini yanımda oxuyub qutarandan sonra kitabı bağlayarkən bu kəlməni işlətdi “əla kitabdı”. Bir az sonra məndən bu kitabı oxuduğumu soruşanda “yox, oxumamışam” dedim. O, isə “mütləq oxu” dedi. Kitabı oxudum və qutardım. Açığı desək kitabın unikallığı ondadır ki, sadə şəkildə yazıldığına görə oxunub başa düşüləndi, ancaq insana qazandırdığı çox dəyərli şeylər var. Mən “Fikir Sexi” kitabını belə dəyərləndirərdim - Azərbaycan tarixində gəlib-keçmiş kitablar arasında yadda qalacaq kitablardan biri və mənə görə hələki birincisidir! Bu kitab cəmiyyətin hər bir sahəsini, idman, siyasi, şou-biznes, ədəbiyyat və. sahələri özündə birləşdirib. Onu belə adlandırmaq daha məqsədəuyğun olar – Universal bir kitab. Fikir vermişəm ki, bu bizim cəmiyyətimiz içərisində əlinə bir dəfə də olsun oxumağa kitab almayan insanların da diqqətini çəkir. Məsələn, keçən səfər qrup yoldaşım bu kitabı əlimdən lağ mənasında aldı, ancaq döyüş film xəstəsi olduğuna görə içində yazılan bəzi aktyorların müsahibələrini görən də, mənə pul verdi ki, ona bu kitabı alım. Halbuki oğlan bir dəfə də olsun əlinə bədii kitab götürməyib. Bir qız dostum mənim yazılarımı oxuyandan sonra məndən oxuduğum hansısa kitab haqqında da fikirlərimi yazmağımı məsləhət vermişdi. Bu ağıla batan bir təklif idi. Ancaq axır vaxtlar oxuduğum kitablardan ürəyimə tam yatanı olmamışdı ki, mən onun haqqında bir fikr yazım. “Fikir Sexi” kitabının ikinci bir özəlliydə ondadır ki, təcrübəsi çox olan insanların, həyatda adı məşhur insanlar arasında hallansa da, heçnə qazanmayan adamların etdiyi səhvlər haqqında müsahibələri var, bunlar da adi bir oxucunun gözünü açmaq üçün kifayət edir. Kitab həqiqətən o qədər xoş təəssürat bağışlayıb ki, mənə, gözümdə bir qram dəyəri olmayan məşhur insanların müsahibələrini oxuyandan sonra istər-istəməz onlara qarşı fikrimi dəyişməyə başladım. Kitabın üçüncü özəlliyinə qalanda isə bir çox insanlar mənim kimi əsasən kitabda dəyərli sözləri işarələyirlər, daha sonra adi vaxtda kimləsə dərdləşəndə, ona təsir edən sitatlardan nümunə gətirillər. Bu kitabda isə adi vaxt nümunə gətirəcəyin o sitatlardan boldur. Qeyd edim ki, kitab artıq ikinci dəfə nəşriyyata verilib. Məncə buda çox şeyi ifadə edir. Və nəhayət ktabın sonun özəlliyi ondadır ki, səni darıxmağa qoymur. İnsan bəzən elə kitablar oxuyur ki, kitabın hər vərəqini çevirdikcə ondan canını qutarmaq istəyir, səmimi deyirəm ki, mən bu kitabın hər səhifəsin vərəqlədikcə qutarmamasını istəyirdim. Sonda onu demək istəyirəm ki, bu cür kitabın qədrini bilin! Kitaba pul xərcləməkdən çəkinməyin, ələfsusda belə bir kitab üçün, siz onu əldə etməyə 5 manat verirsiz, lakin o sizə dünyanı bəxş edir!


Read more

Düşünənilənləri alt-üst edən düşüncə tapmaq lazımdır!



Dilənçiyə həyatda verilən qiymət və virtualda verilən təsəvvürə baxsaq, görərik ki, yəni çox faizlə qarşılaşdığımız vəziyyət budur ki, bir dilənçi əlini açıb bizə doğru yanaşan da, nəblim bir yerdə oturub dilənən də, marşutda, metroda, parklarda və.s biz ya görməməzlikdən gəlirik, ya üzünə baxa-baxa belə pul vermirik. Verənlər isə çox cüzi faiz təşkil edir. Ancaq yazılarımızda yaxud danışıqlarımızda heç də bunu əks elətdirmirik. Elətdirsək də, çox faiz onları gözümüzdə qaldırmağa çalışırıq, nəblim şəkillərin paylaşıb üzülürük. Yazılarda dilənçilər elə qələmə veririk ki, sanki ay parçasıdılar. İnsanlığın baris nümunəsidirlər. Özümüzdə yaxşı bilirik ki, heç də belə deyillər. İnsan əsasən gördüklərini çatdırmağa çalışar, Bakı şəhəri çox da böyük bir yer olmadığına görə əminəm ki, mənim qabağıma çıxan dilnçilər sizində qabağıvıza çıxıb. Çoxsu alkaş, qaraçı, ya guya laldılar, ya da xəstədilər. Açıq deyirəm ki, mən dilənçiyə çox az hallarda verirəm, o da ki, qıraqdan baxanda artıq məlum olur ki, bunun bir şəxsə heç bir ziyanı dəyə bilməz. O da əksər hallarda qocalar olur. Yəni bunu yazmağımda məqsəd odur ki, yazılarda dilənçiləri duru bulaq suyu kimi qələmə verməkləri xoş hal deyil. Gərək elə yazı yazasan ki, düşüncəni novellalardakı kimi qarışığa salsın. Gözlədiyin fikirlərin əvəzində başqa fikirlər səslənsin. Yoxsa məsələn adi indi yazacağım dindar kimi ucuz fikirlərə malik olmuyaq. Bir dindar mənə deyir ki, "sən bilirsən Yaponiya niyə dağılır? yəni orda niyə çox zəlzələ olur?" deyirəm "Niyə?", deyir ki, "çünki onlar elmdə çox qabağa gediblər. Onların iki alanı Amerika tələbəsinin beş alanıdır. Onlar o dərəcədə inkişaf ediblər ki, bir azdan Allahın da işinə qarışmağa başlayacaqlar, ona görə Allah onları belə cəzalandırır." Amma bu dindar bilmir ki, Yaponiya seysmik zonada, daha da doğrusu zəlzələ ocağının mərkəzi üstündə qurulan bir yerdi. Buna görə çox zəlzələ olur. Məqsədim ümumi yazıda dindarı tənqidə tutmaq deyildi, sadəcə tərzi dəyişmək gərəkdir.


Read more

Dövlətsiz Sosializm: Anarxizm Mixail Bakunin (P.s Müəllif www.solfrong.org )



Fransa İnqilabı Tərəfindən Elan Olunmuş Böyük Prinsiplərin Effekti: İnqilab kütlələrə İncili gətirən vaxtdan, mistik yox rasional, göydən yox yerdən olan, ilahi yox humanist İncili, İnsan Hüquqları İncilini – o elan etdi ki, bütün insanlar bərabərdir, bütün insanların azadlıq və bərabərlik hüquqları var, bütün Avropa ölkələri xalqları, bütün sivil dünya Xristianlıq tiryəki ilə uyudulub, əsarət altında yatdıqları yuxudan tədricən oyanmağa və özlərindən soruşmağa başladılar, onların bərabərlik, azadlıq, insanlıq hüquqları var idi.
Bu sual qoyulan kimi, hisslərinin heyranedici səsi və həmçinin instinktlərinin ardınca gedən insanlar anlardılar ki, onların həqiqi xilasının və humanizasiyanın ilk şərti hər şeydən əvvəl onların iqtisadi vəziyyətlərində radikal dəyişiklikdədir. Gündəlik çörəklə bağlı sual onlara birinci sualı doğruladı, hansı ki, Aristotel tərəfindən qeyd olunmuşdu, insan düşünmək üçün, özünü azad hiss etmək üçün, insan olmaq üçün gündəlik həyatında maddi qayğılardan azad olmalıdır. Bu səbəbdən də burjuaziya, kimlər ki, xalqı materializmə qarşı qışqırdır və sonra da idealizmi tövsiyə edir, onlar bunu çox yaxşı bilirlər, lakin onlar bunu özləri üçün əməldə yox sözdə tövsiyə edirlər.
Xalq qarşısında ikinci sual yaranan – işdən sonra asudə vaxt – insanlığın zəruri şərtlərindəndir. Lakin çörək və asudə vaxt mövcud cəmiyyətdə radikal transformasiyalar olmadan heç vaxt əldə edilə bilməz. Və bu da izah edir ki, nəyə görə inqilab öz prinsiplərinin nəticələri ilə sosializmə şövq edir ona həyat verir.
Sosializm Ədalətdir... Biz ədalətdən danışanda, bununla biz kodlardan və Roma hüququndan ibarət olan ədalət başa düşmürük. O ədalət ki, yüksək dərəcədə zorakılığa əsaslanır və güc yolu ilə əldə edilib. O zorakılıq ki, zamanla və bəzi kilsələrin xeyir-duası ilə müqəddəsləşdirildi və mütləq prinsiplər kimi qəbul edildi. Xeyr biz yalnız insan vicdanına əsaslanan ədalətdən, hər bir insanın şüurunda aşkar olan ədalətdən, hətta uşaqlarınkında da və yalnız bir söz “bərabərlik” sözü ilə ifadə oluna bilən ədalətdən danışırıq.
Güc və dini təsirlər üzərində istilaya sahib olan, siyasi və ya hüquqi və ya iqtisadi dünyanın üstünlük təşkil etmədiyi universal ədalət yeni dünyanın əsasını təşkil etməlidir. Bunlar olmadan nə azadlıq, nə respublika, nə rifah, nə də ki sülh ola bilməz. Sonra biz qərarlarımızı idarə etməliyik ki sülhün yaradılması istiqamətində səmərəli işləyə bilək. Və bu ədalət bizi, dəhşətli rəftara məruz qalan insanların maraqlarının müdafiəsinə qalxmağa və onların siyasi azadlıqları ilə yanaşı iqtisadi və sosial azadlıqlarını da tələb etməyə çağırır.
Sosializmin Əsas Prinsipi. Cənablar biz burda bu və ya digər sosialist sistemi təklif etmirik. Bizim indiki tələbimiz Fransa İnqilabının böyük prinsipini yenidən elan etməkdir: bütün bəşəriyyətin inkişafı üçün hər bir insanın maddi və mənəvi vasitələri olmalıdır. Biz düşündüyümüz prinsip aşağıdakı kimi izah oluna bilər:
Biz cəmiyyəti elə qaydada qurmalıyıq ki, hər bir fərd orda öz daxili həyatını tapsın, onlar müxtəlif ixtisasların inkişafında və onların öz işlərinə tətbiqində təxminən bərabər vasitələrə sahib olsunlar. Və biz elə bir cəmiyyət yaratmalıyıq ki, kimsənin əməyinin istismarı qeyri mümkün olsun, hər bir fərd reallıqda yalnız kollektiv əməklə mümkün olan sosial rifahdan yararlana bilsin, ancaq bu o zaman mümkündür ki, o özü bu rifahın yaradılmasında birbaşa iştirak etsin.
Dövlət Sosializminin Rədd olunması. Bu vəzifə yerinə yetirilərkən inkişaf əlbəttə ki, əsrlər çəkəcək. Lakin tarix artıq bunu dördüncü dəfə gətirib və bundan sonra biz özümüzü pisləyən, iqtidarsızlığımıza irad tut biləcək bir səbəb olmadan bunu yox saya bilmərik. Biz bura əlavə etməliyik ki, biz sosial təşkilatlarda fərdlərin və təşkilatların tam azadlığını qəbul etməyən və ya hər hansı bir tənzimləyici hakimiyyətin yaradılmasını tələb edən hər hansı bir cəhdi qəti şəkildə rədd edirik. Biz təşkilatın, iqtisadiyyatın və siyasətin əsası və tək yaradıcı prinsipi hesab etdiyimiz azadlıq adına dövlət kommunizmi və ya dövlət sosializminə bənzər hər şeyə qarşı etiraz etməliyik.
Varislik Hüququnun Ləğvi. Fikrimcə dövlətin edə biləcəyi və etməli olduğu şey ilk əvvəl varislik hüququnu az-az dəyişdirməkdir ki, mümkün qədər tez bir zamanda onu ləğv edə bilsin. Bu qanun sırf dövlətin yaratdığı bir qanundur və avtoritar, teokratik idarə üsulu olan dövlətlərdə daxilində azadlıq vasitəsi ilə ləğv edə biləcəyi və etməli olduğu bir qanundur. Başqa sözlə desək, ədalət prinsiplərinə əsasən dövlət özünü azad təşkil olunmuş cəmiyyətin içərisində əritməlidir. Bizim fikrimizcə vərəsəlik hüququ ləğv olunmalıdır, onun mövcud olduğu müddətdə irsi maddi bərabərsizlik olacaq, fərdlərin təbii bərabərliyi yox, süni yaradılmış sinfi bərabərsizlik – fikir formalaşdırılmasında irsi bərabərlik və inkişaf həmişə ikinci götürüləcək və bu davam edərək bütün siyasi və sosial bərabərsizliklərin mənbəyi olacaq. Ədalətin vəzifəsi hər kəs üçün bərabərlik yaratmaqdır, madam ki, o bərabərlik iqtisadi və siyasi cəmiyyətdən asılıdır – o bərabərlik hər kəsin öz həyatını başlaya biləcəyi, öz təbiəti tərəfindən yönləndirə biləcəyi, öz səylərinin məhsulu olmalıdır. Yoxsulların uşaqları doğulandan yetkinlik yaşına çatana qədər nəinki normal yaşayır və təhsil alır, əksinə, bütün imtiyazlardan məhrum halda öz həyatını davam etdirir. Slavyanlar və Ruslar olaraq biz əlavə etməliyik ki, bizim fundamental sosial ideyamız əhalinin ümumi və ənənəvi instinktinə əsaslanır ki, bütün əhalinin mülkiyyəti ancaq onun öz əli ilə becərdikləri ola bilər.
Sosializm Bəyannaməsi. “Əminəm ki, azadlıq, ədalət və sülh yoxdur və bu şəraitdə bunların tətbiqi qeyri mümkündür. Əhalinin əksər hissəsi adi ehtiyaclardan, təhsildən siyasi və sosial əhəmiyyətsizliyə kimi hər bir şeydən məhrumdur. Onlara müəyyən qulluq məhkum olunaraq – faktiki olaraq, qanuni deyil – yoxsulluqla və həmçinin istirahətsiz və məzuniyyətsiz işləmə məcburiyyəti ilə dünyanın indi özü ilə fəxr etdiyi bütün var-dövlətini istehsal edir və qarşılığında isə sabah acından ölməyəcəyinə əmin olması üçün çətin kifayət edəcək çox kiçik bir pay alır.
Əminəm ki, bütün insanlar üçün əsrlər boyu pis rəftar, çörək problemi, ruhun xilası, azadlıq və insanlıq problemi olub.
Əminəm ki, sosializmsiz azadlıq imtiyaz və ədalətsizlikdir və azadlıqsız sosializm köləlik və ədalətsizlikdir.
Cəmiyyət (Sülh və Azadlıq uğrunda) radikal sosial və iqtisadi yenidənqurmanın vacibliyini elan edir, onun məqsədi insan əməyini kapital və mülkiyyət sahiblərinin boyunduruğundan xilas etməkdir, yenidənqurma ciddi ədalətə - nə hüquqi, nə teoloji, nə də metafizik ədalət, yalnız insani ədalətə - müsbət elmə və geniş azadlığa əsaslanmalıdır.”
Siyasi gücün əvəzinə məhsuldar qüvvələr təşkilatı. Prinsipi və faktiki olaraq siyasi güc adlana biləcək hər şeyi tamamilə ləğv etmək çox vacibdir, siyasi güc mövcud olduğu müddətdə idarə edənlər və idarə olunanlar, sahibkarlar və qullar, istismarçılar və istismar olunanlar olacaq.
Müasir dövlətlərin ölçüyəgəlməz inkişafına baxmayaraq – o inkişaf ki, özünün əsas mənasında Dövləti tam məntiqi olaraq mənasızlığa qədər azaldır – Dövlətin və Dövlət prinsipinin günləri aşkar şəkildə sayılır. Biz artıq zəhmətkeş kütlələrin tamamilə xilasının və onların azad sosial təşkilatlarının, hökumət müdaxiləsindən azad, xalqın iqtisadi assosiasiyaları tərəfindən formalaşan və bütün köhnə Dövlət sərhədlərini və milli fərqləri kənara tullayan, yalnız istehsal əməyinə, insan əməyinə əsaslanan, müxtəliflik yerinə ümumi bir marağın yarandığını yaxınlaşdığını görürük.
Xalqın İdealı. Bu ideal, əlbəttə, xalqa hər şeydən əvvəl istəklərin sonu, yoxsulluğun sonu, icbari və bərabər kollektiv əməklə bütün maddi ehtiyacların tamamilə ödənilməsi, daha sonra, dominantlığın sonu və ehtiyaclarına görə yaşayan insanların azad təşkilatlarının olması – Dövlətdə olduğu kimi yuxarıdan aşağı yox, aşağıdan yuxarı, insanlar tərəfindən yaradılan bir təşkilat, bütün hökumətlərdən və parlamentlərdən uzaq, azad bir kənd təsərrüfatı və fabrik işçiləri, kommunalar, regionlar və millətlərin assosiasiyalarının birliyi və nəhayət bütün Dövlətlərin xarabalıqlarının üzərində müzəffər, universal insan qardaşlığı mənasını verir.
Azad Cəmiyyət Proqramı. Dövlət formalı respublika sistemi olan Mazzini sistemindən başqa heç bir sistem yoxdur, lakin kommuna formasında respublika, federasiya formasında respublika, Sosialist və əsl insanların respublikası – Anarxizm sistemi var. Bu sosial inqilab, hansı ki, məqsədi Dövlətin ləğvi olan, iqtisadi, ümumən insanların azad təşkilat, federasiya vasitəsi ilə aşağıdan yuxarıya doğru qurulan təşkilat siyasətidir.
... Dövlət ümumi idarəetmə formasına keçəcəyinə görə siyasi hakimiyyətin mövcudluğu üçün heç bir şərait olmayacaq.
Proqramımıza bir neçə sözlə yekun vurmaq olar:
Sülh, azadlıq və əzilənlərin xoşbəxtliyi.
Bütün zalımlara və soyğunçulara qarşı müharibə.
Hər şey işçilərə qaytarılmalıdır: bütün kapital, zavodlar, bütün iş alətləri və xammal assosiasiyalara və bütün torpaqlar onu öz əlləri ilə becərənlərə verilməlidir.
Azadlıq, ədalət və yer üzündəki bütün insanlara qardaşlıq münasibəti.
Hər kəs üçün bərabərlik.
Hər kəsə, heç bir fərq qoyulmadan, bütün inkişaf, təhsil və tərbiyə vasitələri və bərabər işləyərək yaşamaq imkanları.
Cəmiyyəti aşağıdan yuxarıya doğru azad bir federasiya formasında, işçilərin sənaye və ya kənd təsərrüfatı, elmi və ya ədəbi assosiasiyaları - əvvəl kommuna, sonra kommunalar federasiyasından regionlar, regionlardan xalqlar və xalqlardan beynəlxalq qardaşlıq assosiasiyaları şəkilində qurmaq.
İnqilab Zamanı Düzgün Taktikalar. Siyasi inqilabdan hər bir cəhətdən diametrik olaraq fərqlənən sosial inqilabda fərdlərin hərəkətləri çətin nəzərə alınır, amma kütlələrin bütün spontan fəaliyyətləri nəzərə alınır. Fərdlər ancaq aydınlada, təbliğatla məşğul ola, məşhur instinktlərə müvafiq ideyalar istehsal edə və öz fasiləsiz səylərini kütlələrin təbii gücü olan inqilabi təşkilatlarla bölüşə bilərlər – bundan başqa bir şey edə bilməzlər. Qalanını xalq özü edə bilər və etməlidir. Bütün başqa metodlar siyasi diktatorluğa, dövlətin yenidən yaranmasına, güzəştlərə, bərabərsizliklərə və dövlət zülmünə aparır ki, bu da dolayısı ilə xalqın siyasi, sosial, iqtisadi köləliyinin yenindən yaranmasına gətirib çıxarır.
Varlin və bütün dostları səmimi sosialistləri xoşlayırlar, xalq arasında doğulub böyüyən bütün işçiləri, təcrid olunmuş fərdlərin təşəbbüsünə qarşı çıxan yüksək dərəcəli qanuni əsasları bölüşən, ali fərdlər tərəfindən həyata keçirilən dominantlığa qarşı çıxanları xoşlayırlar.
Fərmanlara əsaslanan inqilab məhvə məhkumdur. Mənim fikrimcə avtoritar kommunistlərin ideyaları səhv və aldadıcıdır. Sosial inqilab diktatorluq və ya müəssisələr məclisi vasitəsi ilə təşkil oluna bilər. Bizim dostlarımız parisli sosialistlər, tərəfindən keçirilən rəyə əsasən, xalqın assosiasiya və qruplarının davamlı spontan və kütləvi hərəkatları inqilabı və tam inkişafı gətirə bilər.
Bizim Parisli dostlarımız min dəfə haqlı olublar. Ona görə ki, həqiqətən, bu dahi keyfiyyət ilə bəxş oluna biləcək qədər heç bir fikir yoxdur; və ya əgər biz bir neçə yüz alilik bəxş edən fərdlərdən ibarət kollektiv diktatorluqdan danışırıqsa – bütünlüklə xalqın iradəsindən ibarət olan, onların həqiqi maraqlarının, mətləblərinin, iradələrinin, ehtiyaclarının sonsuz müxtəlifliyini, fərqliliyini öz ağuşuna ala biləcək genişlikdə ağıllar kombinasiyası yoxdur; hər bir kəsi və hamını məmnun etməyə qadir olacaq bir sosial təşkilatı fikirləşib tapacaq bir beyin yoxdur.
Az-çox dövlət tərəfindən yaradılan belə bir zorba təşkilat cəmiyyəti zorakılığa və uğursuzluğa sürükləyir. Balkin – bu köhnə sistem təşkilatı ki, sosial inqilabı kütlələrə, qruplara, kommunalara, assosiasiyalara və hətta fərdlərə tam azadlıq verməklə və bütün zorakılıqların tarixi səbəblərini birdəfəlik dağıtmaqla buna son qoyacaq.
Bu aydındır ki, dövlət öz mövcudluğunu dayandırdığı zaman bəşəriyyət müstəqillik əldə edəcək və cəmiyyət, bütün qruplar, bütün yerli təşkilatlar öz maraqlarını, eləcə də bu təşkilatları yaradan fərdlər öz həqiqi məmnuniyyətlərini tapacaqlar.
Dövlətin ləğvi ilə yaranacaq Azad Təşkilat. Cəmiyyətin həqiqətən azad olması üçün Dövlətin və Kilsənin ləğvi ilk və zəruri şərtdir. Yalnız bundan sonra o cəmiyyət özünün yenidənqurmasına başlaya bilər. Ancaq bu yuxarıdan aşağı, bir neçə aqilin və elm adamının hazırladığı plana əsasən və bəzi diktatorial güclər və hətta seçilmiş Milli Şuralar tərəfindən hazırlanan fərmanlar vasitəsi ilə olmamalıdır. Dediyim kimi, belə bir sistemin kütlələrlə ümumi heç bir şeyi olmayan insanlar sinfini, hökumət aristokratiyasını formalaşdırması labüddür; əmin olun ki, bu sinif Dövlətin xilası və ümumi rifahı bəhanəsi altında yenidən kütlələrin istismarına başlayacaq.
Azadlıq və bərabərlik əldən-ələ gəzməlidir. Mən iqtisadi və sosial bərabərliyin əqidəli partizanıyam, bilirəm ki, bu bərabərliyin, azadlığın, ədalətin, insan ləyaqətinin, mənəviyyatının, fərdlərin rifahının və həmçinin millətlərin firavanlığının xaricində hər şey yalandır. Lakin eyni zamanda azadlığın partizanı olaraq - insanlığın ilk şərti – mən inanıram ki, dünyada spontan əmək və kollektiv əmlak təşkilatlarının kommunalar daxilində azad istehsalçılar assosiasiyalarının və kommunaların azad federasiyalarının vasitələri ilə bərabərlik yaradılacaq. Lakin bu bərabərlik dövlətin ali hamiliyi vasitəsilə yaradıla bilməz.
Avtoritar və Azad İnqilablar Arasındakı Fərq. Sosialistləri və ya inqilabçı kollektivləri avtoritar kommunistlərdən ayıran əsas nöqtə mütləq təşəbbüsün dövlət olmasıdır. Hər ikisinin məqsədi eynidir: hər iki tərəf sırf kollektiv əməyə əsaslanan, hər kəs üçün bərabər olan iqtisadi şərtlər altında, istehsal alətlərinə kollektiv sahibliklə yeni sosial sərhədlərin yaranmasını istəyir.
Yalnız bu avtoritarlar təsəvvür edirlər ki, onlar inkişaf və təşkilatların siyasi gücü olan onlar işçi sinfinin, əsasən də şəhər proletariatının və burjuaziya radikalizminin köməyi ilə məqsədə nail olmaq olar. Ancaq inqilabçı Sosialistlər, bütün ikili ittifaqların düşmənləri, bunun əksinə olaraq inanırlar ki, siyasi yox, sosial təşkilat və şəhərlərin və kəndlərin işçi kütlələrinin, həmçinin doğulanda ali sinfə daxil olan, lakin öz keçmişindən qurtulmağı bacaran və öz iradəsinə sahib olan, açıq şəkildə proletariata qoşulan və onun proqramını qəbul edənlər də daxil olmaqla hər kəsin gücü ilə bu məqsədə nail olmaq olar.
Kommunistlərin və Anarxistlərin Metodları. Beləliklə iki müxtəlif metod. Kommunistlər inanırlar ki, Dövlətin siyasi gücündə mövqe tutmaq üçün işçilərin gücünü təşkil etmək lazımdır. İnqilabçı Sosialistlər isə dağıdıcı görüntünü və ya daha lori şəkildə desək, dövlətin ləğvini istəyirlər. Kommunistlər prinsipdə partizan və praktikada avtoritardırlar, ancaq inqilabçı sosialistlərin inam yeri yalnız azadlıqdır. Hər ikisi elmin partizanlarıdırlar və xurafatı dağıdıb humanizmlə əvəzləmək istəyirlər; lakin birincilər elmi xalqa süni şəkildə qəbul etdirmək istəyir, inqilabçı kollektivlər elmi və biliyi xalq arasında yaymağa çalışır ki, insan cəmiyyətinin müxtəlif qrupları bu təbliğatdan yararlanaraq, bir neçə ali ağıl tərəfindən əvvəlcədən hazırlanan və savadsız kütlələrə yeridilən yox, insanların həqiqi maraqlarına və təbii meyllərinə uyğun təşkilatlana və spontan olaraq assosiasiyalarda birləşə bilsinlər.
İnqilabçı Sosialistlər inanırlar ki, insan kütlələrinin instinktiv gözləntilərində və həqiqi ehtiyaclarında dərin zəkaya malik olan oxumuş həkimlərdən və özünü təsdiq etmiş tərbiyəçilərdən – hansı ki, bəşəriyyəti xoşbəxt etmək üçün bir neçə uğursuz cəhdlərinə görə üzrxahlıq nümunələri var. Və hələ də eyni istiqamətdə işləmək niyyətindədirlər . Daha çox praktiki səbəbləri və ağılları var. İnqilabçı Sosialistlər inanırlar ki, insanlıq uzun bir zaman özünün idarə olunmasına icazə verib və bu bədbəxtliyin əsası səbəbi bu və ya digər dövlət formasında deyil, prinsipdə, dövlətin mövcud olmasındadır.
Bu artıq tarixə çevrilən fərqli bir ideya elmi kommunizm və - Alman məktəbi tərəfindən inkişaf etdirilərək amerikan və ingilis Sosialistləri tərəfindən qismən qəbul edildi. İnqilabçı Sosialistlər öz ilk parlaq və praktiki təzahürünü Paris Kommunasında göstərdi.
Pan-German şüarında deyilir: Dövləti nə bahasına olursa olsun tutmaq və möhkəmləndirmək lazımdır. Bizim şüarımızda, sosial-inqilabi şüarda, əksinə, alovlu və qanlı hərflərlə yazılıb: bütün dövlətlərin məhvi, burjua cəmiyyətinin məhvi, aşağıdan yuxarıya doğru qurulmuş azad və spontan təşkilatlar, azad assosiasiyalar, zəhmətkeş qızğın kütlələrin təşkilatı, azad edilmiş insanlıq və yeni universal bəşər dünyasının yaranması.
Yaratmazdan və ya insanlara bu yeni təşkilatı yaratmaqda kömək etməzdən əvvəl qələbə qazanmaq vacibdir. Yaratmaq istədiyin bir şeyi qurmaq üçün əvvəlkini yıxmaq vacibdir!


Read more

Etiraf!

Deməli belə də dostlar. Di başladıq...

1) Mən hələ də blogumun kodun səhv yazıram, bu bloguda mənə Ülvi Həsənli açıb da, o kodu inboxda verib, həmişə bura girmək üçün inboxa baxıram...
2) Kənddə 3 günnən artıq qala bilmirəm.
3) İki dostumla vaxt keçirməyi çox xoşlayıram, xüsusəndə onlarla birgə olanda siqaret və pivə içməyi daha çox xoşlayıram.
4) Hər dəfə siqaret çəkəndə damağıma gizlində olsa baxıram ki, "görəsən şişmir?", çünki damaqda şiş olanda artıq xərçəng xəstəliyinə tutulmuş sayılırsan :)...
5) Ən sevdiyim əsər Alber Kamusun "Yad" əsəridir.
6) Fəlsəfəni çox sevirəm və hər dəfə fəlsəfi mətnlər oxuyanda yazını başa düşmək üçün əlləşirəm.
7) Nəyəsə çıxış yolu tapa bilmədiyim anlarla qarşılaşmaqdan qorxuram. Məsələn, elə bu yaxında bir hadisə oldu, Bizim Azad Gənclik Təşkilatının " Kino klubu" hər dəfə kino göstərəndə bir mütəxəssis kimi bir nəfəri çağırır, məndə Qan Turalını çağırdım, amma uşaqlardan xəbərsiz, günü, saatı hamısın danışmışam, tezliklə də Qan filmdə seçdi, dedi gələrəm zad, bunu Ülviyə deyəndə Ülvi əsəbləşdi... Bir sözlə Qan Turalını çağırası olmadıq, bunu Qan Turala necə deyəcəyimin üstündə hardasa iki gün fikirləşdim, axırda yola verə bildim.
8) Tək olanda özümlə danışıram...
9) Siqaretə əslində başlamağıma səbəb budur: fikirləşirdim ki, yazıçıların 99,9 %-i çəkir, məndə çəkim.
10) Evdən illərcə uzaq olsam, evdəkilər üçün darıxmaram...
11) Qız arxasıyca düşməmişəm heç vaxt...
12) Anam dindar olsa da, dinə qarşı çevrilməyimə səbəb odur.
13) Bölüşməyi xoşlayıram, ancaq üzsüz insalarla yox...
14) Arada belə gic kimi baxmayın, metroda oturub hamıya fikir verirəm. Buda hardasa 2-3 saat çəkir.
15) Qardaşımı itirməkdən çox qorxuram.
16) Ən balaca xalamın dəmlədiyi çayı içməkdən doymuram.
17) Glamur yerlərdən, oğlanlardan zəhləm gedir, ancaq mini geyinən qızlarına baxmaqdan xoşum gəlir.
18) Metorda olur ha, mini geyinən qız oturur, çox adam da onun baldırına baxır axı, mən heç vaxt o qıza yox ətrafına baxıram.
19) Ən çox istədiyim şey, bir qızın mənə sevgi etiraf etməsidir. Sevgini də bilirsiz necə yaşamaq istəmişəm? O, ki şəkillərdə olur e, oğlan qızın belinnən tutub, ya qız oğlanın qıçlarının üstündə oturur ha, bax sevgi yaşamaq istəyəndə qızla özümü elə çox təsəvvür edirəm, ancaq qız mənə " sən canı metroyacan ötür, ordan özüm gedərəm" deyəndə artıq bunun mümkünatsızlığın dərk edirəm.
20) Heç bir qızla yatmamışam.. :))))))))))))))))

Bəlkə bir çoxunuz inanmayacaqsız bəzi söhbətlərimə, amma həqiqətən səmimi içdən gələnləri yazmışam...


Read more